Category: Hadisə

  • Şabranda körpə qaynar suya düşərək ölüb

    Şabran rayonunda bədbəxt hadisə baş verib.

    3 yaşlı uşaq qaynar suya düşərək ölüb.

    Hadisə Şabran rayonunun Gəndov kəndində baş verib.

    Uşağın adının Röyal olduğu bildirilir.

  • 79 yaşlı paytaxt sakini intihar edib

    Bakı şəhərində 79 yaşlı kişi özünü öldürüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda 1939-cu il təvəllüdlü Əziz Ələkbərov özünü ağacdan asaraq intihar edib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Xızıda qadın özünü hərəkətdə olan avtobusdan atıb

    Xızı rayonunda orta yaşlı qadın özünü sərnişin avtobusundan ataraq intihar edib.

    Median.Az Report-a istinadla xəbər verir ki, təqribən 40-45 yaşlarında olan qadın özünü hərəkətdə olan avtobusdan atıb.

    Qadın aldığı xəsarətlərdən vəfat edib. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda ağır qəza – ana və 2 övladı ağır xəsarət aldı – FOTO + VİDEO

    Bakı şəhəri, Xətai rayonunda ağır yol qəzası baş verib.

    Baku.ws-in məlumatına görə yol qəzası Nobel prospektində qeydə alınıb.

    “Asiman” şadlıq sarayının qarşı hissəsində “Mazda” markalı avtomobil ilə “Mercedes S-class” markalı avtomobil toqquşub.

    Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan birinin 13, digərinin isə 5yaşı var. Üçüncü yaralı isə uşaqların anasıdır.

    Median.Az hadisənin video görüntüsünü təqdim edir.

  • Azərbaycanda dəhşətli olay: “Mavi Balina” oynayan məktəbli həyatına son qoydu

    Tovuz rayonunun Əlimərdanlı kəndində intihar hadisəsi qeydə alınıb.

    Kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Əlimərdanlı kənd bələdiyyəsinin sədri Şirin Əhmədov şagirdin oyun oynadıqdan sonra intihar etdiyini bildirib:

    “O, Əlimərdanlı kənd Mərdan Musayev adına orta məktəbin 8-ci sinif şagirdi idi. Deyilənə görə, oyun oynadıqdan sonra gedib, özünü asıb. Mərhumun ailəsi problemli olmayıb, 100 faiz ehtimal edilir ki, oyuna görə özünü öldürüb. Heydər Yusifovun cəsədi həyətlərində asılmış vəziyyətdə tapılıb. Anası görəndə gec olub. Həmin vaxt uşaq dünyasını dəyişibmiş. Ailədə iki uşaq idilər. Evin tək oğlu idi, mərhumdan başqa ailənin bir qız övladı da var”.

    Əldə etdiyimiz məlumata görə, 14 yaşlı məktəbli dünyada təhlükəli sayılan “Mavi balina” oyununu oynadıqdan sonra həyatına son qoyub.

  • “Monolit Plaza” yanır – YENİLƏNİB + VİDEO

    “Monolit Plaza”da baş verən yanğın söndürülüb.

    Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını alıb.

    * * * * *

    “Monolit Plaza”da yanğın olub.

    Median.Az 1news-a istinadla xəbər verir ki, yanğın restoranın mətbəxində meydana gəlib.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

  • Bakı sakini qardaşı qızını maşınla vuraraq öldürüb

    Bakı sakini bir yaşlı qardaşı qızını maşınla vuraraq öldürüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 23-də, saat 12:00 radələrində Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Anar Hüseynov “QAZel” markalı avtomobillə qardaşının qızı – bir yaşlı Məryəm Hüseynovanı vurub.

    Nəticədə xəsarət alaraq xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

    Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

  • Bakıda yaşayış binasında yanğın olub

    Bakıda yaşayış binasında yanğın baş verib.

    Bu barəd Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Yanğın “Elmlər Akademiyası” metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında baş verib.

    Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

    Ətraflı məlumat veriləcək.

  • Bakıda London taksisi piyadanı vurub

    Bakının Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə metronun Koroğlu stansiyasının yaxınlığında qeydə alınıb.

    Heydər Əliyev prospektini piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyən 1992-ci il təvəllüdlü Əliyev Rasim Söhbət oğlunu London taksisini idarə edən Səfərov Şirməmməd Nəzir oğlu vurub.

    Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Sürücü piyadanın vəziyyətinin ağır olduğunu görərək, ətrafdakıların köməkliyi ilə onu 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.

    Yaralı cərrahi əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb. O, inzibati məsuliyyətə cəlb olunub.

    Avtomobil cərimə meydançasına yerləşdirilib.

  • “Azərbaycan Dəmir Yolları”nda bədbəxt hadisə

    “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasında çalışan şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

    “Report”un xəbərinə görə, orada fəhlə işləyən 1997-ci il təvəllüdlü Xəyal Bədəlov iş başında elektrik cərəyanı vurması nəticəsində ölüb.

    Faktla bağlı araşdırma aparılır.