Median.Az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyatov küçəsində naməlum avtomobil yolu keçməyə çalışan 79 yaşlı kişini vurub.
Ağır xəsarət alan piyada hadisə yerindəcə keçinib. Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə birgə uzaqlaşıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Şamaxı rayonunun Meysəri kəndində bədbəxt hadisə baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, yerli sakin evdə mürəbbə bişirərkən qaynar tas 2017-ci il təvəllüdlü oğlu Bayramov Rəvan Taryel oğlunun üzərinə aşıb.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən körpəyə III dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra o, Bakıya göndərilib. Körpənin vəziyyəti ağırdır.
Mayın 24-də saat 09:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Zamin Salamov idarə etdiyi “Zontes” markalı motosikletlə yolu keçən Şağan qəsəbə sakini Mehriban Kərimovanı vurub.
Median.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə onların hər ikisi xəstəxanaya yerləşdirilib, piyada orada ölüb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Hyundai” markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.
Median.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış bir nəfərin meyitini (şəxsiyyəti məlum deyil) nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Bu gün səhər saatlarında Bakı Metrosunun “Koroğlu” stansiyasında intihara cəhd olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında bildirib ki, hadisə saat 09:25 radələrində qeydə alınıb:
“Hadisə “H.Aslanov” metrostansiyasından “İçərişəhər”ə gedən qatar “Koroğlu” metrostansiyasına daxil olan zaman yaşanıb. Qatar stansiyaya daxil olmağa az qalmış bir gənc özünü qatarın altına atıb.
Bununla bağlı dərhal maşinistə məlumat verilib və o, qatarı saxlayıb. Qatar yolundakı gərginlik dayandırılaraq, oğlan oradan çıxarılıb”.
Qurum rəsmisi qeyd edib ki, hazırda qatarların hərəkəti qaydaya düşüb:
“İntihara cəhd edən şəxs polisə təhvil verilib. Faktla bağlı araşdırma aparılır”.
DİN-dən verilən məlumata görə, mayın 22-da saat 15:00 radələrində Quba şəhərinin ərazisindən Qam-Qam kənd sakini İlkin Rəhimova məxsus “VAZ-2105” markalı avtomobil qaçırılıb və idarə edilərkən Paşa-oba kənd sakini Nəsir Dadaşovun idarə etdiyi “Kia” markalı avtomobillə toqquşub.
Nəticədə xəsarət alan olmayıb, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə olan Kamran Müzəffərov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Lənkəranda “VAZ 2107” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Ələt- Astara magistralının Lənkəran rayonunun Bürcəli kəndi ərazisindən keçən hissəsində baş verib.
Hadisə zamanı üç nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılardan birinin boğaz nayihəsi kəsilib.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Lənkəran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Rayonun Bürcəli kəndi ərazsində, 90-NE-057 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobil 01-BE-732 dövlət qeydiyyat nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşub.
Nəticədə “07”-də olan sürücü və sərnişinlər – rayonun Bürcəli kənd sakinləri, 1991-ci il təvəllüdlü Asim Natiq oğlu Feyziyev, 1992-ci il təvəllüdlü Elnur Baləddin oğlu Sovqatov və rayonun Biləsər kənd sakini, 1982-ci il təvəllüdlü Nahid Zeynal oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Onlardan 2-si – A.Feyziyev və E.Sovqatov xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Mingəçevir şəhərində sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var.
Report xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.
Belə ki, şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşurt xətt avtobusu “Niva” markalı avtomobillə toqquşaraq aşıb. 5 nəfər ağır xəsarət alıb. Yaralıların vəziyyəti ağırdır.
DİN-dən verilən məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb və indiyədək geri qayıtmayıb.
Onun əlamətləri belədir:
Boyu 150 sm, yumru sifətli, dolu bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. Ailəlidir.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinə 024-24-4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.