Category: Hadisə

  • Köhnə maşın bazarı yaxınlığında güclü yanğın – VİDEO

    Bakıda gücla yanğın baş verib.

    Bu barədə Baku.ws-ə hadisə şahidləri məlumat verib. Verilən məlumata görə, yanğın Babək prospektində “Modern Hospital” yaxınılığın, köhnə maşın bazarının yanında, qarajların yaxınlığında olub.

    Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Baku.ws-ə hadisəni təsdiqlədilər. Bildirilib ki, hadisə yerinə yanğınsöndürən maşınları və canlı qüvvə cəlb edilin.

    “Yanğın boş sahədə, quru otların və kolluqların olduğu ərazidə qeydə alınıb. Alovun qarajlara keçməsinin qarşısı alınıb və yanğın söndürülüb”, – deyə məlumatda bildirilib.

  • Goranboyda “VAZ 2106” ağaca çırpılıb, sürücü ölüb

    Median.Az xəbər verir kİ, Goranboy rayonunun Səfikürd kəndi ərazisində kənd sakini İlqar Əhmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb.

    Nəticədə sürücü hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI – TƏFƏRRÜAT – VİDEO – FOTO

    Bakıda özünü 17-ci mərtəbədən atan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva barədə təfərrüatməlum olub.

    Median.Az xəbər verir ki, 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, “Şərur” MTK-ya məxsus 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb.

    Hadisə baş verən ərazidən “oxu.az”ın əməkdaşı reportaj hazırlayıb. Hadisə baş verən binanın komendantı Toğrul Kətanov bildirib ki, hadisə 17 iyul, səhər saat 09:38 radələrində baş verib:

    “İntihar edən qız bu binada yaşamır. Saat 09:27 radələrində binanın 20-ci girişindən girərək 17-ci mərtəbənin pəncərəsindən özünü atıb.

    Yuxarıdan düşən zaman binadakı kondisionerə ilişib, paltarları cırılıb. Təcili tibbi yardıma zəng vurduq. Sonra polis bölməsinə xəbər verdik. Yarım saat sonra anası və yaxınları gəldi”.

    Biz binanın həyətinə asanlıqla daxil olduq. Eyni zamanda, binaların bloklarının qarşısında qıfıl, şifrəyə rast gəlmədik. 

    Sakinlər bildirdi ki, bina ərazisində uzun müddətdir təmir işləri gedir:

    “Buraya gələn hər kəs rahatlıqla binalara daxil ola bilər. Binadakı mənzillər yarımtikilidir. Daha çox kirayə verilir. İntihar edən qız bizim binada yaşamayıb. Səhər saatlarında binaya daxil olub.

    Bu barədə fakt binanın müşahidə kameralarında da var. Qız yerə düşəndə əynində paltar var idi. Gödəkçəsi kondisionerə ilişib və cırılıb. Meyit bir saata yaxın yerdə qaldı. Sonra anası hadisə yerinə gəldi”.


    Sakinlər qeyd edib ki, intihar edən qız “İnşaatçılar” metrostansiyası tərəfdə yaşayırmış.

    Baş verən hadisə barədə detalları öyrənmək üçün üz tutduq deyilən ünvana. Bir saata yaxın həmin ərazidə ünavanı axtardıq və yaşadığı yeri tapdıq. 

    18 yaşlı qızın anası Çimnaz Vəliyeva ağlayaraq danışmaq istəmədiyini bildirdi.

    Daha sonra qızı haqda sosial şəbəkələrdə yazılanlardan sarsıldığını və danışmaq istəyini dilə gətirdi.

    Nərgizin anası deyir ki, hadisədən əvvəlki gecə qızı rəfiqəsinin evində qalıb:

    “Qızım rəfiqəsi Aynurun evində qalmışdı. Gecə saat 01:30-da telefonla Nərgizlə danışmışam. Rəfiqəsi ilə evdə idilər. Hadisə olan gün biz rayona gedəcəkdik. Qızımla əlaqə saxladım, dedi ki, ana, taksi çağırmışam, evə gəlirəm. Taksi ünvana çatan zaman intihar edib.

    Necə olur ki, taksi gəlib həyətdə qızımı gözləyən vaxt qızım özünü 17-ci mərtəbədən atıb? Mən bütün bunları analaya bilmirəm. Özünü atdığı yer rəfiqəsinin yaşadığı bina deyil”.


    Çimnaz Vəliyeva bildirdi ki, qızı haqda deyilənlər əssassızdır:

    “Mən övladımı özünü atdığı binada görəndə təccübləndim ki, ay Allah, bura haradır? Mən gedəndə yerdə uzanmışdı, polislər yaxınına da buraxmadılar. Üstünü örtmüşdülər, ayağında ayaqqabı gördüm. Qızımın meyiti bir saat yerdə qalıb. Mən axı qızımı ora qoyub, getməmişdim. Aynurun evində qoymuşdum. Onun evi 9-cu mikrorayondadır.

    Necə olub ki, Nərgiz intihar etdiyi binaya gəlib? Bütün bunları bilmirəm. Hər kəsdən xahiş edirəm, qızım haqda nəsə yazmasın. Mənim 18 yaşında övladım ölüb. Bu, hər kəsin başına gələ biləcək hadisədir.

