Category: Hadisə

  • Qubada kanat xətti qırıldı: Ölən və yaralanan var

    Qubada yerləşən “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat qırılıb.

    Hadisə zamanı ölən və yaralananlar olub.

    APA agentliyinin xəbərinə görə, kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

    Bundan başqa, Quba sakinləri 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Hoteldən kanatın qırılması və insanların xəsarət alması xəbərini oxu.az-a təsdiqləsələr də, ölən və yaralananların sayı barədə fərqli məlumat açıqlanıb:

    “Bu məsələdə günah hotelin deyil, kanat üçün hotelə gələn şirkətin günahıdır. Təhlükəsizliyə riayət edilməyib. Hazırda araşdırma aparılır. Daha sonra ətraflı məlumat veriləcək”, – deyə, bildirən hotel nümayəndəsi hadisə zamanı bir nəfərin öldüyü, bir nəfərin isə yaralandığını qeyd edib.

  • Kürdəmirdə “Ford Tranzit” aşıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, Kürdəmir şəhəri ərazisində rayon sakini Elnur Alıyevin idarə etdiyi “Ford Tranzit” markalı aşıb.

    Nəticədə sürücü hadisə yerində keçinib.

    Kürdəmir RPŞ-nə faktla bağlı araşdırma aparılır.

  • Göygöldə avtoqəza zamanı 1 nəfər ölüb, daha 3 yaralanıb

    Median.Az xəbər verir ki, Göygöl rayonunun Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini Ceyhun Əliyevin idarə etdiyi “VAZ 21015” və Gəncə şəhər sakini Rövşən Verdiyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində C.Əliyevin iki sərnişini, habelə R.Verdiyev və onun bir sərnişini xəsarətlərlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Göstərilən tibbi yardımlara baxmayaraq “VAZ 2107” markalı avtomaşının sərnişini V.Verdiyeva orada keçinib.

    Göygöl RPŞ-də araşdırma aparılır.

  • Hərbçilərin həlak olduğu yol qəzasının təfərrüatları məlum olub

    Naxçıvanda hərbçilərin həlak olduğu yol qəzasının təfərrüatları məlum olub.

    Median.Az-ın Trend-ə istinadla məlumatına görə, hərbçilərin olduğu avtomobil Günnüt kəndindən qayıdarkən qarşıdan gələn xüsusi təyinatlı avtomobilə yol vermək üçün yolun sağına çəkilib.

    Avtomobilin ağırlığına tab gətirməyən yol-asfalt örtüyünün zədələnməsi maşının dərəyə aşmasına səbəb olub.

    Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu Naxçıvanda avtomobil qəzasında həlak olub, 11-i yaralanıb.

    Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.

    Yol-nəqliyyat hadisəsində həyatını itirən hərbçilərdən 1991-ci il təvəllüdlü, baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü, gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Seyidov Raman Mirsalam oğlu Şərur rayonunun Danyeri kəndində dəfn edilib.

    Dəfn mərasimlərində Əlahiddə Ümumqoşun Ordunun zabitləri, hökumət və ictimaiyyət nümayəndələri, həlak olanların hərbçi yoldaşları və sakinlər iştirak ediblər.

  • Bakıda 47 yaşlı kişi günvurmadan öldü

    Bakıda günvurmadan ölüm hadisəsi qeydə alınıb.

    Median.Az “ report”a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü Rövşən Dadaşov Yasamal rayonunda gün vurması nəticəsində özünü pis hiss edərək halsız vəziyyətdə yerə yıxılıb.

    Zərərçəkmiş ərazidə xidmət çəkən Yol Patrul Xidmətinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

    Həkimlər onun günvurmadan əziyyət çəkdiyini müəyyən edib. Tibbi müdaxiləyə baxmayaraq, o, dünyasını dəyişib.

    Fakt araşdırılır.

  • Azərbaycanın sabiq baş naziri vəfat etdi

    Tanınmış ictimai xadim Fehruz Mustafayev vəfat edib.

