Category: Hadisə

  • Ağsuda “Daewoo” iki piyadanı vurub, onlardan biri ölüb

    Median.Az xəbər verir ki, Ağsu rayonun Çiyni kəndi ərazisində Kürdəmir rayon sakini Hamlet Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakinləri Edivar Əliyevi və Alim Babayevi vurub. Nəticədə A.Babayev hadisə yerində ölüb, E.Əliyev müxtəlif xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına yerləşdrilib.

    Ağsu RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • “Mesaj yazıb ki…” – Ağdaşda özünü asan gəlinlə bağlı şok təfərrüatlar

    Ağdaş rayonunda baş verən intihar hadisəsi – 20 yaşlı Osmanlı İnci İslam qızının ölümü ilə bağlı təfərrüatlar üzə çıxıb.

    Median.Az xəbər verir ki, hadisənin baş verdiyi rayonun Güvəkənd kənd bələdiyyəsinin icra rəsmisi Nizami Nuhov Yenicag.az-a açıqlamasında intiharla bağlı danışıb:

    “Özünü asan gəlin çox cavan idi, yetkinlik yaşına çatmamış ailə qurmuşdu. İki yaşlı oğlunu da gözə almayıb, damda özünü asdı. Qadının anası deyib ki, qızı Rusiyaya işləməyə gedən ərinin kəndə qayıtmasını istəyirmiş. Hətta ona mesaj da yazıbmış. Guya o geri dönmədiyi üçün özünə qəsd edib. Amma onun telefonunu yoxladıq, bir dənə də olsun mesaj yox idi. Günorta saat 3-də toyuq damına girərək kəndirlə özünü asıb. Evin digər gəlini qapını açanda onun özünü asdığını görüb. Kəndirdən sallanan qadını yerə qoyanda ağzından köpük gəldiyini görüb. Ürəyi hələ döyünürmüş. Təcili tibbi yardım çağırıblar, xəstəxanaya çatdırıblar. Amma mən həkimlə danışdım, o dedi ki, gəlin xəstəxanaya çatmamış canını tapşırıb”.

    İcra rəsmisi intihar edən İnci Osmanlının həyat yoldaşının Rusiyadan qayıtdığını bildirib: “Qadının əri Taleh Rusiyadan qayıdanda artıq həyat yoldaşını dəfn etmişdilər. O yazıq da and-aman etdi ki, həyat yoldaşı onun kəndə qayıtması üçün bir kəlmə də olsun ona heç nə deməyib. Deyir, ona desəydi, kəndə qayıdardı. Telefonunu göstərdi, bir dənə mesaj görmədik”.

  • Nabran faciəsi: 16 yaşlı İkram boğuldu, arxasınca anasını və iki qohumunu da apardı – Təfərrüat

    Xaçmaz rayon, Nabran qəsəbəsində iki ana və övladının dənizdə boğularaq ölməsinin təfərrüatları məlum olub.

    Rayonun Palçıqoba kənd sakinləri olan Dadaşova Ruhiyyə Eyvaz qızı, onun oğlu Dadaşov İkram Məmmədyar oğlu, həmçinin baldızı Qocayeva Kamilə İkram qızı və onun qızı Qocayeva Aysel Əfqan qızı Nabran qəsəbəsində dənizə çimməyə gediblər. Lakin 16 yaşlı İ.Dadaşov çimərkən boğulmağa başlayıb. Bunu görən anası, R.Dadaşova oğlunu xilas etməyə çalışıb, ancaq buna nail ola bilməyərək özü də suda boğulmağa başlayıb.

    Bu zaman K.Qocayeva qardaşı arvadına və onun oğluna köməklik etməyə çalışıb, lakin boğulmaqda olan şəxsləri xilas etmək onun da həyatı üçün təhlükə yaradıb. Onunla birgə olan qızı A.Qocayeva da onlara köməklik göstərməyə çalışsa da, o da boğulmağa başlayıb. Nəticədə hər iki ana və övladları suda bataraq boğulublar.

    Onların dördünün də meyitləri yaxınlarına təhvil verilib.

    Hadisə ilə bağlı araşdırma aparılır. (Report)

  • Salyan rayonunda “VAZ” markalı avtomobil aşıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, Salyan rayonu ərazisində rayon sakini Çingiz Atayevin idarə etdiyi “VAZ 21011” markalı avtomobil aşıb. Ağır xəsarət alan sürücü Şirvan şəhər xəstəxanasına yerləşdirilib, lakin göstərilə tibbi yardımlara baxmayaraq orada keçinib.

    RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Başqalarından qabağa keçmək istədi, qatar vurdu

    Bu gün Bakı metropolitenində qəza baş verib.

    Bunu oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında baş verib:

    “Neftçilər” metrostansiyasına daxil olan qatarın güzgüsü platformada dayanan gənc oğlanı vurub. Sərnişin, 1996-cı il təvəllüdlü Orxan Qurbanov qatar gələn zaman istəyib ki, digər vətəndaşlardan önə keçsin. Nəticədə o, sərnişinlərin hüdud xəttin keçib. Qatarın güzgüsü onu yıxıb və eynəyi alnını cızıb”.

    Bəxtiyar Məmmədov qeyd edib ki, O.Qurbanov təcili tibbi yardımın çağırılmasını istəməyib:

    “Amma əməkdaşlar təcili tibbi yardım briqadası çağırıblar. Yüngül xəsarət alıb”.

  • Binəqədidə 10 yaşlı oğlan quşları yemləyərkən yıxılıb öldü

    Bakıda 10 yaşlı uşaq binadan yıxılaraq ölüb.

    Hadisə Binəqədi rayonu, Azadlıq prospekti 180 ünvanında qeydə alınıb.

    2008-ci il təvəllüdlü Murad Vahid oğlu Quliyev yaşadığı binanın beşinci mərtəbəsinin pəncərəsindən düşərək ölüb.

    Murad Quliyevin nitq qüsuru olub. Ailənin tək övladıdır.

    Hadisə şahidlərinin sözlərinə görə, uşaq evin eyvanında quşları yemləyən zaman yıxılıb:

    “Hər gün eyvanda quşları yemləyirdi. Dünən quşlara yemək vermək üçün çıxıb və oradan yıxılıb”.

  • Cəlilabad rayonunda avtoqəzada 2 qardaş ölüb

    Median.Az xəbər verir ki, Göytəpə şəhəri ərazisində Fariz Novruzlunun idarə etdiyi “Mercedes” və Tural Mirzəyevin idarə etdiyi “M” markalı motosiklet toqquşub. Nəticədə T.Mirzəyev və sərnişini, qardaşı Yalçın hadisə yerində ölüblər, F.Novruzlu isə Mərkəzi Rayon Xəstəxanasına yerlşədirilib.

    Cəlilabad RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda toyda 14 nəfər zəhərləndi – 5-i isə uşaqdı

    Göyçay rayonunda təşkil edilən toy mərasimində qidalanmadan sonra qonaqlar arasında kütləvi şəkildə halı pisləşənlər olub.

    Median.Az APA-ya istinadən bildirir ki, rayonun Şəhadət Qarabağlar kənd sakini Cəfərov Şirvan Cəfər oğlunun nəvəsi üçün Göyçay şəhərindəki restoranlardan birində təşkil edilən sünnət toyu mərasimində qonaqlara müxtəlif çeşiddə meyvə şirələri təqdim edilib.

    Meyvə şirələrini içən qonaqlardan 14 nəfərin halı qəflətən pisləşib. Onlardan 9-u böyük, 5-i isə uşaqdır. Xəstələr təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlarda qusma və ishal əlamətləri olduğu üçün ilkin olaraq xəstələrə kəskin eqzogen qastrit diaqnozu qoyulub. Aparılan analizlərdən sonra onların nədən zəhərləndiyi məlum olacaq.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.

    Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.

    Median.Az “report”a istinadən xəbər verir ki, hadisə Nizami Gəncəvi prospektində baş verib.

    Belə ki, təcili tibbi yardım avtomobili ilə “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda DƏHŞƏT – Qəbul imtahanından az bal toplayan qız özünü binadan atdı – FOTO

    Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

    Bu barədə Suraxanı Rayon Polis İdarəsi 33-cü polis bölməsindən baku.ws-ə bildirilib ki, Yeni Günəşlidə binaların birindən gənc qız yıxılıb. Onun 9-cu mərtəbədən özünü atdığı bildirilir. Gənc qız hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin 2001-ci il təvəllüdlü Şəbnəm Xalədddin qızı Rzayeva olduğu bildirilir.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırmalara başlanılıb.

    Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, qız qəbul imtahanından az bal topladığına görə intihar edib.