    Uşağımın arxasınca deyilən sözlər bir ana kimi məni sarsıdır. Hər kəs bir söz danışır. Kimisi qızımın özünü atanda lüt olduğunu deyir. Bu, düzgün deyil. Onun əynində qara şort, qırmızı gödəkçə və ayağında ayaqqabı olub”.

    İntihar edən qızın anası deyir ki, Nərgiz öldüyü gün səhər sosial şəbəkədə aktiv olub:

    “Qızım saat 09:10-da “Whatsapp”da aktiv olub. Şahidlər açıqlama verib ki, gecə səhərə qədər binadan ağlamaq səsi gəlib. Bəs, elədirsə, niyə bir nəfər qızımla maraqlanmayıb? Biriniz qapını açıb deyəydiniz ki, ay bala, sənə nə olub?

    Bəlkə, mənim uşağımı öldürürdülər? Polisə xəbər verəydilər. Kaş qızım sağ olaydı. Mən onu bütün səhvləri ilə qəbul edərdim”.

    Qeyd edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

    Xatırladaq ki, hadisə barədə ilk məlumatı Sputnik yayıb. Bildirilib ki, intihar edən qız alt paltarında olub və həmin binada yaşamırmış.

  • Ucarda “Toyota” aşıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, Ucar rayonunun Küçəkənd kəndi ərazisində Abşeron rayon sakini Akif Dərgahov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb.

    Nəticədə sürücü hadisə yerində keçinib, sərnişini – oğlu Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda ərəb kirayə götürdüyü avtomobillə dəhşət saçdı – VİDEO

    Bakının Nəsimi rayonu Bakıxanov küçəsində qəza baş verib.

    Median.Az “yenicag.az”a istinadən xəbər verir ki, Bəhreyn vətəndaşı Səid Həsən kirayə götürdüyü “KİA” markalı avtomobillə “Nissan”a çırpılıb.

    Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb. Hadisə yerinə yol polis əməkdaşları cəlb olunublar.

    Faktla əlaqədar araşdırmalara başlanılıb.

  • Bakıda oteldə ərəb öldü – FOTO

    Bakıda oteldə turist ölüb.

    Baku.ws-in əldə etdiyi məlumata görə, hadisə “Viva Boutique Hotel”də baş verib. Oteldə ölən şəxsin ərəb olduğu bildirilir. 

    “Dünən axşam ərəb turistin mədəsi deşilib. Onun bundan xəbəri olmayıb. Qanaxma başlayıb. Turist qanaxmadan ölüb”, – deyə mənbə əlavə edib.


  • Azərbaycanda İcra Hakimiyyətinin qarşısında intihara cəhd

    Zərdab İcra Hakimiyyətin qarşısında intihara cəhd olub.

    Median.Az-ın DİN-in saytına istinadən məlumatına görə, iyulun 17-də saat 10 radələrində Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Gəlmə kənd sakini Rasim Qəbilov həyətyanı sahəsinə suyun verilməməsinə etiraz əlaməti olaraq özünü yandırmağa cəhd göstərib.

    Cəhdin qarşısı ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən alınıb.

    Onunla izahedici söhbət aparıldıqdan sonra buraxılıb.

  • Azərbaycanda leytenant dostunu xilas etmək istəyərkən faciəvi şəkildə öldü – FOTOLAR

    Dənizdə boğulan gənclərin meyiti tapıldı.

    Bakının Sabunçu rayonunda dənizdə batan 1996-cı il təvəllüdlü İbrahimov Nicat və 1995-ci il təvəllüdlü Ağamalıyev Səlimin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Median.Az femida.az-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Ağamalıyev Səlim DİN-in Daxili Qoşunları Ali Hərbi Məktəbəni leytenant rütbəsinə yenicə bitirib. Əldə etdiyimiz məlumata görə, A.Səlim yeni işi ilə bağlı təyinat olunubmuş və bu ayın 24-də işə başlayacaqmış.

    Qeyd edək ki, o, dostu Nicat İbrahimovu xilas etmək istəyərkən özü də dənizdə batıb.

  • Bakıya gələn sərnişin avtobusu qəzaya düşdü – 1 ölü, 10 yaralı (VİDEO)

    Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub. Hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb.

    Bu barədə hadisə şahidləri baku.ws-ə məlumat verib. Bildirilib ki, “Nissan” markalı minik maşını ilə “Hyundai” markalı sərnişin avtobusu toqquşub.

    Qəza nəticəsində ölən və yaralıların olduğu deyilir. Bildirilir ki, qəzaya uğrayan avtobus rayondan Bakıya gəlirmiş.

    Hadisə ilə əlaqədar Səhiyyə Nazirliyi Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova baku.ws-ə açıqlamasında bildirdi ki, qəza nəticəsində 10 nəfər yaralanıb, 1 nəfər ölüb.

    “Qəza zamanı minik maşınının sürücüsü yerindəcə keçinib. Avtobusda olan sərnişinlərdən 4-ü xəstəxanaya aparılıb. Yaralılardna 6 nəfərə isə ilkin tibbi yardım göstərilib”, – deyə Səfayə Əhmədova bildirib.

  • Cəlilabad rayonunda “QAZel” aşıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, Cəlilabad rayonunun Məşədilər kəndində “QAZel” markakı avtomaşın dərəyə aşıb.

    Nəticədə xəsarət alan sürücü Məhəmməd Nuriyev Mərkəzi rayon xəstəxanasında keçinib.

    Cəlilabad RPŞ-də faktla bağlı araşdırma aparılır.