Category: Hadisə

  • Göyçayda qadın dəm qazından zəhərlənərək ölüb

    Göyçayda qadın dəm qazından zəhərlənib.

    Lalə İsgəndər qızı Mirzəliyeva yaşadığı evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

    Hadisə ilə bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
    //oxu.az

  • Həyat yoldaşı ilə dəm qazından boğularaq ölən Altay Cəfərov hərbçi imiş

    Ötən gün Naxçıvanda ər və arvad dəm qazından boğularaq ölüblər.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirən 29 yaşlı Altay Cəfərov hərbçi olub.

    Onun həyat yoldaşı Səmənnaz Cəfərovanın 27 yaşı var imiş.

    Onların iki yaşlı övladı həmin gün nənəsigildə olub.

  • Bakıda bacı-qardaş faciəli şəkildə ÖLDÜ

    Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 20-də Xətai rayonunda baş verib.

    2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Amin yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə yeniyetməni avtomobil vurdu

    Gəncədə yeniyetmə qızı avtomobil vurub.

    “Unikal”ın məlumatına görə, 2014-ci il təvəllüdlü E.Süleymanova xəstəxanaya yerləşdirilib.
    Ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, yeniyetmə yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub.
    Faktla bağlı araşdırma aparılır.

  • Qazaxda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var

    Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yolu kənarındakı divara çırpılıb. Qəza zamanı 24 yaşlı N.Alıyev elə hadisə yerində həyatını itirib.1996-cı il təvəllüdlü M.Vələdov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb. Dərhal yaralıya yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

  • 19 yaşlı oğlan qəfil öldü

    Bakıda gənc oğlan qəfil vəfat edib.

    Hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib.
    2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib.
    Yaxınları onun insult keçirdiyini bildiriblər.
    Faktla bağlı araşdırma aparılır.
     
    ///Qafqazinfo

  • Sabunçuda avtoqəza olub, ölən var

    Bakı şəhərinin Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı deformasiyaya uğrayan avtomobildən sıxılı vəziyyətdə qalan bir nəfərin meyiti çıxarılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, qəza yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Müəyyən edilib ki, “Renault” markalı minik avtomobili aşıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

    Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

  • Beyləqanda dörd yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb

    Beyləqanda dörd yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə rayonun Tatalılar kəndində baş verib.

    Kənd sakini 2021-ci il təvəllüdlü Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. Ailə üzvləri hadisədən gec xəbərləri olduğundan U.İmanzadə hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma başlanıb.

  • Abşeronda gənc oğlan işlədiyi sexdə dəmirin altında qalıb öldü

    Abşeron rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Məmmədli kəndində baş verib.

    Kənd sakini, 2003-cü il təvəllüdlü Ramil Saatovun işlədiyi sexdə üzərinə dəmir çərçivə aşıb. O, hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ukraynada azərbaycanlı həlak oldu

    Ukraynada gedən müharibədə Xaçmaz rayon sakini Rafiq Aydın oğlu Məmmədov həlak olub.

    Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Bildirilib ki, R.Məmmədov Rusiya Müdafiə Nazirliyinin tərkibinində “Axmat Spetsnaz”ın tərkibində döyüşüb.