Category: Hadisə

  • Bakının Baş planının hazırlanmasına başlanılır – 20 il qüvvədə olacaq

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili prosesinə start verir.

    Komitədən verilən məlumata görə, bu prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “The Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini cəlb edir.

    1963-cü ildə yaradılmış “The Boston Consulting Group” şirkəti 50 ölkədə fəaliyyət göstərən 90-dan çox nümayəndəliyini özündə birləşdirən qlobal şəbəkəsi vasitəsilə dünyanın bütün regionlarında dövlət, özəl və qeyri-hökumət sektoruna xidmət göstərir.

    “The Boston Consulting Group” şirkəti ən iri konsaltinq şirkətlərindən biri olmaqla yanaşı, həm də şəhərlərin zonalaşdırılması və inkişafının planlaşdırılması, komfortlu şəhər mühitinin yaradılması, məşğulluğun transformasiyası, şəhər infrastrukturunun, turizm və nəqliyyatın, sosial sahələrin və sahəvi klasterlərin inkişaf strategiyalarının hazırlanması üzrə geniş beynəlxalq təcrübəyə malikdir və son 5 il ərzində dünyada 550-dən artıq belə layihəni uğurla həyata keçirib.

    Bu nüfuzlu məsləhətçi şirkəti tərəfindən son dövrdə Moskva, Kiyev, Pekin, Stokholm, Boston, Nyu-York və s. iri şəhərlər üçün belə layihələr reallaşdırılıb.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işininin iki mərhələdə təşkil edilməsini planlaşdırır.

    Birinci mərhələdə paytaxt ilə bağlı bugünədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulur.

    Bu mərhələdə mövcud layihələrin aktuallığı yoxlanılacaq, şəhər infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı ehtiyaclar qiymətləndiriləcək, habelə bu sahədə ən uğurlu dünya təcrübəsi və ölkənin inkişaf prioritetləri nəzərə alınaraq Bakının inkişaf konsepsiyası işlənəcək. Bu proses çərçivəsində dünyanın müxtəlif şəhərlərinin baş planları öyrənilərək, müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübə təhlil olunacaq, onun Azərbaycanda tətbiqi imkanları nəzərdən keçiriləcək.

    Eyni zamanda, birinci mərhələdə Azərbaycan Respublikasının aidiyyəti qanunvericiliyinin, o cümlədən müvafiq şəhərsalma norma və qaydalarının nəzərdən keçirilməsi, təkmilləşdirilməsi zərurətinin dəyərləndirilməsi planlaşdırılır.

    Bununla yanaşı, gələcəkdə baş planın reallaşdırılması prosesində iştirak edəcək aidiyyəti dövlət qurumlarının Bakı şəhərinin inkişafı ilə bağlı cavabdeh olduqları sahələr üzrə planları öyrəniləcək, dəqiqləşdirilmə və uyğunlaşdırılma işləri aparılacaq.

    Birinci mərhələdə görüləcək bu işlər nəticəsində baş planın hazırlanması prosesinə şəhərsalma və memarlıq planlaşdırılması, abidələrin qorunması, mühəndis kommunikasiya, sosial infrastruktur, ekoloji məsələlər və digər sahələr üzrə yüksək ixtisaslı, peşəkar xarici və yerli təşkilatların və ekspertlərin cəlb olunması üçün müvafiq layihə tapşırıqlarının və tələblərin hazırlanması nəzərdə tutulur.

    İkinci mərhələdə Komitə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır.

    Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planının təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur. Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq.

  • Əmircanda “Hyundai” piyadanı vurub

    Median.Az xəbər verir ki, Əmircan qəsəbəsində Bakı şəhər sakini Turan Məmmədova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülnarə Hüseynovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

    Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

  • Camış qəzaya səbəb oldu: Ölən var

    İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə İmişli-Saatlı yolunda qeydə alınıb.

    Hərəkətdə olan “Lada” markalı avtomobilin qarşısına camış çıxıb və maşın idarəetməni itirərək aşıb.

    Nəticədə avtomobildə olan sərnişin, Beyləqan rayon sakini, 1961-ci il təvəllüdlü Sevil Barat qızı Hacıyeva aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • İş otağında vəfat edən polis rəisinin FOTOsu yayılıb

    Ötən gün Daxili İşlər Nazirliyində iş otağında vəfat edən nazirliyin Səfərbərlik işləri və mülkü müdafiə şöbəsinin rəisi Yusif Mehtiyevin fotosu yayılıb.

    Vəfat edən şöbə rəisinin xalası oğlu bəstəkar müğənni Nazim Məmmədov xalası oğlu Yusif Mehtiyevin şəklini sosial şəbəkədə paylaşıb və ona Allahdan rəhmət diləyib.

