Sumqayıtda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alanlar var.
Median.Az “report”a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.
Belə ki, Novxanı bağları istiqamətində hərəkətdə olan “VAZ 2107” markalı avtomobillə sərnişin avtobusu toqquşub. Nəticədə üç nəfər Sumqayıt şəhər sakinləri – 1949-cu il təvəllüdlü Nəbiyeva Zibəxanım Ağalı qızı, 1944-cü il təvəllüdlü Zahirova Məsumə Ağali qızı və 1966-ci il təvəllüdlü Əliyava İlahə Zair qızı ağır xəsarət alıblar.
Yaralılar Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıblar. Onlardan Z.Nəbiyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Median.Az xəbər verir ki, Göygöl rayonunun Balçılı kəndi ərazisində Tərtər rayon sakini Fuad Aydınzadə idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayrıcısına vurub.
Nəticədə sürücü və sərnişinləri – anası Bənövşə və 7 aylıq qızı Nuray hadisə yerində keçiniblər.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.
Onlar Miyənkü kənd sakini, 1981-ci il təvəllüdlü Vüsalə Sabir qızı Kərimova, onun oğlu, 2007-ci il təvəllüdlü Elmar İlqar oğlu Kərimov və V. Kərimovanın qardaşı oğlu, 2009-cu il təvəllüdlü Hüseyn Şəmşir oğlu Zamanovdur.
Məlumata görə, V. Kərimova ailəsi ilə birgə Masallıya istirahətə gəlib. Uşaqlarla dincəlmək üçün isə göl kənarına gedib. Göldə çimən uşaqların boğulduğunu görən V. Kərimova onları xilas etməyə çalışarkən özü də batıb.
Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Median.Az xəbər verir ki, Qəbələ şəhəri, 28 may küçəsində şəhər sakini Nurlan Xəlilovun idarə etdiyi “Niva” və şəhər sakini Elçin Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü, həmçinin sərnişin Elşən Aslanov və Leyla Məmmədova müxtəlif dərəcəli xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. E.Məmmədov orada ölüb.
Ötən gün qoyunların kütləvi tələf olması ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində – Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.
Nəticədə A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xəzər dənizində bir nəfər bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Median.Az “Report”a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Əsədov Ceyhun Şahin oğlu Pirşağı çimərliyində hündürlükdən dənizə baş vurarkən boynunun fəqərə sümüyü qırılıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Median.Az xəbər verir ki, Bakı- Quba yolunun, Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində naməlum avtomobil Sumqayıt şəhər sakini Xuraman Sultanovanı (1961-ci il təv.) vuraraq, hadisə yerindən qaçıb. Piyada hadisə yerində keçinib.
Göygöl, Tovuzun Ağdam kəndi və İsmayıllıda dəhşətli qəzalar baş verib.
Median.Az ARB TV-yə istinadən xəbər verir ki, qəzalar zamanı 2 nəfər həyatını itirib, 4-ü isə müxtəlif xəsarətlər alıb.
Gəncə-Daşkəsən yolunun rayonun Qızılca kəndindən keçən hissəsində “VAZ 2107” və “VAZ 21015” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 4 nəfər – Daşkəsən sakinləri 54 yaşlı Pakizə Əliyeva, 31 yaşlı Esmira Əliyeva, Gəncə sakinləri Rövşən Verdiyev və Vəsilə Verdiyeva adlı yaşlı qadın xəsarət alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, Vəsilə Verdiyeva dünyasını dəyişib.
Tovuzun Ağdam kəndində baş verən dəhşətli qəzada isə otla dolu “Zil” markalı yük maşını Tovuz çayında batıb.
Ağdam kənd sakini 45 yaşlı İsmixan Hacıyev də maşının çaydan çıxarılmasına kömək göstərib. Yük avtomobili anidən geriyə hərəkət edib və Hacıyev maşının təkərləri altında qalıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Aydın Məhərrəmov – hadisə şahidi: “Maşın dala getdi. Ayağı sürüşdü, sürüşən kimi təkər qarnından basdı. Biz də tez götürdük, “skoruya” zəng elədik, apardıq. Yola çatanda canını tapşırdı”.
İsmayıllıda isə 11 yaşlı uşağı vuran maşın hadisə yerindən qaçıb.
Təzəkənd kənd sakini Fərda Əsədov Muğanlı-İsmayıllı yolunu keçərkən naməlum avtomobillə vurulub. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qusar rayonu ərazisində intihar faktı qeydə alınıb.
Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İmamqulukənd-oba kəndində baş verib.
Kənd sakini, 1994-cü il təvəllüdlü Əlsultanov Bilərik Cərulla oğlu özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan asaraq intihar edib. Onun bir müddət əvvəl həyat yoldaşından ayrıldığı üçün depressiyada olduğu bildirilir.
Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb araşdırmalar davam etdirilir.