Category: Hadisə

  • Bakıda aeroport yolunda dəhşətli qəza: yaralılar var – VİDEO

    Bakıda aeroport yolunda ağır qəza baş verib.

    Mayın 8-i Koroğlu metrosunun yaxınlığında qeydə alınıb. Qəza zamanı “Hyundai” və “Vaz2107” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Vaz” markalı avtomobil yolayrıcında olan işıq dirəyinə çırpılıb. Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir.

    Faktla əlaqədar araşdırma aparılır.
    /yenicag.az

  • Ata, ana və babanın öldüyü dəhşətli yanğının görüntüləri – VIDEO

    Masallı rayonunda ev yanıb.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Təzə Alvadı kəndində yaşanıb. 73 yaşlı kamran Əzimova məxsus ümumi sahəsi 180 m² olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evdə gecə saat 1 radələrində anidən yanğın baş verib. Alov qısa müddətdə bütün evi əhatə edib.

    Evin 2-ci mərtəbəsində yatan 45 yaşlı Namiq Əzimov və onun həyat yoldaşı 35 yaşlı Zeynəb Əzimova dünyasını dəyişib. Namiq Əzimovun atası Kamran Əzimov isə ağır yanıq xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Ailənin digər 3 üzvü isə xilas ola bilib.

    Sahib Əkbərov – Zərərçəkənin qohumu: “Gəldik gördük dəhşət… Alov yuxarıdan başlayıb. Aşağıdakı 3 uşağı çıxartdıq. Nənəni çıxartdıq. Amma ata, ana, baba yuxarda idi. Alova yaxınlaşmaq mümkün deyildi. Baba özünü pəncərədən yerə atdı, amma hər yeri yanmışdı”.

    Hadisə yerinə polis əməkdaşları, Masallı və Cəlilabad rayonlarından yanğınsöndürən maşınları və canlı qüvvə cəlb olunub. Yanğını səhərə yaxın söndümək olub.

    Evin 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub. Hadisənin elektrik naqillərində yaranan qısa qapanmadan baş verdiyi etimal olunur.

    Faktla bağlı cinayət işi başlanıb. Yanğının dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlii olacaq.

  • Lənkəranda arvadı evdən qaçan kişi özünü yandırıb

    Lənkəran sakini intihara cəhd edib.

    Hadisə rayonun Aşağı Nüvədi qəsəbəsində baş verib. Kərgəlan kənd sakini Elvin Əflatun oğlu Məmmədov əvvəllər vətəndaş nikahında yaşadığı, sonra isə ayrıldığı Vüsalə Balamirzə qızı Cəfərovanın yaşadığı evin həyətinə gələrək özünü yandırıb.

    O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Burada ilk tibbi yardım göstərilən E. Məmmədova hər iki yuxarı ətrafın, kürəyin və boyun nahiyəsinin III-IV dərəcəli yanığı diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

    Qeyd edək ki, yanvar ayında V. Cəfərova ailə münaqişəsi zamanı evi tərk edib. E. Məmmədov isə onun evdən qaçması ilə bağlı polisə məlumat verib. Faktla bağlı araşdırma aparılır.//apa

  • Məktəbdə faciə: şagird öldü – Azərbaycanda

    Saatlıda məktəbdə ölüm hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yahya Eldar oğlu məktəbdə ölüb. Onun hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır. Ehtimal olunur ki, məktəbli döyüldükdən sonra vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda məktəb yandı

    Xaçmaz rayonu, Xudat şəhərində ümumi sahəsi 450 m2 olan ikimərtəbəli, taxta konstruksiyalardan ibarət məktəb binasının dam örtüyü 400 m2, yanar konstruksiyaları 174 m2 sahədə və taxtadan ibarət pilləkən qəfəsi yanıb.

    Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda mikroavtobus avtomobillə toqquşdu – 13 nəfər yaralandı

    Ağstafa rayonunda mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alan 15 nəfərin adı məlum olub.

