Category: Hadisə

  • Yaşlı kişi avtobusda öldü

    Bakıda sərnişin avtobusda ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.

    Bakı şəhər sakini, 1945-ci il təvəllüdlü İsmayıl Bayram oğlu Babayev 183 saylı xətt avtobusunda qəfildən ölüb. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Vergi müfəttişi iş başında dünyasını dəyişdi

    Sumqayıt şəhərində vergi müfəttişi iş başında dünyasını dəyişib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda 2 saylı Vergilər idarəsinin inzibati binasında baş verib.

    Belə ki, Sumqayıt şəhər sakini 38 yaşlı Səbuhi Zeynalov iş zamanı qəfildən keçinib. Onun ölüm səbəbi hələ ki, məlum deyil.

    Səbuhi Zeynalov Vergilər Nazirliyinin 2 saylı Sumqayıt Vergi idarəsində müfəttiş vəzifəsində çalışıb. Mərhumun üç azyaşlı övladı var.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 60 yaşlı kişini gün vurub öldürdü

    Bakı şəhərində günvurmadan adam ölüb.

    Median.Az APA-ya istinadən xəbrə verir ki, paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbə sakini, 1958-cvi il təvəllüdlü Rövşən Ziyəddin oğlu Muştaqov günvurma diaqnozu ilə 3 saylı şəhər Klinik Xəstəxanasına daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Qəbələdə avtomobil ata-balanı vurdu, uşaq öldü

    Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gecə Qəbələ-Ağdaş yolunun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Ağdaş sakini, hazırda Bakıda yaşayan 1982-ci il təvəllüdlü Mustafayev Viyanur Ətraf oğlu idarə etdiyi 10-SZ-127 dövlət nömrə nişanlı, “Opel Astra” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadaları – Hacallı kənd sakini, 1991-ci il təvəllüdlü Haqverdiyev Rəvan Rövşən oğlunu və onun altı yaşlı oğlu Rövşən Haqverdiyevi vurub.

    Hadisə zamanı 2012-ci il təvəllüdlü Rövşən Haqverdiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, atası isə xəsarət alaraq Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

    Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Bakının mərkəzində zəncirvari qəza – FOTO/VİDEO

    Bakının Nərimanov rayonuda, Əhməd Rəcəbli prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, 99-DM-484 dövlət nömrə nişanlı “Opel Vectra” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, 90-RP-872 dövlət nömrə nişanlı, “Chevrolet Aveo” markalı avtomobillə toqquşub.

    Bundan sonra “Opel” yaxınlıqda dayanmış “Mercedes” (90-RU-767), o isə öz növbəsində “Mitsubishi” (10-UO-098) və “Hyundai” (90-SP-935) markalı avtomobillərə çırpılıb.

    Hadisə nəticəsində “Opel”, “Mercedes” və “Mitsubishi” markalı avtomobillərə maddi ziyan dəyib.

    Qəza yerinə yol-partul xidmətinin əməkdaşları gəlib.

    Xəsarət alan yoxdur.










  • Yardımlıda meşə yanır

    Yardımlı dağlarında yanğın başlayıb.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

    Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir.

    Yanğınsöndürmə işləri davam etdirilir.

  • Novxanı çimərliyində batan var

    Abşeron rayonunun Novxanı çimərliyində bir nəfərin batması barədə məlumat daxil olub.

    FHN-dən verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

  • Sərxoş özünü dənizə atdı — Bulvarda

    Bakıda sərxoş kişi özünü dənizə atıb.

    APA-nın verdiyi məlumatına görə, hadisə Dənizkənarı Bulvar ərazisində qeydə alınıb.

    Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Rövşən Abbasov sərxoş vəziyyətdə özünü dənizə atıb.

    Hadisə yerində olan polis əməkdaşlarının köməkliyi ilə o, sudan çıxarılıb.

  • 51 yaşlı kişinin intihar səbəbi: ”Xəstəliyi ilə barışa bilməyib…”

    Balakəndə 51 yaşlı kişinin intihar etməsinin bəzi təfərrüatı məlum olub.

    Rayonun Katex kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Rasim Hüşanov əsəb xəstəliyindən əziyyət çəkirmiş:

    “Rasimin ailəsi və uşaqları var. Özü də uzun müddətdir ki, Rusiyaya gedib-gəlirdi. Fəhlə idi. Onun özünü öldürməsinin səbəbi məlum deyil. Amma hamı bilirdi ki, Rasim ruhi xəstə idi. Görünür, qəlbində xəstəliyi ilə barışa bilməyib, intihara əl atıb”.

    Qeyd edək ki, Balakəndə intihar hadisəsi baş verib. Rayonun Katex kənd sakini, 1967-ci il təvəllüdlü Rasim Həbib oğlu Hüşanovun meyiti yaşadığı evin həyətində tövlədə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

  • Bərdədə iki yeniyetmə göldə batdı

    Bərdə rayonunda iki gənc göldə boğularaq ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun Türkman kənd sakinləri – 2002-ci il təvəllüdlü Hacıyev Təhmasib İldırım oğlu və onun dostu, 2004-cü il təvəllüdlü Tahirov Sahil Sahib oğlu Tərtər çayının rayon ərazisindən keçən hissəsində, çayın ətrafında yaradılmış süni göldə çimərkən boğulublar.

    Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.