Category: Hadisə

  • Sərnişin daşıyan “Ford” aşdı: 15 yaralı – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO

    Yaralılar təcili tibbi yardım stansiyasının 5 avtomobili ilə Şamaxı Diaqnostika Mərkəzi və rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 09:00 radələrində Bakı-Şamaxı-Yevlax magistralının Mirikənd kəndindən keçən hissəsində qeydə alınıb.

    Şəkidən Bakı istiqamətində hərəkət edən “55 BT 471” dövlət nömrə nişanlı “Ford” markalı sərnişindaşıyan avtomobil ilə “Mersedes” toqquşub. Nəticədə Ford aşıb.

    İlkin məlumata görə, 15 nəfər – Şəki sakinləri İbrahimxəlil Məmmədli, Süleyman Babayev, İlham Rzayev, Qurban Rəhimov, Qızılgül Səmədova, Toğrul Məmmədov, Yaqub Ömərov, Röyal Məmmədov, Bəsti Darçınova, İlham Abdulrəhmanov, Humay Ağabalayeva, Xəyal Rüstəmov, Raidə Zamanova və hələ ki, adları məlum olmayan daha 2 nəfər ağır bədən xəsarətləri alıb. Hadisənin yağışlı hava səbəbindən yolun sürüşkən olması nəticəsində baş verdiyi ehtimal edilir.

    Telman Mustafayev – Sürücü: “Avtobus Şəki tərəfdən gəlib, mən də Bakıdan Ağsuya gedirdim. Bu vaxt maşın sürüşdü, fırlandı dəydi mənə”.

    Faktla bağlı araşdırma aparılır.

  • Goranboyda 28 yaşlı gənc məktub yazaraq özünü öldürmək istədi – TƏFƏRRÜAT

    Goranboy rayonunda 28 yaşlı gənc intihara cəhd göstərib.

    Median.Az report-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Vüsal Taleh oğlu Həsənov yaşadığı evdə özünü asaraq öldürməyə çalışıb.

    O, yaxınları tərəfindən xilas edilərək xəstəxanaya aparılıb, vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Rayonun Dəliməmmədli şəhəri ərazisində baş vermiş intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.

    28 yaşlı Vüsal Həsənov yaşadığı evdə tək olan zaman məktub yazaraq kəndiri boğazına keçirib və özünü asmaq istəyib. Məlumata görə, V.Həsənov yazdığı məktubda mülk məsələsinə görə intihar etdiyini qeyd edib.

    V.Həsənovun həyat yoldaşı evə gələn zaman onu tavandan asılı vəziyyətdə görüb. Qadın qışqıraraq qonşuları köməyə çağırıb və yaxınlıqdakılar səsə gələrək V.Həsənovu kəndirdən endiriblər. Onun hələ həyatda olduğunu görüb dərhal xəstəxanaya aparıblar.

    Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

  • Şamaxıda mikroavtobus aşıb: Xeyli sayda yaralı var – YENİLƏNİB

    Fövqəladə Hallar Nazirliyi Şamaxıda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

    Nazirlikdən oxu.az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Mirikənd kəndində “Mercedes” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub. Qəza zamanı mikroavtobusda xəsarət alan 1 nəfər (sərnişin) köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həmin şəxsi müvafiq qaydada mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    * * * * *

    Şamaxıda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların adları məlum olub.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, hadisə zamanı 13 nəfər yaralanıb.

    Onlardan biri təcili əməliyyat olunub.

    Xəsarət alan şəxslər bunlardır: Rzayev İlham Baxış oğlu, Rəhimov Qurban Ağakər oğlu, Səmədova Qızılgül Badəddin qızı, Babayev Süleyman Atabala oğlu, Məmmədli İbrahimxəlil, Məmmədov Toğrul, Ömərov Yaqub, Məmmədov Röyal, Darçınova Bəsti, Abdulrəhmanov İlham Akif oğlu, Ağabalayev Humar Talıb oğlu, Zamanova Raidə Zaman qızı və Xəyal Rüstəmov (əməliyyat olunub).

    * * * *

    Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 09:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusu aşıb, 10-a yaxın sərnişinin xəsarət aldığı bildirilir.

    Xəsarət alanlar təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.

    Hadisə barədə əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.

  • Abşeronda17 yaşlı yeniyetmə özünü körpüdən atıb

    Abşeronda gənc oğlan intihara cəhd edib.”Report”un xəbərinə görə, hadisə Bakı-Sumqayıt şosesində baş verib.

    2001-ci il təvəllüdlü Bəxtiyarlı Şahlar Özbəy oğlu özünü Xırdalan şəhəri ərazisində yerləşən körpüdən yerə atıb.

    Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

  • Bakıda yük maşını marketə çırpıldı

    Bakıda Əhmədli metro stansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza zamanı “Ford” markalı yük avtomobili işıq dirəyinə dəyib, daha sonra marketə çırpılıb.

    Hadisə nəticəsində işıq dirəyi sınıb, avtomobil və mağazaya ziyan dəyib.

    Sürücü isə yüngül xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda qəza anı kameraya düşdü – maşının təkəri qopdu (VİDEO)

    Bakıda avtomobil qəzası müşahidə kamerasına düşüb.

    Hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

    Qəzaya səbəb ağ rəngli avtomobilin qəfil digər maşının qarşısına çıxması olub.

    Bu vəziyyətdə qəzanın baş verməsi qaçılmaz olub.

    Hadisənin görüntüsünü təqdim edirik:

    //baku.ws

  • Bakıda mənzildən qadın meyiti tapılıb

    Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb.

    Orada 1959-cu il təvəllüdlü Həsənova Firuzə Fətqul-Qədirovnanın meyiti aşkarlanıb. Qadının meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Bakıda güclü yanğının baş verdiyi təkər “qəbiristanlığı” – VİDEO

    Xəbər verdiyimiz kimi, bu gün Bakının Binəqədi rayonunda Ağac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) güclü yanğın baş verib.

    Yanğına keçmiş zavodun ərazisində yerləşən işlənmiş təkər emalı sexində aparılan işlər səbəb olub.

    FHN-nin hadisə ilə bağlı yaydığı məlumatda 500 m2 ərazidə işlənmiş avtomobil şinlərinin yandığı göstərilir.

    Hadisə ilə bağlı Ekologiya Nazirliyi də məlumat yayıb. Nazirliyin məlumatına görə, ərazidə monitorinq və araşdırma işlərinə başlanıb.

    “Mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb”, – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

    Oxu.az-ın redaksiyasına daxil olan kadrlar isə baş vermiş hadisəni yeni rakursdan izləməyə imkan verir.

    Videodan aydın görünür ki, işlənmiş təkərlər açıq səma altında saxlanılır və ərazinin ölçüsü 2-3 hektar, bəlkə də daha çox təşkil edir.

    Bir daha xatırladaq ki, FHN-nin məlumatına görə, tüstüsü Bakının hər tərəfindən görünən yanğın cəmi 500 m2 ərazidə baş verib, bu isə 0,05 hektara bərabərdir.

  • Azərbaycanlı müğənnilər avtomobil qəzasına düşdülər: Hər ikisi ağır xəsarət alıb – Foto

    Məşhur meyxanaçı Pərviz Bülbülənin duet ortağı Türkan Vəlizadə bu gecə avtomobil qəzasına düşüb.

    Xəbərçi.az-ın verdiyi məlumatına görə, yağışlı havada yol sürüşkən olduğu üçün qəza şəraiti yaranıb.
    Hadisə zamanı müğənni həmkarı Zeynəb Həsəni ilə birlikdə olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb Həsənlinin isə çanağı sınıb.

    Sənətçilərin hər ikisi xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, gənc ifaçı Zeynəb Həsənli meyxanaçı Vasif Əzimovla dueti ilə gündəmə gəlmişdir.




  • Bakıda faciəvi şəkildə ölən gənc qızın 25 yaşlı qardaşı da vəfat etdi FOTO

    Bakıda bir il əvvəl qəzada ölən və dəhşətli həyatı ilə sosial şəbəkələrdə müzakirələrə səbəb olan Aysel Quliyevanın ailəsində daha bir faciə baş verib.

    Median.Az qafqazinfo saytına istinadən xəbər verir ki, Ayselin 25 yaşlı qardaşı Elçin Quliyev bacısının ölümündən sonra ağır xəstəlikdən vəfat edib. Sosial şəbəkələrdə ailənin yaxınları E. Quliyevin 32 yaşlı bacısının faciəvi ölümünə alışa bilmədiyini və xəstəliyinin daha güclənməsinə səbəb olduğunu bildiriblər.

    34 nömrəli məktəbdə dərs hissə müdiri işləyən Ayselin qəzada dünyasını dəyişməsi ilə yanaşı ağrılı həyatı da mediada işıqlandırılmışdı. Toyuna az qalmış nişanlısı Moskvada avtomobil qəzasına düşərək dünyasını dəyişmişdi, o isə bütün baş verənlərə baxmayaraq həyata daha nikbin baxırdı.

    Qeyd edək ki, Aysel 2017-ci il mayın 31-də, qardaşı Elçin isə bu il mayın 30-da dünyasını dəyişib.