Category: Hadisə

  • Kürdə batan yeniyetmənin meyiti tapıldı

    İyunun 18-də Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun axtarışları başa çatıb.

    Median.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, C. Əlilinin meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

  • Şəkidə it uşağın başını qoparmaq istədi – VİDEO

    Şəkinin Baş Göynük kəndində dəhşətli hadisə baş verib. Həyətə soxulan it bir uşağın başını dişləyib və qoparmaq istəyib.

    Median.Az “xezerxeber.az”a istinadən xəbər verir ki, səsə gələn qadınlardan biriəlini itin ağzına salaraq uşağı xilas edib.

    Məlum olub ki, həmin kənddə bir gündə 7 nəfəri it dişləyib.İt həyətə soxulub uşağın başını dişləyərək qoparmaq istəyib.

    Rayonun Baş Göynük kənd sakini Günel Abdullayeva deyir ki, ötən gün uşaqlar həyətdə oynayarkən bir it həyətə daxil olub. Heyvan uşaqları görən kimi onların üstünə cumub.

    Heyvan əvvəlcə, 4 yaşlı Aynur Abdullayevanı dişləmək istəyib.

    Səsə gələn ailə üzvləri Aynuru qoruduqda isə it bu dəfə 6 yaşlı Nardanə Abdullayevanın başından tutub.

    Bu zaman Günel Abdullayeva əlini itin ağzına salıb.Beləliklə, itin azyaşlını parçalamasının qarşısı alınıb. Gözü dönmüş heyvan həyətdən uzaqlaşıb.

    Məlum olub ki, iyunun 20-i günorta saat 12 radələrindən başlayaraq axşam saat 19:30 radələrinə kimi Baş Göynük kənd sakinlərindən 7 nəfər itdişləmə diaqnozu ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Onlardan 3-ü azyaşlıdır.

    Həmin şəxslər evə buraxılsalar da, nəzarətdə saxlanılırlar. Xəstəxanaya müraciət edənlərin hamısını eyni itin dişləyib-dişləmədiyi isə bilinmir. Hadisə ilə bağlı aidiyyatı qurumlara məlumat verilib.

  • Neftçalada 19 yaşlı gənc intihar edib

    Neftçala rayonunda 19 yaşlı gənc intihar edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki , hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 1999-cu il təvəllüdlü Sadiq Elşən oğlu Ələkbərov həyətyanı sahədəki tövlədə özünü asaraq intihar edib.

    Onun günorta saatlarında atası ilə birgə evə gəldiyi, daha sonra isə cansız meyitinin qara kəmərlə asılmış vəziyyətdə aşkarlandığı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda arvadı küsərək evdən gedən kişi özünü asıb

    Şabran rayonunun Güləmli yaşayış massivində üç uşaq atası intihar edib.

    Median.Az “report”a istinadən xəbər verir ki, 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadığı evin yardımçı otağında özünü elektrik naqilindən asaraq öldürüb.

    Məlumata görə, mərhum Cəmil Məmmədovla həyat yoldaşı arasında mübahisə baş verib. Mübahisədən sonra qadın övladlarından ikisini götürərək atası evinə – Quba rayonuna gedib. Bundan əsəbləşən C.Məmmədov intihar edib.

    Ailənin üç oğlan övladı var.

    İntiharın dəqiq səbəbləri Şabran Rayon Prokurorluğunda araşdırılır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

  • İsmayıllıda avtomobil yeddi yaşlı uşağı vurub öldürdü

    İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, 50-BE-448 dövlət nömrə nişanlı, “QAZ 2400” markalı avtomobil Muğanlı-İsmayıllı yolunun 29-cu kilometrliyində hərəkətdə olarkən yolu keçən piyadanı, 2011-ci il təvəllüdlü Babayev Məhəmməd Əhməd oğlunu vurub.

    Ağır bədən xəsarətləri alan yeddi yaşlı uşaq ölüb.

    Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

  • Neftçala sakini Kürdə boğulub

    Neftçala sakini Kür çayında boğulub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Surra kəndi ərazisində qeydə alınıb.