    Yaralılardan 2-i Qazax Müalicə Diaqnostika Mərkəzinə, 13 nəfər isə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Yarlılar:

    Ələsgərova Samirə Tahir qızı (1978)

    Qafarova Gülnarə Muxtar qızı (1967)

    Alıisgəndərova Alidə Məhəmməd qızı (1963)

    Əmirova Nəzifə Fərhad qızı (1966)

    Mansurova Nəzrin Şamil qızı (1963)

    Nəbiyev Xanbala Məşədi oğlu ( 1959)

    Qafarov Şahin Şaddədin oğlu ( 1957)

    Osmanov İslam Xəlil oğlu (1963)

    Novruzova Nəzakət Murad qızı (1960)

    Ələkbərova Zərinə Alməhəmməd qızı (1938)

    Şıxməmmədov Eldar Əli oğlu ( 1999)

    Abbasova Leyla Tahir qızı (1976 )

    Mahmudov Röyal Mahmud oğlu (1989)

    Kərimov Tahir Muğdat oğlu ( 1983)

    Hüseynxanov Vəkil İlyas oğlu (1940)

    //report.az

  • DİN Sabirabaddakı dəhşətli qəza ilə bağlı məlumat yayıb

    Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda altı qohumun faciəli şəkildə ölməsi barədə rəsmi məlumat yayıb.

    Məlumatda bildirilib ki, mayın 7-də, saat 09:00 radələrində Sabirabad rayonunun Şəhriyar kəndindəki pambıq sahəsinə işləməyə gedən kənd sakini Əjdər İmanovun idarə etdiyi “Belarus-892” markalı traktorun qoşqusu ayrılaraq Şorsu kanalının kollektoruna aşıb.

    Nəticədə qoşquda olan arvadı Məlahət İmanova, qohumları Günay Qasımova, Xəyalə Həsənova, Elnarə Məlikova, onun qızları Zəhra və Fatma suda boğulublar.

    Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Masallıda üç nəfər yanaraq öldü – YENİLƏNİB

    Masallıda evdə baş verən yanğın zamanı xəsarət alan daha bir nəfər ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, yanıq xəsarətləri alan şəxs Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda vəfat edib.

    Bununla da yanğın zamanı ölənlərin sayı 3-ə çatıb.

    * * * * *

    Masallıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli, yeddi otaqlı evin dam örtüyü, birinci və ikinci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

    Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb və üç nəfər xilas edilib.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

  • Bakıda avtobus “Prado” ilə toqquşdu – VİDEO

    Bakıda avtobus minik maşını ilə toqquşub.

    Hadisə “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında qeydə alınıb.

    Hadisə şahidlərinin məlumatına görə, avtobus “Prado” markalı maşınla toqquşub.

    Hadisə yerindən görüntünü təqdim edirik:
    /baku.ws

  • Sabirabadda dəhşətli qəza: Altı qadın öldü – YENİLƏNİB + VİDEO

    Sabirabad rayonunda altı nəfərin ölümü və iki nəfərin yaralanamsı ilə nəticələnən traktor qəzasının səbəbi məlum olub.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, qəzaya qoşqunun traktora bağlanan hissəsindəki dəmirin yerindən çıxması səbəb olub.

    Nəticədə qoşqu su kanalına aşıb. Hadisə zamanı qoşquda olan yeddi qadından altısı ölüb. Traktorun sürücüsü və qoşquda olan qadınlardan biri xəsarət alıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    * * * * *

    Sabirabadda traktorun qoşqusunun aşması nəticəsində ölənlərin adları məlum olub.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, ölənlər Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları Bağırova Fatimə Teymur qızı, Bağırova Zəhra Teymur qızı, onların qohumları İmanova Məlahət Mehbalı qızı, Qasımova Xəyalə Əbülhəsən qızı, Qasımova Günay Tofiq qızıdır.

    * * * * *

    Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində altı nəfər ölüb.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, ölənlərin hamısı qadındır.

    Onlar ana, iki qızı və yaxın qohumlardır.

    * * * * *

    Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində altı nəfərin boğularaq öldüyü bildirilir.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, ölənlərin hamısı qadındır.

    İlkin məlumatda onlardan üçünün bir ailənin üzvü olduğu deyilir.

    Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.

    Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

    * * * * *

    Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində altı nəfərin öldüyü bildirilir.

    Daha bir neçə nəfər xəsarət alıb.

    İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.

    * * * * *

    Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Şəhriyar kəndində baş verən qəzada altı nəfər ölüb.