    Median.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, o, 85 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Fehruz Mustafayev 1992-ci ilin 4 aprel – 14 may tarixlərində Azərbaycanın baş nazir səlahiyyətlərini icra edib. O, SSRİ dövründə Heydər Əliyev və Brejnev tərəfindən Sosialist Əməyi Qəhrəmanı mükafatına laiq görülür. SSRi dağılana yaxın Azərbaycanın Taxıl Məhsulları naziri olub.

  • Dənizdən iki cəsəd tapıldı – YENİLƏNİB

    Bakıda ötən gün axşam saatlarında Pirşağı çimərliyində dənizdə batan şəxslərin adları məlum olub.

    Median.Az APA-ya istinadla xəbər verir ki, onlar – 1997-ci il təvəllüdlü Əli Rüstəm oğlu Əbdürrəhmanov, 1998-ci il təvəllüdlü Nizami Namiq oğlu Qasımov və 1991-ci il təvəllüdlü Hüseyn Muxtar oğlu Kərimovdur.

    Xilasedicilər onlardan ikisinin – Ə. Əbdürrəhmanov və N. Qasımovun meyitlərini taparaq sudan çıxarıb. H. Kərimovun axtarışları davam etdirilir.

    * * * * *

    Bakının Sabunçu rayonunda dənizdə ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 kilometr aralıda nəzarətsiz ərazidə çimərkən batdığı bildirilən üç nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində təxminən 20-25 yaşlarında iki naməlum kişi cəsədi aşkarlanıb.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) oxu.az-a bildiriblər ki, cəsədlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

    FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

  • Ordumuzun 3 hərbçisi həlak oldu, 11-i yaralandı – RƏSMİ

    Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu Naxçıvanda avtomobil qəzasında həlak olub, 11-i yaralanıb.

    Bu barədə “Report”a Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, Günnüt kəndi istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızı daşıyan BMC markalı avtomobilin iyulun 5-i saat 18:30 radələrində avtomobil qəzasına düşüblər. Nəticədə 3 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib. Döyüş tapşırığını yerinə yetirib qayıdarkən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan hərbi qulluqçularımız iyulun 6-da yüzlərlə gəncin “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında doğulduqları kəndlərində son mənzilə yola salınıblar.

    Yol-nəqliyyat hadisəsində həyatını itirən hərbçilərdən 1991-ci il təvəllüdlü baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Seyidov Raman Mirsalam oğlu Şərur rayonunun Danyeri kəndində dəfn edilib.

    Dəfn mərasimlərində Əlahiddə Ümumqoşun Ordunun zabitləri, hökumət və ictimaiyyət nümayəndələri, həlak olanların hərbçi yoldaşları və sakinlər iştirak ediblər.

  • Qaxda gənc ana qeysəriyyə əməliyyatından sonra öldü

    Qaxda bir ay əvvəl qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirən qadın xəstəxanada ölüb.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, Qax rayonu Zəyəm kənd sakini, 1993-cü il təvəllüdlü Fildurə Vahid qızı Novruzlu iyulun 6-sı, səhər saat 10:00 radələrində ağır vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

    25 yaşlı Fildurə Novruzlu axşam saat 17:00 radələrində reanimasiya şöbəsində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda özünü güllələyən polis zabiti öldü

    İyunun 30-da Bakıda özünü güllələyən polis əməkdaşı xəstəxanada dünyasını dəyişib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, polis leytenantı Rüfət İsmayılov iyulun 4-də axşam saatlarında müalicə olunduğu Baku Medical Plazada dünyasını dəyişib.

    Mərhumun meyiti artıq ailəsinə təhvil verilib.

    Xatırladaq ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşı olan R.İsmayılov iyunun 30-da özünü güllələmişdi.

    R.İsmayılovun silahla ehtiyatsız davrandığı üçün özünü güllələdiyi bildirirlir.

    Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunsa da, vəziyyəti pisləşdiyindən yaxınları onu müalicəsinin davam etdirilməsi üçün Baku Medical Plazaya köçürmüşdülər.