Category: Hadisə

  • Ağsuda 20 yaşlı qız intihar edib

    Ağsu rayonunda intihar hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ağsu şəhərinin 20 Yanvar küçəsindəki mənzillərdən birində qeydə alınıb.

    Rayon sakini, 1998-ci il təvəllüdlü Şıxıyeva Ləman Mahir qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

    Onun özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.

    Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • İki uşaq anası damarlarını doğradı

    Mingəçevir şəhər sakini intihara cəhd edib.

    Median.Az Report-a istinadən xəbər verir ki, bağlar yaşayış massivində yaşayan 1993-cü il təvəllüdlü şəhər sakini Şirinova Mətanət Qara qızı ailə münaqişəsi zəminində damarını kəsib.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    M.Şirinova iki uşaq anasıdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda deputat vəfat etdi FOTO

    Naxçıvan Müəllimlər İnstitunun rektoru, pedeqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi Oruc Həsənli uzun sürən xəstəlikdən sonra vəfat edib.

    Median.Az “Reporta”a istinadən xəbər verir ki, 1950-ci il avqustun 15-də Şərur rayonunun Ələkli kəndində anadan olan Oruc Həsənli ölkəmizdə pedeqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. AMEA-nın müxbir üzvü olan professor O.Həsənli 200-dən artıq elmi əsər, kitab və monoqrafiyanın müəllifi kimi də tanınır.

    2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışan alim həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü olub.

    Oruc Həsənli Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunub.

  • Bayram günləri yol qəzalarında ölənlərin sayı açıqlandı

    Bayram günləri respublikada baş verən yol qəzalarının statistikası açıqlanıb.

    Baş Dövlət Yol Polisi İdarəsindən oxu.az-a verilən məlumata görə, ötən gün respublikasnın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

    Bununla da iyunun 15-dən bu günədək respublika ərazisində 14 yol qəzası baş verib ki, nəticədə 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

  • Bakıda növbəti yanğın – FOTO

    “Nanəli” restoranında yanğının söndürülməsi işləri davam etdirilir.

    Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın restoranın I və II mərtəbələrində qeydə alınıb.

    Yanğın lokallaşdırılıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

    Qeyd edək ki, yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev baş çəkib./APA/

    * * * * *

    Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş verib.

    FHN-dən bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.




  • Azərbaycanda dəhşətli qəza: deputatın bacısı oğlu öldü

    Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. “Tofaş” markalı “10 CC 011″ dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

    Nəticədə sürücü – Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

    “AzPolitika.info”ya daxil olan məlumata görə, qəzada həlak olan 28 yaşlı Emil Şahpələngli deputat İqbal Məmmədovun bacısı oğludur.

  • Bakının mərkəzində qarşıdurma… Ağac “soyqırımı”na ETİRAZ EDİLDİ (VİDEO)

    Nəsimi rayonu 4 mikrorayon, Hüseyn Seyidzadə kücəsi, bina 2-nin qarşısında ağacları kəsərək, bina tikmək istəyirlər. Sakinlər buna etiraz edir.

    Median.Az sakinlərin etirazını əks etdirən görüntüləri təqdim edir:

  • Ağsuda avtomobil dərəyə aşdı – YARALANANLAR VAR

    Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hadisə bu gün saat 16:30 radələrində, Ağsu çayı üzərindəki körpünün yanında baş verib.

    “Mercedes” markalı yük avtomobili yoldan çıxaraq 100 metr dərinliyi olan dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan iki nəfər ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların adları hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır. /apa

  • Salyanda DƏHŞƏT: İki gənc intihar etdi – YENİLƏNİB

    Salyanda 24 yaşlı gənc intihar edib.

    Hadisə rayonun Plastmas yaşayış massivində qeydə alınıb.

    Belə ki, massiv sakini Abbasov Vüsal Nadir oğlu yaşadığı ünvanda özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.

    ***

    Bundan başqa, Salyan şəhərində də intihar faktı qeydə alınıb. Belə ki, şəhərin 28 yaşlı sakini Əltural Qurbanov 5 mərtəbəli yaşayış binasının damında özünü asıb.

    Hər iki faktla bağlı araşdırma aparılır./report

  • Şəkidə çobanı ildırım vurdu

    Şəkidə yaylaqda çobanı ildırım vurub.

    Şəki rayonu, Şin kənd sakini 1990-cı il təvəllüdlü Rahim Nəriman oğlu Məmmədov Şin kəndinin inzibati ərazisinin yaxınlığında dağda yaylaq ərazidə qoyun otaran zaman onu ildırım vurub. İldırım vurması nəticəsində travmatik xəsarət alan Rahim Məmmədov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
    MRX-dan bildirilib ki, Rahim Məmmədov axşam saat 21 radələrində xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Rahim Məmmədov bədənin sol tərəfinin aşağı və yuxarı ətraflarında ümumi zəiflik hiss edilir. Hazırda onun müayinə və müalicəsi aparılır.

    Rahim Məmmədovun yaxınlarının verdiyi məlumata görə, ildırım vurması nəticəsində qoyun sürüsünü mühafizə edən iki çoban iti və bir baş qoyun ölüb.//olke.az