Category: Hadisə

  • Sumqayıtda bir gündə ikinci intihar hadisəsi – FOTOLAR (ÖZƏL)

    Sumqayıtda 14 mərtəbəli binanın damından özünü ataraq intihar edənin şəxsiyyəti məlum olub. 

    Xeberle.com-un əldə etdiyi məlumata görə, intihar edən 2001-ci il təvəllüdlü Rüstəmov Faiq Fuad oğludur. Mərhum Hacı Zeynalabdin qəsəbəsində yaşayırdı. 

    * * * * *

    Gəncin üzərindən coğrafiya fənninə aid test toplusu, 20 qəpik pul və eynək tapılıb .

    * * * * *

    Sumqayıt şəhərində daha bir intihar hadisəsi baş verib.

    Xeberle.com-un verdiyi məlumata görə hadisə şəhərin 45-ci məsəlləsində 14 mərtəbəli binada qeydə alınıb. 

    Belə ki,  16-17 yaşlarında gənc 14 mərtəbəli binanın damına çıxaraq özünü aşağı atıb.  Məlumata görə, o, imtahanda yaxşı nəticə əldə edə bilmədiyi üçün intihar edib.

    Faktla bağlı araşdırma aparılır

    Sumqayıtda 14 mərtəbədən özünü ataraq intihar edən gəncin kimliyi bilindi - FOTOLAR (ÖZƏL) - YENİLƏNİB (1)

    Sumqayıtda 14 mərtəbədən özünü ataraq intihar edən gəncin kimliyi bilindi - FOTOLAR (ÖZƏL) - YENİLƏNİB (1)

    Sumqayıtda 14 mərtəbədən özünü ataraq intihar edən gəncin kimliyi bilindi - FOTOLAR (ÖZƏL) - YENİLƏNİB (1)

    Sumqayıtda 14 mərtəbədən özünü ataraq intihar edən gəncin kimliyi bilindi - FOTOLAR (ÖZƏL) - YENİLƏNİB (1)

    Sumqayıtda 14 mərtəbədən özünü ataraq intihar edən gəncin kimliyi bilindi - FOTOLAR (ÖZƏL) - YENİLƏNİB (1)

  • Borcu olan şəkili dəhşətli üsula əl atdı

    Hazırda faktlar bağlı araşdırma aparılır

    Şəki rayonunun Baş Göynük kəndində intihar hadisəsi baş verib. Kənd sakini, 1968-ci il təvəllüdlü İsmayıl Gülməmmədov yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından özünü asıb.

    Onun meyiti yaxınları tərəfindən aşkar edilib. Kənd sakinlərinin sözlərinə görə, 50 yaşlı mərhumun külli miqdarda borcu olub. Hazırda faktlar bağlı araşdırma aparılır./sputnik.az

  • İmtahanda pis nəticə göstərdi, intihar etdi

    Sumqayıt şəhərinin 9-cu mikrorayonunda intihar hadisəsi baş verib.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, 2001-ci il təvəllüdlü yerli sakin Pənah Quliyev yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından özünü yerə atıb.

    Onun universitetə qəbul olunmaq üçün verdiyi imtahanın aşağı nəticədə olmasına görə intihar etdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabirabad sakinini qatar vuraraq öldürüb

    Sabirabad rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zalqaraağac kəndi ərazisində keçən dəmir yol xəttində baş verib.

    Qatar kənd sakini, 1982-ci il təvəllüdlü Cavadov Rahil Əlihüseyn oğlunu vurub. Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən R.Cavadovun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Bakı Dairəvi-1” yolunda ölümlə nəticələnən qəza – FOTO

    “Bakı Dairəvi-1” avtomobil yolunda saat 13 radələrində ölümlə nəticələnən qəza baş verib.

    Qəza nəticəsində “Yol Xətt” MMC-nin işçisi dünyasını dəyişib.

    “Hadisə avtomobil yolunun “Meyvəli” bazarı istiqamətinə düşən hissəsində baş verib. Belə ki, ərazidə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılarkən 90 FS 151 dövlət nömrə nişanlı yük maşınının sürücüsü idarəetməni itirərək maşını öncə yolda hərəkətdə olan “Pajero” markalı avtomobilə, daha sonra ərazidə xidmət aparan və həmin hissədə işlərin aparıldığı üçün yolun bağlı olduğunu sürücülərə işarələyən BDYPİ-nin Yol Patrul Xidməti avtomobilinə və “Yol Xətt” MMC-yə məxsus minik maşınına çırparaq, MMC-nin işçisi olan 1972-ci il təvəllüdlü İlqar Əmirovu vurub.

    Daha sonra yük maşını yol kənarında quraşdırılmış əyri-xətli dəmir tirlərə dəyərək dayanıb. İlqar Əmirov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib”, – deyə məlumatda qeyd olunur.

    İlkin versiyaya əsasən, hadisə yük maşının əyləc sistemində yaranmış nasazlıq ucbatından baş verib. Faktla bağlı araşdırma aparılır./oxu.az



  • Bakıda FACİƏ – Fəhlə traktorun altında qaldı

    Bakıda söküntü sahəsində faciə baş verib.

    Hadisə paytaxtın Nərimanov rayonu ərazisində, köhnə binaların söküntüsü ilə məşğul olan “Mənzərə” MMC-nin söküntü sahəsində baş verib.

    Ərazidə söküntü aparan şirkətin əməkdaşı, Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Abiyev Rafiq Abduləhəd oğlu traktorun altında qalaraq ölüb.

    Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır. (trend)

  • 3 uşaq anası özünü yandırdı – TOVUZDA İNTİHAR

    Tovuz rayonunda üç uşaq anası özünü yandırıb.

    Median.Az xəbər verir ki, rayonun Cəlilli kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Şahnaz Qurban qızı yaşadığı evin damında özünü yandıraraq intihar edib.

    İlkin məlumata əsasən, intihara səbəb qadının ağır xəstəlikdən əziyyət çəkməsi olub.

    Fakt üzrə araşdırmalar davam etdirilir./report/

  • Bakıda ikimərtəbəli ev od tutub yandı – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO)

    Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayış evində yanğın baş verib.

    Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb edilib.

    Hadisə şahidlərinin sözlərinə görə, yanğın baş verən evdə yaşayış olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

    Hadisə yerindən görüntüləri təqdim edirik:

  • Valideynləri elçi getmədi, özünü bıçaqladı

    Azərbaycanda valideynlərini elçiliyə göndərə bilməyən gənc özünü bıçaqlayıb.

    Median.Az Report-a istinadla xəbər verir ki, hadisə Bərdə rayonunun kəndlərindən birində qeydə alınıb.

    Kənd sakini, 1995-ci il təvəllüdlü N.C. intihar etmək məqsədilə qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, həyatı xilas edilib.

    Araşdırma zamanı onun valideynlərinin sevdiyi qıza elçi getməməsi səbəbindən intihar etmək istədiyi məlum olub.

  • Bakı metrosunda ölən tələbənin VİDEOsu yayıldı

    Bakı metrosunda ölən tələbənin videosu yayılıb.

    Metronun “20 Yanvar” stansiyasında 1998-ci il təvəllüdlü Sahil Teymurlu ürəktutmadan dünyasını dəyişib.

    Əslən Beyləqan rayonundan olan 20 yaşlı Sahil Milli Aviasiya Akademiyasının tələbəsi olub. Faktla bağlı araşdırma aparılır.

    Hadisə zamanı çəkilən görüntünü təqdim edirik:
    /baku.ws