Category: Hadisə

  • DSMF-in binasında yanğın – VİDEO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən Baku.ws-ə məlumat verilib. Verilən məlumata görə, yanğın Yasamal rayonu, H.Zərdabi küçəsi 80 ünvanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında olub.

    Saat 14:07-də yanğın söndürülüb. İlkin məlumata görə, binanın 7-ci mərtəbəsindəki iş otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

    Yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

  • Azərbaycanda sərnişin dolu avtobus aşdı – Ölən və çox sayda xəsarət alanlar var

    Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, “KamAZ”a çırpılandan sonra aşan “Setra” markalı avtobus Gürcüstandan Bakıya gəlirmiş. Avtobus Hacıqabulun Pirsaat kəndi yaxınlığında qəzaya düşüb. İlkin məlumata görə, sürücü vəfat edib, xeyli insan xəsarət alıb.

    Qəza zamanı avtobus aşandan sonra yenidən təkərləri üstünə qayıdıb.

    Hadisə yerinə polis və ticili tibbi yardım briqadaları gəlib.

  • Qazaxda məktəbli çayda boğulub – FOTO

    Qazaxda Ağstafaçayda məktəbli boğulub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, şahidlər bir müddət əvvəl bir neçə məktəblinin çayda çimdiyini görüblər. Sonradan uşaqlardan biri itib.

    Çayın Qazax şəhərindən keçən hissəsində 13-14 yaşlı oğlanın paltarları tapılıb.

    Aparılan axtarış nəticəsində yeniyetmənin meyiti tapılaraq sudan çıxarılıb.


  • 27 yaşlı oğlanı telefonla danışarkən ildırım vuraraq öldürdü

    Masallı rayonunda 27 yaşlı gənci ildırım vuraraq öldürüb.

    APA-nın cənub bürosunun məlumatına görə, rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə 4 gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.

    Qəbiristanlıqda telefonla danışan F. Həsənovu ildırım vurub. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.

    Yüngül xəsarətlər alan E. Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

  • 24 yaşlı oğlan iş yerində özünü asdı – ŞƏKİDƏ

    Şəkidə intihar olub.

    Median.Az xəbər verir ki, hadisə rayonun Axundov küçəsi 126 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən ayaqqabı sexində işləyən, 1994-cü il təvəllüdlü Orxan Elşən oğlu Məmmədov sexin tavanından özünü asıb. Onun asılmış meyiti iş yoldaşları tərəfindən aşkar edilib.

    Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb./apa/

  • Bakıda yaşayış binasında yanğın başlayıb – Video

    Bakıda çoxmərtəbli binada yanğın başlayıb.

    Hadisə Yasamal rayonu, H.Cavid prospekti 201 ünvanında yerləşən çoxmərtəbəli binada başlayıb.

    Hazırda əraziyə yanğınsöndürənlər briqadası, təcili tibbi yardım xidmətinin həkimləri cəlb olunub.

    Yanğın davam edir.
    //femida.az

  • Yevlaxda avtomobil aşıb, yaralılar var

    Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    Median.Az “Report”un Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə dəmir yolunun rayonun Aran qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

    Belə ki, ilkin məlumata görə “VAZ-2106” markalı avtomobil dəmir yolu keçidinə çırpılaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Bakıda maşın bir anda yanıb kül oldu – VİDEO

    Ötən gün Bakıxanov qəsəbəsində maşın yanıb.

    Baku.ws-in məlumatına görə, “Oka” markalı avtomobil yolun kənarında alışıb.

    Avtomobilin hansı səbəbdən yandığı hələlik məlum deyil. Hadisə şahidlərinin sözlərinə görə, yanğın zamanı xəsarət alan olmayıb.

    Hadisənin görüntüsünü təqdim edirik:

  • Qarabağda canavarlar uşaqları parçaladı

    Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin Hadrut rayonunda canavarlar uşaqlara hücum edib.

    Median.Az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, hadisə mayın 28-də Mets Taqer və Tumi kəndində baş verib.

    Hadisə nəticəsində 10,4 və 11 yaşlı üç uşaq xəstəxanalıq olub.

    “İki nəfər üzündən və başından, bir uşaq isə ayağından xəsarət alıb. Onların həyati təhlükəsi yoxdur”, – uşaq həkimi Marqaryan deyib.

    O bildirib ki, onlar yaxın günlərdə ayağa qalxacaq.

  • Azərbaycanda 5 yaşlı uşaq anasını güllələyərək öldürdü

    Ağsu rayonunda güllələnmə hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən bildirir ki, bu gün saat 16:00 radələrində rayonun Bico kənd sakini, 1992-ci il təvəllüdlü İmaməliyeva Samirə Sədaqət qızı 5 yaşlı oğlu tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində güllə yarası alıb.

    Məlumata görə, iki uşaq anası olan Samirə İmaməliyeva divanda yatan zaman azyaşlı oğlu ov tüfəngini götürərək onu oynadıb və ehtiyatsızlıq səbəbindən qəflətən açılan atəş nəticəsində faciəli hadisə baş verib. Qadın başından aldığı xəsarət səbəbindən hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.