    Rayonun Aşağı Qaramanlı kənd sakini, 1976-cı il təvəllüdlü Novruzov Baba Fəxrəddin oğlu sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Baba ehtiyatsızlıqdan laqonda ilə nəvəsinin ayağını kəsdi

    Mingəçevir şəhərində baş verən bədbəxt hadisə nəticəsində 14 yaşlı uşaq xəsarət alıb. Hadisə şəhərin Aydın Məmmədov küçəsi, 7 a, mənzil 44 ünvanında baş verib. Belə ki, işlək vəziyyətdə olan laqondanın 2004-cü il təvəllüdlü Cəfərov Orxan Vüqar oğlunun üzərinə düşməsi nəticəsində yeniyetmə ağır xəsarətlər alıb.

    Laqonda uşağın sol baldır əzələsini və sağ ayaq barmağını kəsib. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

    Məlum olub ki, hadisə O.Cəfərovun babası evdə təmir işləri görərkən baş verib. Ehtiyatsızlıq nəticəsində işlək vəziyyətdə olan laqonda babanın əlindən düşərək yanındakı nəvəsinə ağır xəsarət yetirib.(Report)

  • Bakıda dəhşətli hadisə: GƏNC AİLƏ MƏHV OLDU

    Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.

    Median.Az “lent.az”a istinadən xəbər verir ki, Pirallahı yolunda “VAZ 2106” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb.

    Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən gənc qadın və 4 aylıq körpəsi hadisə yerində vəfat edib. Avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, qəzanı törədən sürücü vəfat edən uşağın atası olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Yollarda ölüm kabusu – VİDEO

    İstirahət günlərində də yollar qəzasız ötüşmür. Bu gün Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

    Sərnişinin ölümünə səbəb isə yolda olan dəmir arakəsmə olub. Bu isə yollarda quraşdırılan təhlükəsizlik sədlərinin keyfiyyət məsələsini bir daha gündəmə gətirir.

    Median.Az xəbər verir ki, dəmir arakəsmələr növbəti dəfə ölümə səbəb olub.

    Bakı-Sumqayıt şossesində paytaxt istiqamətində hərəkətdə olarkən Marat Cəfərovun idarə etdiyi avtomobil dəmir arakəsməyə çırpılıb. Dəmir avtomobilin ön tərəfindən salona girərək arxa şüşədən çıxıb. Nəticədə sərnişinin ayaqları kəsilib. Çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

    Buna bənzər qəza bir neçə gün öncə Hacıqabulda da baş vermişdi. Bu rayonda da avtomobilin dəmir arakəsməyə çırpılması nəticəsində bir nəfər ölmüş, biri isə yaralanmışdı.

    Statistika göstərir ki, baş verən qəzalar zamanı dəmir arakəsməyə çırpılan avtomobillərdə ölüm halları daha çox olur. Ekspertlər bunu həmin təhlükəsizlik sədlərinin keyfiyyətsiz materialdan hazırlanması ilə əlaqələndirirlər.

    Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, təhlükəsizlik sədlərinin əsas məqsədi idarəetmədən çıxan avtomobilə dəyəcək zərbənin fəsadını azaltmaq olmalıdır. Həmin sədlər zərbənin təsir gücünü özünə çəkməlidir. Ona görə də dəmir arakəsmələri beton divarlarla əvəz etmək də çıxış yolu deyil.

    “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən isə bildirdilər ki, yol kənarlarında və çoxzolaqlı yollarda quraşdırılan dəmir arakəsmələr ölkəmizə xaricdən idxal edilir və beynəlxalq standartlara cavab verir. Ona görə də hazırda onların dəyişdirilməsi məsələsi müzakirə mövzusu deyil.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Bakıda ana doğuş zamanı dünyasını dəyişdi, övladı isə sağ qaldı — TƏFƏRRÜAT

    Ötən gün Nizami rayonunda yerləşən 7 saylı doğum evində ölüm faktı qeydə alınıb.

    1987-ci il təvəllüdlü Sultanxanım Mütəllim qızı Mədətxanova doğuşdan sonra dünyasını dəyişib. Doğuş zamanı dünyaya gələn oğlan uşağı isə sağ qalıb.

    Doğum evindən “ölkə.az”a verilən məlumata görə, ana dünən səhər doğuşa götürülüb, 4 kq çəkidə oğlan uşağı dünyaya gətirib, təxminən 3-4 saat sonra ilkin ehtimallara görə, ürəyindəki problemlə bağlı dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə göndərilib.

    Qeyd edək ki, S. Mədətxanova bu doğuşa qədər dünyaya 2 övlad gətirib.

    Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırmalara başlanılıb. Ölüm faktı ilə bağlı ekspertiza təyin olunub, təxminən 20 gün sonra ölümün dəqiq səbəbi məlum olacaq.