Category: Hadisə

  • Nabranda üç yaşlı uşaq itkin düşüb – FOTO

    Nabranda istirahət mərkəzlərinin itkin düşən üç yaşlı uşağın axtarışları davam etdirilir.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, iyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir.

    Axtarış-xilasetmə əməliyyatına FHN-nin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmuşdur.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.

    Qeyd edək, üç yaşlı uşağın şəkili sosial şəbəkələrdə yayılıb.



    * * * * *

    Nabrandakı istirahət mərkəzlərindən birində üç yaşlı oğlan itkin düşüb.

    Median.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu naməlum şəraitdə itkin düşüb.

    Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyəti, həmçinin xüsusi hazırlıqlı itlər axtarışlara cəlb olunub.

    Axtarış işləri meşəlik ərazidə və suda aparılır. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

  • Bakıda avtobus yana-yana hərəkət etdi – VİDEO

    “Bakubus” MMC-ə məxsus avtobuslardan biri hərəkətdə olarkən yanıb.

    Koroğlu Nəqliyat Mübadilə Mərkəzi ətrafında hərəkət edən avtobusun arxasından tüstü çıxdığı müşahidə edilib. Görüntülərdən bəlli olur ki, içərisi sərnişinlə dolu olan avtobus daxili yanğına baxmayaraq marşrut üzrə hərəkətini davam etdirib.

    Həmin görüntüləri təqdim edirik.

    (Minval.info)

  • Azərbaycanda restoran toyunda kütləvi zəhərlənmə – 5-i uşaqdır

    Göyçay rayonunda təşkil edilən toy mərasimində qidalanmadan sonra qonaqlar arasında kütləvi şəkildə halı pisləşənlər olub.

    Rayonun Şəhadət Qarabağlar kənd sakini Cəfərov Şirvan Cəfər oğlunun nəvəsi üçün Göyçay şəhərindəki restoranlardan birində təşkil edilən sünnət toyu mərasimində qonaqlara müxtəlif çeşiddə meyvə şirələri təqdim edilib.

    Meyvə şirələrini içən qonaqlardan 14 nəfərin halı qəflətən pisləşib. Onlardan 9-u böyük, 5-i isə uşaqdır. Xəstələr təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlarda qusma və ishal əlamətləri olduğu üçün ilkin olaraq xəstələrə kəskin eqzogen qastrit diaqnozu qoyulub. Aparılan analizlərdən sonra onların nədən zəhərləndiyi məlum olacaq.
    (APA)

  • Salyan sakini qohumlarını şoka saldı: intihar edib

    Salyanda intihar hadisəsi baş verib.

    Salyan rayonunun Xıdırlı kəndində intihar hadisəsi qeydə alınıb.

    Ələt qəsəbə sakini , 1980-ci il təvəllüdlü Həmid Fərhad oğlu Qasımov yaşadığı evdə özünü asaraq intihar edib. İntiharın səbəbi məlum deyil.
    Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

    (APA)

  • Neftçalada partlayış baş verdi, 37 yaşlı kişi dünyasını dəyişdi

    Neftçalada 3 gün əvvəl mənzilini təmir edərkən baş vermiş partlayış nəticəsində xəsarət alan yerli sakin bu gün səhər dünyasını dəyişib.

    Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Neftçala rayonunun Aşağı Qaramanlı kəndində 1981-ci ildə anadan olmuş Aqşin Fazil oğlu Əhmədov öz evində təmir işləri apararkən divara əlif boya-yağı vuraraq quruması üçün qapını bağlayıb.

    3 gün əvvəl o otağın qapısını açaraq işığı yandırarkən əlifin quruması nəticəsində toplanmış qazdan partlayış baş verib. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Aqşin Əhmədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, bu gün səhər orada dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Pirşağıda qadın sürücü piyadanı vurub

    Median.Az xəbər verir ki, Pirşağı qəsəbəsində Bakı şəhər sakini Nərminə Poladova idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azər Bəyməmmədovu vurub. Piyada 3 saylı şəhər klinik xəstəxanasına aparılarkən yolda ölüb.

    Sabunçu RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Bakıda kafedə yanğın olub

    Bakıda kafedə yanğın olub.

    Median.Az-ın FHN-in saytına istinadən məlumatına görə, Qaradağ rayonunda ümumi sahəsi 15 m² olan kafenin yanar konstruksiyaları və dam örtüyü 9 m² sahədə yanıb. Yaxınlıqda olan obyektlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda nüfuzlu şəxs dünyasını dəyişdi

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi vəfat edib.

    Median.Az “report”a istinadən xəbər verir ki, professor Ə.Tanrıverdi bu gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

    Qeyd edək ki, Əzizxan Vəli oğlu Tanriverdi 1959-cu il yanvarın 1-də Gürcüstan Respublikasının Aşağı Qarabulaq kəndində anadan olub. 1973-cü ildə Aşağı Qarabulaq natamam orta məktəbi, 1975-ci ildə isə Kirovisi kənd orta məktəbini fərqlənmə ilə bitirib. 1981-ci ildə ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Türk mənşəli Azərbaycan şəxs adlarını ilk dəfə olaraq tarixi-linqvistik müstəvidə tədqiq edib. “Kitabi-Dədə Qorqud” daşəxs adları, dağ kultu, at kultu, obrazlar sistemi, assonans və alliterosiya kimi məsələləri ilk dəfə olaraq kompleks və sistemli şəkildə araşdırıb. “Dəli Kür” romanının poetik dilini tarixiliklə müasirliyin sintezində təhlil süzgəcindən keçirib.

    23 kitabın, 180 elmi məqalənin müəllifidir. Dil tarixi, onomastika, ədəbi tənqid sahəsində elmi-tədqiqat işi aparıb. Ailəli idi, 3 oğlu var.

    Allah rəhmət eləsin!

  • Üç yaşlı qız pəncərədən yıxılaraq öldü

    Bakı şəhəri, Qaradağ rayonunda 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızının yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

    Bu barədə Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

    Hadisə iyulun 19-da, saat 12:00 radələrində valideyn diqqətsizliyi və səhlənkarlığı ucbatından baş verib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Bakıda “ZİL” və “QAZel” toqquşdu: 13 yaralı

    Bakıda iki maşın toqquşub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 19-da, saat 11:00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

    Nəticədə V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, bir nəfərin vəziyyəti qənaətbəxşdir.

    Qaradağ RPİ tərəfindən araşdırma aparılır.