  • DƏHŞƏTLİ QƏZA – Maşınla 4 piyadanı vurdu, 40 yaşlı qadın və 3 yaşlı körpə öldü

    Mingəçevirdə piyadaların vurulması ilə nəticələnən ağır yol qəzası baş verib. 

    Median.Az “report”a istinadən xəbər verir ki, hadisə bayraq meydanında baş verib. 

    Belə ki, “Mercedes” markalı maşın yolu keçmək istəyən 4 piyadanı vurub. Yaralılar xəstəxanaya çatdırılıb. 

    Yaralılar:

    Nəsibova Labidə Zülfüqar qızı

    Nəsibov Zülfüqar Rəmzi oğlu

    Hüseynova Gülnar Zülfüqar qızı

    Hüseynova Mələk Pərviz qızı

    Araşdırmalar zamanı məlum olub ki, vurulanların hamısı bir ailənin üzvü olub. Yaralılardan 2 nəfər ölüb. Ölənlər 2015-ci il təvəllüdlü Mələk Pərviz qızı Hüseynova və 1986-cı il təvəllüdlü şəhər sakini Gülnar Zülfüqar qızı Hüseynovadır. 

    Qeyd edək ki, hadisə şəhərin bayraq meydanında baş vermişdi. 

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda dəhşətli qəza: 2 nəfər öldü, 3 nəfər yaralandı – VİDEO

    Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

    Hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan avtomobil idarəetməni itirərək aşıb və daha sonra yanıb. Ölən və yaralananlar var.

    Ölən şəxslər :

    Abbasov Mirdamət Cami oğlu, 1997-ci il təvəllüdlü, İmişli rayonu

    Rəhimova Naibə Kərim qızı, 1935-ci il təvəllüdlü, İmişli rayonu

    Yaralananlar :

    Abbasov Cami Cavad oğlu, 1965-ci il təvəllüdlü, İmişli rayonu

    Abbasova Ülkər Akif qızı, 1971-ci il təvəllüdlü, İmişli rayonu

    Abbasova Ləman Şamil qızı, 1976-cı il təvəllüdlü, İmişli rayonu

    Yaralıların hər üçünün vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bərdədə qəbiristanlıqda yanğın baş verib, qəbirlərə ziyan dəyib

    Bərdə rayonu ərazisində yerləşən Lək qəbirstanlığında bu gün günorta saatlarında yanğın baş verib.

    Median.Az “Report”-a istinadən xəbər verir ki, yanğın nəticəsində qəbirlərin bir çoxunun sinə və baş daşları tanınmaz hala düşüb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ətraf əraziləri bürüyən yanğının söndürülməsinə kənd sakinləri də qoşulublar.

    İlkin ehtimallara görə, Lək kənd qəbirstanlığında başlayan yanğına səbəb həmin qəbiristanlığı ziyarət edənlərin əraziyə atdığı siqaret kötükləri olub. Qəbirstanlıqda 400-ə yaxın qəbir var, bir sıra qəbirlərə ziyan dəyib, ağacların gövdəsi yanıb.

    Lək qəbiristanlığında başlayan yanğın ümumilikdə 1 hektar əraziyə yayılıb, quru ot yanıb. Yanğından mühafizə xidmətinin, eləcə də yerli sakinlərin səyi nəticəsində yanğını söndürmək mümkün olub.

  • Bakıda azyaşlının əli ətçəkən maşında qaldı

    Bakıda azyaşlının əli ətçəkən maşında qalıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər azyaşlının əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.

  • Bakıda bahalı qəza – “Maserati” qəzaya uğradı FOTO

    Bakıda bu gün səhər saatlarına yaxın ağır qəza olub.

    Median.Az “BakuPost”a istinadən xəbər verir ki, hadisə Fizuli küçəsində olub. Belə ki, 10 DV 050 dövlət nömrə nişanlı “Maserati” avtomobili idarəetməni itirərək yolun solundakı maneələrə çırpılıb. Nəticədə avtomobilə və yol təsərrüfatına ziyan dəyib.

    Məlumata görə, sürücü səhərə yaxın məşhur gecə klublarından birindən çıxıb. Onun içkili olduğu üçün idarəetməni itirdiyi və qəza törətdiyi bildirilir.

  • Bakıda trosu qırılan lift şaxtaya düşüb, üç nəfər xəsarət alıb – ADLAR

    Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.

    Hadisə Əhmədli qəsəbəsində, Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb.

    Belə ki, çoxmərtəbəli yaşayış binasında trosu qırılan lift şaxtaya düşüb.

    Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Hər üç şəxs döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Hadisə nəticəsində xəsarət alan şəxslər bunlardır: 20 yaşlı Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16 yaşlı adı hələ məlum olmayan oğlan.

    Faktla bağlı araşdırma aparılır. (Report)