Category: Hadisə

  • Bakıda “QAZel” azyaşlı uşağı vurub öldürdü

    Bakıda “QAZel” markalı avtomobil beş yaşlı uşağı vuraraq öldürüb.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, mayın 6-da, saat 15:00 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində qəsəbə sakini Mehrab Səfərov idarə etdiyi “QAZel” markalı nəqliyyat vasitəsilə beş yaşlı İbrahim Köçəriyevi vurub.

    Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağıldı

    Sumqayıt şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

    1-ci mikrorayon, ev 26/8, mənzil 43-də yaşayan 2017-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Məmmədov Fərid Sərxan oğlunun üzərinə qaynar su dağılıb.

    Azyaşlı bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. O, dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Ona 1-ci və 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.//Report

  • Bakıda mikroavtobus yandı

    Bakıda yanğın hadisəsi qeydə alınıb.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda “Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb.

    Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • 13 yaşlı qız 4-cü mərtəbədən yıxıldı

    Sabirabadda binanın 4-cü mərtəbəsindən yıxılan qız ağır xəsarətlər alıb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad şəhəri İ.İsgəndərov 2, mənzil 7 ünvanında yaşayan, 2005-ci il təvəllüdlü Abışova Səidə Sabir qızı binanın 4-cü mərtəbəsindən yıxılıb. Çoxsaylı travmatik xəsarətlərlə Sabirabad rayon mərkəzi xəstəxanasına yerləşdirlən 13 yaşlı qız ilkin tibbi yardımdan sonra Bakıdakı xəstəxanalardan birinə yola salınıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə yanğın: İki FHN işçisi yaralandı – YENİLƏNİB + FOTO

    Fövqəladə Hallar Nazirliyi Gəncədə yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

    Median.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, şəhərin Kəpəz rayonunda ikimərtəbəli yaşayış binasının ümumi sahəsi 600 m² olan dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və dam örtüyünün altına yığılmış əşyalar 30 m² sahədə yanıb.

    Yanğın zamanı 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

    * * * * *

    Gəncə şəhərində yanan yaşayış binasını söndürən zaman xəsarət alan Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının adları məlum olub.

    Median.Az-ın xəbərinə görə, bunlar Göygöl rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Zirəddin Mübariz oğlu və Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Lələyev Namiq Əbülfəz oğludur.

    Hər iki yanğınsöndürən hündürlükdən yıxılaraq xəsarət alıb. N.Lələyevin vəziyyəti ağır, digər yaralının vəziyyəti isə orta-ağırdır.

    Qeyd edək ki, yanğın artıq söndürülüb.

    * * * * *

    Gəncədə Heydər Əliyev prospekti bina 6-da yanğın baş verib.

    Median.Az-ın “ARB Kəpəz”ə istinadən xəbərinə görə, tüstülənmə ikimərtəbəli yaşayış binasının dam örtüyündən başlayıb.

    Hadisə yerinə FHN-nin altı texnikası və canlı qüvvəsi cəlb olunub. Sakinlər binada təxliyyə edilib.

    Sakinlər qabaqlayıcı tədbirlər görərkən iki nəfər FHN əmədaşının xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bildiriblər.




  • Azərbaycanda 2 yaşlı uşaq dondurmadan öldü

    Cəlilabad rayonunda 2 yaşlı uşaq dondurma yeməsi nəticəsində ölüb.

    Report xəbər verir ki, mayın 2-də, 2016-ci il təvəllüdlü Əli Allahverdi oğlu İsmayılovun dondurma yedikdən sonra boğazı şişib. Uşaq halsızlıq və yüksək tempraturla Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılıb. Uşağa ilkin tibbi yardım göstərilib və o evə buraxılıb. Lakin bu gün uşağın yenidən halı pisləşib və yaxınları onu Cəlilabad Uşaq Xəstəxanasına aparıb. Xəstəxanada uşağın öldüyü məlum olub.

    Ə.İsmayılovun yaxınları azyaşlının xəstəxanada keçindiyini bildirsələr də, həkimlərin dediyinə görə uşaq xəstəxanaya gətirilərkən yolda keçinib.

    Uşağın meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ana və qızın yaşadığı ev külə döndü: Şəmkirdə DƏHŞƏTLİ yanğının GÖRÜNTÜLƏRİ – VİDEO

    Şəmkirdə evdə yanğın baş verib.

    ARB TV xəbər verir ki, rayonun Yeni Abad kəndi ərazisində ümumi sahəsi 42 m² olan yaşayış evi yanıb.

    Əraziyə cəlb olunan Şəmkir Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi alovun digər evlərə keçməsinin qarşısını alıblar.

    Ev sahibinin həyat yoldaşı, 1995-ci il təvəllüdlü Məmmədova Təhminə Asif qızı və onun 2015-ci il təvəllüdlü qızı Məmmədova Aylin Asim qızı yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda qadın piyada keçidinin yaxınlığında vuruldu – VİDEO

    Dünən axşam saat təxminən 22:40 radələrində paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası törədilib. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Səbail rayonu Salyan şossesində, Dövlət Bayrağı Meydanı yaxınlığında qeydə alınıb. Belə ki, 10 OE 003 dövlət nömrə nişanlı, “Grand Cherokee” markalı avtomobillə yolu keçən orta yaşlı qadın vurulub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Hadisə piyada keçidinin 20 metrliyində baş verib.

    Hadisə yerinə Səbail rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəlib. Sürücünün şəxsiyyəti müəyyənləşdirilib. Hadisəni törədən Xətai rayon sakini Vüqar Ağayev adlı şəxsdir. O, avtomobili xarici ölkədən alınan sürücülük vəsiqəsi ilə idarə edib. Hadisəni törədən sürücü saxlanılıb və araşdırmalar aparılır.

  • Goranboyda gənc qız özünü körpüdən atdı – VİDEO

    Goranboy rayonunda 21 yaşlı qız intihara cəhd edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Dəliməmmədli şəhəri ərazisində baş verib.

    Goranboyun Ağamalıoğlu kənd sakini, 1997-ci il təvəllüdlü Kazımova Sevinc Xaliq qızı Bakı-Qazax magistralı üzərində yerləşən körpüdən özünü atıb.

    Ayağından sınıq xəsarətləri alan S. Kazımova Gəncə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

    İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəmində qeydə alınıb.

  • Avtomobil dağdan aşdı: ölən və xəsarət alan var – Hacıqabulda

    Hacıqabulda avtomobil dağdan aşıb.

    Hacıqabul rayonunun Udulu kəndi ərazisində “QAZ-66” markalı avtomobil dağdan aşıb. Nəticədə avtomobildə olanlardan biri hadisə yerində ölüb, digəri isə xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.
    /apa