Category: Hadisə

  • Azərbaycanda dəhşətli qəza: motor yerindən çıxdı – FOTO + VIDEO

    Qobustanda ağır yol nəqliyyat hadisəsi baş verib.

    Hadisə şahidlərinin lent.az-a verdiyi məlumata əsasən, “Daewo Gentra” markalı avtomobil yüksək sürətlə rayonda yerləşən Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin binasına çırpılıb.

    Hadisə nəticəsində ölən olmayıb, sürücü yüngül xəsarət alıb.

    Avtomobilə isə ciddi zərər dəyib.

  • Dənizdə meyit tapılıb

    Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə naməlum kişi meyiti edilib.

    FHN-dən oxu.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

    Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Ata ehtiyatsızlıqdan dörd yaşlı oğlunu öldürdü

    Bakıda ata ehtiyatsızlıqdan oğlunu öldürüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.

    Aprelin 17-də saat 17:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətində “Range Rover” markalı avtomobili arxaya sürərkən oğlu dörd yaşlı Ayxanı vurub, nəticədə uşaq hadisə yerində ölüb.

    Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

  • Bakıda “BMW” ilə “07” toqquşdu – FOTO

    Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Hadisə Həsən Əliyev küçəsində baş verib.

    Belə ki, “BMW 325” ilə “Vaz 2107” markalı avtomobil toqquşub.

    Hadisə yerinə dərhal YPX və təcili tibbi yardım xidmıtinin əməkdaşları gəlib. Yaralılar var.

    Faktla bağlı araşdırma aparılır./oxu.az



  • Azərbaycanda ağlagəlməz şəkilkdə intihar edən nişanlı oğlanın FOTOLARI

    O, idarə etdiyi maşının sükanı arxasında özünü öldürüb.

    Median.Az-ın criminal.az-a istinadən məlumatına görə, Cərcuva kənd sakini olan Mansur adlı şəxs bir müddət əvvəl ailəsi tərəfindən tərk edilib.

    Bakıya gələn Mansur dünən Ağdaşa qayıdarkən intihar edib. O, yüksək sürtlə idarə etdiyi “VAZ-2107” markalı avtomobili bilərəkdən içərisi mişar daşı ilə dolu olan “Kamaz”a çırpıb. Qəza nəticəsində Mansur aldığı xəsarətdən dünyasını dəyişib.

    Ağlagəlməz şəkildə intihar edən Mansur nişanlı olub. O, bu gün doğulduğu kənddə dəfn ediləcək.

    Rayon ərazisində elektrik avadanlıqlarının təmiri ilə məşğul olan Mansurun hansı səbəbdən intihara əl atması dəqiq bilinməsə də, onun ailəsi ilə münaqişəyə görə özünə qəsd etdiyi ehtimal olunur.

    Belə ki, ailə üzvləri onu tərk ediblər. Buna görə də, Mansur bir müddət Bakıda olub. Dünən isə intihar edib.

    Xatırldaq ki, mərhum reper Hüseyn Dərya da bir neçə il əvvəl eyni üsulla özünü öldürmüşdü. O, aeroport yolunda idarə etdiyi “Opel”i bilərəkdən yük maşınına çırparaq həyatına son qoymuşdu.
     

     

     

     

     

     

     

     

     

  • Ruhi xəstəxanada intihar (TƏFƏRRÜAT)

    Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında intihar hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, həmin xəstəxanada müalicə alan 1990-cı il təvəllüdlü Sənan Nəsibov özünü palatada asaraq intihar edib.

    Onun cəsədi 3 saylı Sabunçu Xəstəxanasının morquna aparılıb.

    Xəstəxanadan yenicag.az-a bildirilib ki, S.Nəsibov dəfələrlə intihara cəhd edib: “Sənan psixi xəstədir və xəstəxanaya gətiriləndə vəziyyəti ağır olub. Dəfələrlə boğazını kəsib, başını yarıb, özünə müxtəlif dərəcəli ağır xəsarətlər yetirib. Həkimlər onu xilas edib. Bu dəfə də heç kimə heç nə demədən palatada özünü asıb”.

  • Bakıda həkim cərrahiyyə əməliyyatından sonra öldü

    Bakıda həkim əməliyyatdan sonra vəfat edib.

    Median.Az-in “report”a istinadən verdiyi məlumata görə, Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otolarinqoloqu Əziz Bayramlı dünyasını dəyişib.

    Belə ki, 63 yaşlı Ə.Bayramlı ötən həftə Bakıda yerləşən “MediStyle Hospital”da bud-çanaq oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni “MediStyle Hospital”da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib. O, uzun illər hərbi həkim olub. Ə.Bayramlı pasientləri və həmkarları arasında savadlı həkim kimi tanınıb.

  • Bakıda üç nəfəri maşın vurdu, biri öldü

    Bakıda üç nəfəri maşın vurub.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Aprelin 16-da, saat 23:00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Orxan İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakinləri – Murad Zeynalovu, Kamil Ağayevi və Nicat Vahabovu vurub.

    Nəticədə K.Ağayev hadisə yerində ölüb, digər iki nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

    Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

  • Köçkün şəhərciyində faciə – 13 yaşlı uşağı maşın vuraraq ÖLDÜRDÜ

    İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl köçkün şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb.

    Median.Az-ınn apa-ya istinadən məlumatına görə, “VAZ 2106” markalı avtomobil velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub.
    Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Daha bir süpürgəçini maşın vurdu: Formasını çıxartdılar ki, bilinməsin

    Dünən saat 15:20 radələrində paytaxtın Atatürk prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Facebook sosial şəbəkəsində məlumat yayılıb.

    Qəza nəticəsində yaşlı qadın dünyasını dəyişib.

    Hadisə şahidləri bildirirlər ki, qəzadan sonra qadının üzərindən formasını çıxardaraq gizlədiblər ki, onun süpürgəçi olduğu bilinməsin və adi vətəndaş kimi qələmə verilsin.

    Xatırladaq ki, bir neçə gün əvvəl də yaşlı süpürgəçi qadın yol qəzasının qurbanı olub./oxu.az