Category: Hadisə

  • Zaqatalada iş adamı qəza törədib, yaralılar var

    Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var.

    Median.Az APA-ya istinadən xəbər verir ki, iyunun 29-u saat 16 radələrində rayonun Yengiyan kənd sakini 1968-ci il təvəllüdlü Telman Qurban oğlu Həsrətovun idarə etdiyi “VAZ 21074” markalı, 10 MC 787 dövlət nömrə nişanlı minik avtomobili Zaqatala-Muğanlı yolunda idarəetmənin itirməsi səbəbindən yolun kənarındakı ağaclıq əraziyə girib.

    Sürücü Telman Həsrətov xəsarət almasa da, avtomobildə sərnişin qismində olan rayonun Muxax kənd sakinləri – 1991-ci il təvəllüdlü Xuraman Xaləddin qızı Əhmədova, 1986-cı il təvəllüdlü Ülviyyə Davud qızı Ömərova, 1962-ci il təvəllüdlü Şəmsiyyət Hacıəhməd qızı Ömərova və 1978-ci il təvəllüdlü Şəfa Məhəmməd qızı Şabanova müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıblar.

  • Bakıda “konduktor” avtobusdan yıxılıb öldü

    Bakıda sərnişin avtobusunda ölüm hadisəsi baş verib.

    Median.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Müseyibov Sərxan Fərman oğlunun idarə etdiyi, 40 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewo” markalı, 90 TG 365 dövlət nömrə nişanlı avtobusda baş verib.

    Marşrut avtobusu Sabunçu körpüsü üzərindən Sabunçu qəsəbəsi istiqamətində hərəkət edərkən avtobusda pulyığan işləyən Cabbarov Tural Elçin oğlu avtobusun qapısı açıq olduğu üçün yola yıxılıb.

    T.Cabbarov ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

    Yaralı aldığı xəsarətlərdən xəstəxanada keçinib.

    Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

  • Cəlilabadda uşaq dərmandan zəhərlənərək ölüb – YENİLƏNİB

    Cəlilabaddakı faciənin təfərrüatı məlum olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Hasıllı kəndində baş verib.

    Belə ki, həmin kəndin 2016-ci il təvəllüdlü sakini Bağırov Mirkamil Samir oğlu nəzarətsiz qalaraq evdə olan milçək dərmanını içib.

    Məlumata görə, M.Bağırovun babası feldşerdir. Elə ilk tibbi yardımı da o göstərib.

    Xəstəyə sistem köçürüb. Lakin azyaşlının vəziyyəti pisləşdiyi üçün o, təxminən iki saatdan sonra ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

    Xəstəyə Reanimasiya şöbəsində göstərilən bütün yardımlara baxmayaraq o, dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Cəlilabadda iki yaşlı uşaq dünyasını dəyişib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında rayonun Hasılı kənd sakini, 2016-cı il təvəllüdlü Mirkamil Samir oğlu Bağırov valideynləri tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    M. Bağırova həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq o, dünyasını dəyişib.

    İlkin məlumata görə, M.Bağırovun dərmandan zəhərlənərək dünyasını dəyişdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı sakini ailəsi ilə mübahisə edib, özünü eyvandan atdı

    Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Cabbarov Natiq Ağamirzə oğlu evdə ailə üzvləri ilə mübahisə edib.

    Daha sonra o, eyvana çıxaraq özünü yerə atıb. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Həkimlərin məlumatına görə, o, səhiyyə müəssisəsinə ölümcül vəziyyətdə daxil olub. Tibbi yardım göstərilməsinə baxmayaraq dünyasını dəyişib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə cinayət işi başlanılıb.

  • Bakı metrosunda ölüm hadisəsi baş verib

    Bu gün metronun “20 Yanvar” stansiyasında ölüm hadisəsi baş verib.

    Bu barədə Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

    O qeyd edib ki, hadisə səhər saat 07:30 radələrində baş verib:

    “Stansiyasının II vestibülündə 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib. Əməkdaşlarımız tərəfindən xəstəyə ilkin yardım göstərilib və hadisə yerinə təcili tibbi yardım çağırılıb. Xəstənin ürək-damar sistemində problemləri olub. Hadisə yerinə təcili tibbi yardım maşını çatana qədər sərnişin keçinib”.

  • Bakıda qadın və kişi özünü binanın damından atmaq istəyib

    Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər kişi dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

    Median.Az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

    Bundan başqa, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qadın doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

  • Mingəçevirdə fəhlə yataqxanasında yanğın – 4 qadın zəhərləndi

    Mingəçevir şəhərində fəhlə yataqxanasında yanğın olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, yanğın Heydər Əliyev prospekti, 88 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində baş verib.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mingəçevir Şəhər Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Binanın sakinləri təxliyyə edilib.

    Alov söndürülüb və tüstüdən zəhərlənən 4 qadına tibbi yardım göstərilib.

  • Bakının mərkəzində ərəbin başına gələn film kimi olay: Ölümdən döndü – VİDEO

    Bakının Nizami küçəsində maraqlı hadisə yaşanıb.

    Hadisə şahidlərinin azxeber.com-a göndərdikləri görüntülərdə Bakıya səyahət edən ərəb əsilli turistin başına gələn qorxunc olay öz əksini tapıb. Görüntülərdə ərəb turistlə telefonunu tapan taksi sürücüsünün dialoqu ilk növbədə müşahidə olunur. Ərəb turist telefonunu tapan taksi sürücüsünə 50 manat mükafat verir. Taksi sürücüsü isə bu məbləğin az olmasını iddia edərək onu götürmür.

    Bu zaman ərəb turist arxadakı üstü açılan kanalizasiya quyusunu görmür və nəticədə onun içinə düşür. Ətrafdakı insanların köməkliyi ilə quyudan çıxarılan turist ölümdən bir anlığa geri dönür.

    Sözügedən görüntülərin maraqlı olduğunu nəzərə alıb sizlərə təqdim edirik:

  • Göyçayda qadını ilan sancıb

    Göyçayda qadını ilan sancıb.

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Çərəkə kəndində qeydə alınıb.

    Kənd sakini, 1965-ci il təvəllüdlü Əsgərova Almaz Əbilhəsən qızı həyətyanı sahədə təsərrüfat işləri ilə məşğul olarkən çəmənlikdə olan ilan qəflətən onu sancıb. Qadın təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona ilan zəhəri əleyhinə tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

    Qeyd edək ki, son bir ay ərzində Göyçayda 10-a yaxın şəxs ilan və zəhərli həşərat sancması səbəbindən rayon xəstəxanasına gətirilib.

  • Bakıda faciə – fəhlə tikinti zamanı 12-ci mərtəbədən yıxılıb öldü

    Bakıda tikinti zamanı ölüm hadisəsi baş verib.

    Median.Az “report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

    Belə ki, gecə saatlarında “20-ci Sahə” adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerindəcə ölüb.

    Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

    Faktla bağlı cinayət işi başlanılıb.