Category: Hadisə

  • Bakıda 92 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb

    Bakıda 92 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

    Yeni Yasamal yaşayış massivində 1926-cı il təvəllüdlü Bağırova Nərgiz Mustafa qızı yaşadığı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yerə yıxılıb. O, ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda bankda narkotik qəbul edən işçi öldü

    Bakıda bankda ölüm hadisəsi baş verib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində paytaxtın Nərimanov rayonunda, “Muğanbank”ın ofisində baş verib.

    Paytaxtda təmizlik işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı, bankda təmizlik aparan, 1991-ci il təvəllüdlü Yusifov Cavid Davud oglu binanın hamam otağında dünyasını dəyişib.

    İlkin ehtimala görə, C.Yusifov yüksək dozalı narkotik qəbul edib və maddənin təsirindən dünyasını dəyişib.

    Faktla bağlı Nərimanov rayonunda araşdırmalar başlanılıb. Meyit Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə təhvil verilib.

  • Bakıda iş mərkəzindəki yanğın söndürülüb – YENİLƏNİB + FOTO + VİDEO

    Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində baş verən yanğın söndürülüb.

    Bu barədə Oxu.Az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

    Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

    * * * *

    Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən hündürmərtəbəli binada baş verən yanğın məhdudlaşdırılıb.

    Oxu.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, binanın aşağı mərtəbələrində alovun qarşısını almaq mümkün olub, lakin yuxarı mərtəbələrdə yanğın hələ tam söndürülməyib.

    * * * *

    Paytaxtın Xətai rayonunda hündürmərtəbəli binada baş verən yanğın aşağı mərtəbələrə keçib.

    Bu barədə oxu.az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

    Hadisə yerinə 6 yanğınsöndürən briqada cəlb olunub.

    Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da gəlib.

    * * * *

    Bakının mərkəzində hündürmərtəbli binada yanğın başlayıb.

    Yanğın baş verən əraziyə yanğınsöndürən briqadaları cəlb edilib.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    * * * *

    Bakının Xətai rayonunda hündürmərtəbəli binada yanğın başlayıb.

    Tüstülənmə binanın üst mərtəbəsində qeydə alınıb.

    Bildirilir ki, hadisə yerinə hələlik yanğınsöndürənlər gəlməyib.












  • Sumqayıtda dəhşətli hadisə – gənc qadın 5-ci mərtəbədən yıxıldı

    Sumqayıt şəhərində gənc qadın 5-ci mərtəbədən yıxılıb.

    “Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.

    Gənc qadın yaşayış binasının 5-ci mərtəbəsindən yerə çırpılıb. Bu, şəhər sakini, 1991-ci il təvəllüdlü Nərgiz Cənnət qızı Qasımovadır.

    Yaralı ağır vəziyyətdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

  • Paytaxtda yaşlı sərnişin hərəkətdə olan taksidən yerə yıxılıb

    Paytaxtın Nəsimi rayonunda sərnişin hərəkətdə olan taksidən yerə yıxılıb.

    “Report” xəbər verir ki, 1948-ci il təvəllüdlü Mahmudova Qəmər Əvəz qızı taksi ilə mənzil başına çatdıqdan sonra avtomobildən düşmək istəyib.

    Lakin sürücü yol kənarında duran piyada ilə mübahisə etdiyindən qadının düşmək istədiyini görməyib və maşını hərəkətə gətirib. Bu zaman artıq düşməkdə olan ahıl qadın maşından yerı yıxılıb. Sərnişin ağır kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Hadisənin dəqiq təfərrüatları Nəsimi RPİ tərəfindən araşdırılır.

  • Bakıda yaşayış binası yanır – VIDEO

    Bakının Sabunçu rayonunda yerləşən yaşayış kompleksində güclü yanğın baş verib.

    Bakıxanov qəsəbəsi Uğur 2 kompleksində mənzillərdən birində baş verən yanğın qısa müddət ərzində bütün mənzili bürüyüb. Yanğını söndürmək üçün 4 yanğınsöndürən maşın cəlb olunub, hal-hazırda yanğının qarşısını almağa çalışırlar. Xəsarət və yaralananlar barədə məlumat yoxdur. Ətraflı məlumat veriləcək.
    /criminal.az

  • Heydər Əliyev prospektində qəza – Böyük tıxac

    Heydər Əliyev prospektinin (şəhər mərkəzi istiqamətində əsas yolda) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yaxın hissəsində yol nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.

    Məlumata görə, hazırda prospektin həmin hissəsində əsas və köməkçi yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

  • Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub

    Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub.

    Bu barədə “Report”a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, aprelin 25-də Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib: “Nəticədə Kəlbəcər rayonundan olan məcburi köçkün Malik Hidayət oğlu Alıməmmədovun mənzili ev əşyaları ilə birlikdə yanıb. Bununla əlaqədar olaraq Dövlət Komitəsi sədrinin tapşırığı əsasında əməkdaşlarımız dərhal həmin əraziyə gedib, mövcud vəziyyətlə yerində tanış olublar. Operativ tədbirlər nəticəsində M.Alıməmmədovun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq köməklik göstəriləcək”.

  • Yevlaxda qadın qəza törətdi: Ölən var – FOTO + YENİLƏNİB

    Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində yaralanan şəxslərin adı məlum olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, yaralılar – avtomobilin sürücüsü Yevlax şəhər sakini, 1965-ci il təvəllüdlü Faidə Elxan qızı Məmmədova, sərnişinlər – Qaradağ rayonunun Çaylı qəsəbə sakini, 2000-ci il təvəllüdlü Ağamalıyev Yusif Ehsan oğlu, Yevlax şəhər sakini, Ağamalıyev Emil Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Hadisə nəticəsində ölən şəxsin sürücünün bacısı olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az Report-a istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol qəzasında ölən və yaralananların olduğu bildirilir.

    İlkin məlumata görə, qadın sürücünün idarə etdiyi avtomobil hərəkətdə olan zaman təkəri partlayıb. Nəticədə maşın idarəetmədən çıxaraq yolun kənarına aşıb.

    Qəza zamanı sərnişinlərdən biri ölüb, daha iki nəfər isə yaralanıb. Qadın sürücü ağır bədən xəsarətləri alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

    Faktla bağlı araşdırma aparılır.


  • Sumqayıt şəhərində 2 gənc batıb

    Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun batdığı ehtimal olunur.

    Median.Az-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.