Category: Hadisə

  • Tokay Məmmədov vəfat edib

    Əməkdar incəsənət xadimi, Xalq rəssamı və heykəltaraş Tokay Məmmədov vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    91 yaşlı Xalq rəssamı Üzeyir Hacıbəyov, Məhəmməd Füzuli, Nəsimi, və Koroğlunun heykəllərinin müəllifidir.

  • Azərbaycanda dövlət müəssisəsində kütləvi zəhərlənmə – İşçilər huşunu itirdi

    Mingəçevir Sənaye Parkında zəhərlənmə hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə “Mingəçevir Tekstil” MMC-nin sexlərinin birində iş prosesi zamanı qeydə alınıb.

    Belə ki, əməkdaşlardan ən azı 5-6 nəfərin halı pisləşib və onlar huşsuz vəziyyətə düşüb. Durumu ağır olan şəhər sakinləri – 1980-ci il təvəllüdlü Gülnarə Nurəddin qızı Hüseynova, 1976-cı il təvəllüdlü Lalə Oruc qızı Hüseynova, 1983-cü il təvəllüdlü Vidadi Yaqub oğlu Mehdiyev və Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Yaşar Vasif oğlu Bəkirov xəstəxanaya yerləşdirilib.

    İlkin məlumata görə, zəhərlənməyə iş prosesində tətbiq edilən kimyəvi maddənin təsiri olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 33 yaşlı qadının FACİƏVİ SONU – TƏFƏRRÜAT

    Bakıda dəhşətli intihar hadisəsi baş verib.

    Nərimanov rayonu Ağa Nemətulla küçəsində yaşayan 1985-ci il təvəllüdlü Abdullayeva Şəfəq Yunis qızı özünü Babək prospekti 11 ünvanında yerləşən onmərtəbəli binanın 9-cu mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.

    Bildirilir ki, hadisənin baş verdiyi ev 33 yaşlı Şəfəqin bibisi qızına məxsusdur. Subay olan Şəfər Abdullayeva anası ilə birgə bibisi qızıgilə qonaq gəlib. Daha sonra isə onlar birgə mağazaya getməyi planlaşdırırmış. Bibisi qızı yemək hazırlayarkən Ş.Abdullayev özünü qəfil eyvandan atıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır./lent.az

  • Bakıda fərdi yaşayış evləri yanır – FOTO + VİDEO

    Bakıda fərdi yaşayış evləri yanır.

    Median.Az APA-ya istinadən xəbər verir ki, paytaxtın Ceyhun Hacıbəyli küçəsində, “Azərbaycan” Universitetinin arxasında bir-birinə bitişik fərdi yaşayış evlərində yanğın başlayıb.

    Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

  • Daşkəsəndə avtobus qəzası nəticəsində yaralananların sayı 6 nəfərə çatıb

    Daşkəsən-Gəncə yolunda sərnişin mikroavtobusunun “VAZ-2106” markalı avtomobil ilə toqquşması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.

    Onlardan biri 11 yaşlı qız, digəri isə 6 yaşlı oğlan uşağıdır.

    Qəza zamanı xəsarət alan 1965-ci il təvəllüdlü Verdiyeva Zərqələm, Əliyev Çapay (1957), Allahverdiyev Zahid (1964) və Qurbanov Elşən (1967) Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, adları hələ ki, məlum olmayan iki azyaşlı isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

    Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan 3 nəfərdən biri yüngül xəsarət alıb.

    Ona hadisə yerində ambulator yardım göstərilib.

    * * * * *

    Daşkəsən rayonunda sərnişin mikroavtobusu qəzaya uğrayıb.

    Mikroavtobus Daşkəsən-Gəncə yolunun 18 km-də “VAZ-2106” markalı avtomobillə toqquşub.

    Nəticədə 4 nəfər xəsarət alıb.

    Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

  • Bakıda məktəbli faciəvi şəkildə öldü

    Bakıda məktəbli faciəvi şəkildə həlak olub.

    Median.Az criminal.az-a istinadla xəbər verir ki, dünən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 7 yaşlı Vaqifi maşın vurub. O, aldığı zərbədən keçinib.

    Hadisə Vaqif yaşadığı məhəllədə velosiped sürərkən baş verib. Qonşuluqda yaşayan sürücü avtomobillə yüksək sürətlə hərəkətdə olarkən Vaqifi vurub. Zərbənin təsirindən uşağın başı daşa dəyib.

    Vaqif 141 saylı orta məktəbin 1-ci sinif şagirdi idi.

    Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.

  • Bakı metrosunda cavan oğlan intihara cəhd edib

    Təxminən yarım saat bundan əvvəl “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında sərnişin intihara cəhd edib.

    “Report” xəbər verir ki, 1997-ci il təvəllüdlü Elvin Əli oğlu Zülfüqarov dostu ilə mübahisə edib və özünün relslərin üstünə ataraq atarın gəlməsini gözləyib.

    O, stansiyadakı polis əməkdaşlarının iştirakı ilə qatar yolundan çıxarılılb.

    Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Report”a faktı təsdiqləyib.

  • Bərdə sakini ehtiyatsızlıqdan həmkəndlisini güllələdi

    Aprelin 29-da, saat 16:00 radələrində Bərdə rayonunun Əmirli kəndində kənd sakini Asif Hümbətov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi Azər Nurəliyevin bud nahiyəsinə xəsarət yetirib.

    DİN-dən verilən məlumata görə, nəticədə A.Nurəliyev xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb.

    Bərdə RPŞ-nin əməkdaşları tərəfindən A.Hümbətov saxlanılıb, ondan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.

    Araşdırma aparılır.

  • Azərbaycanda toy günü DƏHŞƏT: Bəy və 2 qohumu öldü, 3 yas çadırı quruldu – FOTO

    Dünən İmişli rayonunda dəhşətli qəza baş verib. Məlumata görə, rayonun Hacımuradlı kəndi ərzisində baş verən qəzada 3 nəfər ölüb. Ölən şəxsin bu gün toyu olacaqmış. Belə ki, bəyin nişanlısını gözəllik salonundan götürərək ata evinə qoyduğu və geri qayıdarkən qəzaya düşüb.

    Qeyd edək ki, qəzaya uğrayan maşın “Mercedes” olub. Maşının nömrə yerinə “Biz evlənirik” yazıb. Təqdim etdiyimiz fotoda həmin yazı da görünür.

    Qəza zamanı biri bəy digərləri isə onun qohumları olmaqla 3 nəfər ölüb.

    Ölənlərin adları məlum olub: Bəy Yalçın Məstəliyev, qohumları isə Qoşqar Əhmədov, Əvəz Süleymanovdur.//milli.az

    AzÉrbaycanda toy günü DÆHÅÆT: BÉy faciÉvi ÅÉkildÉ Ã¶ldü, 3 yas çadırı quruldu - FOTO

  • “Trump Tower” yenidən alovlandı – FOTO + VIDEO

    “Trump Tower” yenidən yanmağa başladı

    Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Trump Tower yenidən yanmağa başlayıb. Səhər saatlarında başlayan yanğın FHN-in yanğınsöndürənləri tərəfindən söndürülmüşdü.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib.

    Hadisə yerindən görüntüləri təqdim edirik:


    /azxeber