Category: Hadisə

  • Qubada “Mercedes” ağaca çırpılıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, Zərdabi qəsəbəsində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yolu kənarındakı ağaca çırpılıb.

    Qəza nəticəsində sürücü Vüqar Talıbov hadisə yerində ölüb, sərnişini Aygün Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

    Quba RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Hövsanda “Opel” piyadanı vurub

    Median.Az xəbər verir ki, Hövsan qəsəbəsində Bakı şəhər sakini Mübariz Səttarovun idarə etdiyi “Opel” markalı avtomobil paytaxt sakini Cəlal Əlirzayevi vurub.

    Nəticədə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılan piyada orada keçinib.

    Suraxanı RPİ 30-cu polis bölməsi tərəfindən araşdırma aparılır.

  • Qəbələyə istirahətə gedən gənclər qəzaya düşdü – 6 NƏFƏR YARALANDI

    Qəbələ rayonunda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, ötən gecə saat 23:30 radələrində Qəbələ şəhərinin mərkəzində “Merсedes” markalı minik və “İveco” markalı yük avtomobili toqquşub.

    Hadisə zamanı minik avtomobilində olan 6 nəfər-Göyçay rayon sakinləri, 1987-ci il təvəllüdlü İsmayılov Elşən Elmdar oğlu, 1990-cı il təvəllüdlü Bəkirov Elçin Mahir oğlu, 1991-ci il təvəllüdlü Mərdanov Kənan Arif oğlu, 1993-cü il təvəllüdlü Babayev Səlim Soltan oğlu, 1991-ci il təvəllüdlü Babayev Fuad Soltan oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Namiq Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların Göyçaydan Qəbələyə istirahətə getdiyi bildirilir.
    Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Bakıda mənzildən kişi meyiti tapıldı

    Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

    Median.Az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Novruzov Dilənçi Qədim oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

  • Ucarda müəllim intihar etdi

    Ucarda intihar hadisəsi olub.

    Median.Az-ın APA-ya istinadla xəbərinə görə, hadisə ötən gün rayonun Şilyan kəndində baş verib.

    Kənd sakini, 1954-ci il təvəllüdlü Tahirə Saleh qızı Nağıyeva özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən ot ipi ilə asaraq intihar edib.

    Kənd sakinləri T. Nağıyevanın sakit təbiətli insan olduğunu deyirlər. Qadının hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.

    T. Nağıyeva müəllim işləyib.

    Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycanda daha bir güclü yanğın – Çox sayda yanğın söndürən maşınlar cəlb olundu

    Bakı-Quba magistral yolunun 20-ci km-də yaşıllıq ərazi yanır.

    Median.Az Report-a istinadən xəbər verir ki, yolun Abşeron rayonu ərazisindən keçən hissəsində hektarlarla ərazidə güclü yanğın başlayıb.

    Hadisə yerinə çoxsaylı yanğın söndürən avtomobilləri cəlb olunub. Ərazidə güclü alov müşahidə olunur.

    Hazirda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

  • Bakıda dəhşətli qəza: Ölən və yaralananlar var – FOTO + YENİLƏNİB

    Bakıda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

    Bunu oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

    Şöbə rəisi bildirib ki, baş vermiş hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

    Rüfət Quliyev qeyd edib ki, qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

    * * * * *

    Bakıda baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib.

    Bakı Nəqliyyat Agentliyindən oxu.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində “90-OJ-802” dövlət qeydiyyat nişanlı yük maşını “10-TF-383” dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

    İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.

    Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb.

    * * * * *

    Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumatına görə, Bakı-Ələt magistral yolunda baş verən qəza zamanı “90-OJ-802” dövlət nömrə nişanlı yük maşını 149 saylı sərnişin avtobusu ilə toqquşub.

    Hadisə nəticəsində avtobus yolda bir neçə dəfə dövr edərək aşıb.

    Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 15 nəfər isə ağır xəsarət alıb.








  • Ağcabədi rayonunda avtoqəza zamanı bir nəfər ölüb

    Median.Az xəbər verir ki, Ağcabədi rayonun Xocavənd kəndi ərazisində Ağdam rayon sakini Yasir Sadıqovun idarə etdiyi “Mercedes” markalı yük avtomaşn və Tovuz rayon sakini Əli Quliyevin idarə etdiyi “VAZ 21064” markalı avtomobil toqquşub.

    Nəticədə “VAZ”ın sərnişini Rüfət Əliyev hadisə yerində keçinib.

    Faktla bağlı araşdırma aparılır.

  • Təcili yardım avtomobili qəzaya uğradı: Yaralılar var

    Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Qərb bürosunun məlumatına görə, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın “Mercedes” markalı avtomobillə toqquşub.

    Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Məlumata görə, yaralıların arasında tibb işçiləri də var.

    Faktla bağlı araşdırma aparılır.

  • Yol polisi qəza törətdi

    Bakıda yol polisi avtomobili qəzaya uğrayıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə “28 May” metrostansiyası yaxınlığında baş verib.

    Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 413 dövlət nömrə nişanlı avtomobil “Mercedes” markalı, 90 ZX 636 dövlət qeydiyyat nişanlı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.