Category: Hadisə

  • Alatavada yanğın oldu – Video

    Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verib.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb edilib.

    FHN-in qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində baş vermiş yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Hadisə nəticəsində xəsarət alan olmayıb.

  • Ağcabədidə körpə doğuş zamanı tələf olub

    Ağcabədi rayonunda körpə doğuş zamanı ölüb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

    Zərdab rayon sakini Ləman Abbas qızı Rəhimova doğuş üçün Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Doğuş zamanı körpə ana bətnində tələf olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Abşeronda ikiaylıq körpə boğulub öldü

    Abşeron rayonunda ikiaylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə rayonun Xırdalan şəhəri ərazisində qeydə alınıb.

    2 ay əvvəl dünyaya gələn Rəvanə Muxtarova yedizdirilərkən yemək qida borusunda qalıb. Körpə boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Dövlət Sərhəd Xidmətinin hərbçisi Türkiyədə vəfat etdi

    Vətən müharibəsi qazisi Elçin Telman oğlu Qurbanov vəfat edib.

    O, Türkiyədə müalicə aldığı hospitalda dünyasını dəyişib.

    Qeyd edək ki, E.Qurbanov Dövlət Sərhəd Xidmətinin hərbçisi olub.

  • Saatlıda ər-arvad dəm qazından boğulub öldü

    Saatlı rayonunda bir ailənin iki üzvü dəm qazından boğulub.

    Hadisə rayonun Qara Nuru kəndində baş verib.

    Kənd sakinləri – İbrəhim Hüseyn oğlu İsmayılov və Pəri Edil qızı İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

    Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
    //oxu.az

  • Xaçmazda kişi evində yanaraq öldü

    Xaçmaz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə rayonun Ortaoba kəndində qeydə alınıb.

    Kənd sakini Məhəmməd Abdurəhim oğlu Pirquliyevə məxsus fərdi yaşayış evi yanıb. Hadisə nəticəsində M.Pirquliyev yanaraq ölüb.

    Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Binəqədidə 64 yaşlı kişi pilləkəndən yıxılaraq öldü

    Binəqədi rayonunda 64 yaşlı kişi yıxılaraq ölüb.

    Hadisə dekabrın 22-də baş verib. 1961-ci il təvəllüdlü Zaman Paşayev yaşadığı Biləcəri qəsəbəsindəki evin pilləkənindən yıxılaraq ölüb.

    Araşdırma aparılır.

  • Lerikdə dərs vaxtı məktəb yandı

    Lerik rayonun Buzeyir kənd məktəbində dərs vaxtı yanğın olub.

    Bu barədə İqtisadiyyat.az-a məktəbin direktoru Mirzəli Əliyev məlumat verib.

    Onun sözlərinə görə, yanğın təhsil müəssisəsinin damında qısaqapanmadan baş verib.

    Direktor söyləyib ki, hadisə ilə əlaqədar məktəbin bütün heyəti təxliyə olunub, əraziyə yanğınsöndürənlər cəlb edilib və yanğının qarşısı qısa müddət ərzində alınıb və yanğın söndürülüb:

    “Heç bir xəsarət qeydə alınmayıb, hətta demək olar ki, bütün inventarları da zərər görməsin deyə çölə çıxardıq. Tədrisin davam etməsinə gəlincə isə, bununla bağlı kənddə mövcud olan boş ev müəyyən olunub. Onun sahibi ilə danışıqlar apararaq razılaşmışıq və tədris həmin evdə davam etdiriləcək”.

  • Goranboyda 54 yaşlı qadın evində boğulub öldü

    Goranboy rayonunda 54 yaşlı qadın dəm qazından boğulub.

    Oxu.az-ın məlumatına görə, hadisə rayonun Sarov kəndi ərazisində baş verib.

    Kənd sakini, 1951-ci il təvəllüdlü Aidə Eyvazova yaşadığı evdə dəm qazından boğularaq ölüb.

    Yaxınları onun meyitini evdə aşkarlayıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Avtomobilini saxlayıb marketə getdi, qayıdanda tapmadı

    Paytaxtın Nəsimi rayonunda avtomobil qaçırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Qeyd olunub ki, avtomobilin sahibi polisə müraciətində marketə daxil olmaq üçün nəqliyyat vasitəsini saxladığını, qayıtdıqda isə onun orada olmadığını bildirib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb, avtomobil sahibinə geri qaytarılıb.

    Faktla bağlı araşdırma aparılır.