Category: Hadisə

  • Bir gündə kanalda iki nəfər batdı – YENİLƏNİB

    Saatlıda 14 yaşlı oğlan kanalda boğulub.

    Median.Az APA-ya istinadla xəbər verir ki, rayonun Soltanabad kənd sakini, 2004-cü il təvəllüdlü Aqşin Allahverən oğlu Xudiyev kənd ərazisindən keçən kanalda çimərkən boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Göyçay rayonunda su kanalından meyit tapılıb.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, ötən gün axşam saatlarında rayonun Şıxbəy kəndindən keçən su kanalından təxminən 25-30 yaşı olan, boyu 188 santimetr, arıq bədənli naməlum kişi meyiti tapılıb.

    Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

    Meyit müayinə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Onun intihar etdiyi ehtimal olunur.

    Faktla bağlı araşdırma aparılır.

  • Xətaidə mənzildən meyit tapıldı

    Bakı şəhərinin Xətai rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1988-ci il təvəllüdlü Bəxtiyarov Bəxtiyar Vaqif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

    Əməliyyat başa çatıb.

  • Kürdə 19 yaşlı oğlan batıb – YENİLƏNİB

    Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü İsgəndərov Elçin Elxan oğlunun axtarışları başa çatıb.

    FHN-dən verilən məlumata görə, E.İsgəndərovun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    * * * * *

    Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində 1999-cu il təvəllüdlü İsgəndərov Elçin Elxan oğlunun batdığı ehtimal olunur.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

  • Daha bir həkim səhlənkarlığı: Əməliyyatdan sonra öldü

    Qazax Müalicə Diaqnostika Mərkəzində xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib.

    Bgün Ağstafa rayon Poylu kənd sakini, 1947-ci il təvəllüdlü Mustafayev Rüstəm Süleyman oğlu sağ ayağından əməliyyat olunub.

    Əməliyyatdan sonra xəstə narkozdan ayılmayıb və dünyasını dəyişib.

    Qeyd edək ki, iyunun 29-da M.Mustafayevin qohumu, Ağstafa rayonu, Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.//apa.az

  • Azərbaycanda körpə doğuş zamanı öldü

    Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Yengiyan kənd sakini, 1990-cı il təvəllüdlü Elyanə Ümid qızı Əlixanova səhər saat 04 radələrində xəstəxananın Doğum şöbəsinə doğuş üçün müraciət edib. Saat 08.00 radələrində doğuş zamanı uşaq ölü doğulub.

    E.Əlixanovanın qayınatası Nazim Əlixanov bildirib ki, körpənin ölümünə həkim səhlənkarlığı səbəb olub.

    N.Əlixanov hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.

  • Şəmkirdə 4 nəfər göldə boğulub – YENİLƏNİB

    Şəmkirdə göldə batan 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, ölən şəxslər Göygöl və Daşkəsən rayon sakinləri Tağıyev Adil Valeh oğlu, onun həyat yoldaşı Əhmədova Məhəbbət Kazım qızı, 1987-ci il təvəllüdlü Qaibov Afiq Həsən oğlu və onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Əliyeva Zeynəb Ədalət qızıdır.

    Məlumata görə, qadınlardan biri Şəmkirin Abbaslı kəndində yerləşən göldə paltar yumaq istəyərkən suya düşüb, digərləri batan şəxsə kömək etmək istəyərkən onlar da batıb.

    Qeyd edək ki, göldə batan şəxslər həmin ərazidə çobanlıqla məşğul olublar.

    Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

    * * * * * (01.07)

    Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda süni göldə 4 nəfərin (şəxsiyyətləri məlum deyil) batmaları barədə məlumat daxil olub.

    Median.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • Qaynar qır qoca kişinin üstünə dağıldı – Qobustanda bədbəxt hadisə

    Qobustan şəhərində yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü yerli sakin Şıxəliyev Mirəli Nurəli oğlu evinin damına qır verərkən huşunu itirərək yerə yıxılıb və qaynar qır onun üzərinə dağılıb.

    Zərərçəkmiş ailəsi tərəfindən ilk olaraq Qobustan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə vəziyyəti ağır olduğu üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxananın Cərrahiyyə şöbəsindən verilən məlumata görə, M.Şixəliyev sağ bud nahiyəsinin arxa ətrafları və sağ ayaq nahiyəsinin II, III dərəcəli termiki yanığı ilə şöbəyə daxil olub, hazırda onun vəziyyəti orta-ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda qanlı hadisə: Polis tabel silahı ilə intihar etdi

    Dünən Bakıda dəhşətli intihar hadisəsi baş verib.

    Median.Az olke.az-a istinadən xəbər verir ki, polis işçisi Rüfət İsmayılov tabel silahı ilə özünü güllələyib. Hazırda yaralı Rüfət Kliniki Tibbi Mərkəzdə əməliyyat olunur.

    İlkin araşdırmalar zamanı onun Nəsimi RPİ-nin əməkdaşı və rütbəcə leytenant olduğu məlum olub. Bundan başqa Rüfətin keçmiş polis rəisi, təqaüddə olan Vaqif İsmayılovun oğlu olduğu deyilir. Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırmalara başlanılıb

  • Ağstafada qadın əməliyyat zamanı öldü: normadan artıq narkoz verilib

    Ağstafa sakini əməliyyatdan sonra ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, rayonun Poylu kənd sakini, Nataşa Dəmirova əməliyyat üçün Qazax Rayon Diaqnostika və Müalicə Mərkəzində əməliyyata alınıb.

    Ancaq qadın əməliyyatdan sonra xəstəxanada dünyasını dəyişib.

    İlkin məlumatlara görə, ona normadan artıq narkoz verildiyi üçün ayılmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda ambulans maşını aşdı – VİDEO

    Bakının Səbail rayonu ərazisində təcili tibbi yardım maşını aşıb.

    Median.Az xəbər verir ki, hadisə Xəqani küçəsində, 160 nömrəli gimnaziyanın yaxınlığında baş verib. “MediClub” klinikasına məxsus təcili tibbi yardım maşını qəzaya düşüb.

    Hadisə şahidləri baku.ws-ə bildirdilər ki, qəza “MediClub” klinikasına məxsus təcili tibbi yardım maşını qarşısına çıxan digər avtomobillərə dəyib və sürücü idarəetməni itirib.

    Məsələ ilə əlaqədar “MediClub” klinikası ilə əlaqə saxladıq. Klinikadan baku.ws-ə bildirdilər ki, hadisə saat 11:00 radələrində qeydə alınıb. Qəzanın hansı səbəbdən baş verməsinə gəlincə, məsələyə heç bir münasibət bildirilmədi. Klinikadan dedilər ki, rəhbər Aygün Babayeva işdə deyil. Klinikada da məsuliyyətli şəxs olmadığı üçün ətraflı heç bir məlumat verilmədi.