Category: Hadisə

  • Bakı metrosunda qadın özünü qatarın altına atıb – YENİLƏNİB

    Metroda intihar edən qadının kimliyi məlum olub.

    Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, özünü qatarın altına atan qadın Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızıdır.

    * * * *

    Bu gün “Bakı Metropoliteni”nin “28 May” stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.

    Median.Az xəbər verir ki, bu barədə Unikal.org-a hadisə yerində olan əməkdaşı məlumat verib.

    Hadisə təxminən 12:50 radələrində baş verib.

    Belə ki, “İçərişəhər – “Həzi Aslanov” istiqamətində hərəkət edən 14 saylı qatar “28 May” stansiyasına daxil olarkən 30-35 yaşlarında qadın özünü qatarın altına atıb. O, relslərin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.

    “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, baş verən hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. İntihar edən qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

    İntihar edən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  • Azərbaycanda dəhşətli QƏZA: ölən və yaralananlar var

    Ağcabədidə 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Avşar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Qazax rayonunun Daşsalahlı kənd sakini, 1987-ci il təvəllüdlü Ceyhun Bayramov idarə etdiyi “Mutsubishi” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü C.Bayramov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər – Qazax rayonunun Daşsalahlı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvi Əliyev və Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Kənan Budaqov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda kollec direktoru vəfat etdi

    Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTK) direktoru Varis Allahverdiyev dünyasını dəyişib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, direktorun ürək tutmasından vəfat etdiyi bildirilir.

    Allah rəhmət eləsin!

  • Bakıda xəstəxanada yanğın olub

    Bakı şəhəri, Nərimanov rayonunda yerləşən xəstəxananın zirzəmisində (anbar kimi istifadə olunur) 300 m² sahədə tibbi ləvazimatlar yanıb.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən xəstəxanada olan xəstələrin təhlükəsizliyi təmin olunub və digər təhlükəsizlik tədbirləri görülüb.

    Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

  • Sumqayıtda 15 yaşlı yeniyetmə itkin düşüb – Görənlər xəbər etsin (FOTO)

    Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Cəbili Adil Müşviq oğlu aprelin 18-də, saat təxminən 12 radələrində yaşadığı 2-ci mikrorayon, ev 17/21, mənzil 2-dən çıxaraq, bir daha geri qayıtmayıb.

    Bu barədə “Report”a Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsindən məlumat verilib.

    Şəkildəki oğlanı tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə (+994 186) 54-44-81, (+994 186) 590-65-84, +994 70 350 64 13 şəhər və mobil nömrələrinə zəng vuraraq, məlumat vermələri xahiş olunur.

  • Bakıda 5 mərtəbə yanır – Təxliyə edilənlər var

    Bu dəqiqələrdə Bakının Hüseyn Cavid prospektinə ev yanır.

    Median.Az FHN-in saytına istinadən xəbər verir ki, yanğın Hüseyn Cavid 168 ünvanında yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbinsə qeydə alınıb.

    Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir. Mənzildə olanlar təxliyyə edilib.

    Hazırda hadisə yerinə cəlb olunan FHN-nin yanğınsöndürənləri təhlükənin qarşısını almağa çalışırlar.

  • Azərbaycanda yük avtomobili aşdı – 30 TON SEMENT YOLA DAĞILDI (VIDEO)

    Hacıqabulda yük avtomobili qəzaya uğrayıb.

    APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 110-cu km-də, magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib.

    Qurbanov Rahib Ramiz oğlunun idarə etdiyi “MAN” markalı yük treylerinin aşması nəticəsində yol infrastrukturuna ciddi ziyan dəyib. Avtomobilin ön təkərinin partlaması nəticəsində idarəetməni itirən sürücü dəmir sədləri qıraraq, magistralın qarşı tərəfinə çıxıb və maşını aşırıb. Avtomobilin yük yerində olan 30 tondan artıq sement yola dağılıb:

    Qəza nəticəsində yolayrıcında quraşdırılmış 60 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər sıradan çıxıb. İlkin hesablamalara görə, yol təsərrüfatına 4 min manata yaxın ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Avtobus qəzasında ölən şair iş axtarmağa gəlibmiş

    Avtobus qəzasında ölən şair iş axtarmağa gəlibmiş. Lent.az verdiyi xəbərə görə, Mehdiabad qəsəbəsi ərazisində marşrut avtobusu Şəki rayon sakini, 1975-ci il təvəllüdlü Araz Səmədi vurub. Ağır xəsarət alan A.Səmədin həyatını xilas etmək mümkün olmayıb. Araz Səməd şair idi.

    Onun yaxın tanışı olan şair Rauf Qərib Alagözün Kulis.az-a vediyi açıqlamaya görə, Araz Səməd Bakıya iş axtarmağa gəlibmiş:

    “Dünən mənə zəng etdi, telefonu açmaq imkanım olmadı, sonra vatsapda mesaj yazdı. İşlə bağlı görüşümüz olmalı idi. Bu səhər zəng vurdum, nömrəsinə zəng çatmadı. Narahat oldum. İndi də sosial şəbəkələrdən belə bir xəbər oxudum. İnanmağım gəlmir.”
    R.Alagözün sözlərinə görə, A.Səməd vatsapda özünün facebook profilinin oğurlanması barədə mesaj da yazıbmış.

    Xatırladaq ki, A.Səmədin profili bağlıdır.

  • Gəncə sakinini elektrik cərəyanı vuraraq öldürüb

    Göygöl elektrik şəbəkəsinin işçisini cərəyan vuraraq öldürüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun yaxınlığında baş verib.

    Şəbəkənin elektriki, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Abbasov Fariz Telman oğlu ərazidə iş görən zaman cərəyan onu vurub.

    O dərhal xəstəxanaya çatdırılsa da öldüyü məlum olub.

    Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  • Bakıda yük avtomobili iki bacı və bir gənc oğlanı vurub

    Bakının Suraxanı rayonunda 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    21 yaşlı Orucov Hüseyn Mehman oğlu, 24 yaşlı Həsənova Türkanə Mehman qızı və 19 yaşlı bacısı Həsənova Turanə Mehman qızı Səttar Bəhlulzadə küçəsində yolu keçmək istəyən zaman onları naməlum markalı yük avtomobili vurub.

    Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. İlkin ehtimala görə, hadisəyə səbəb kimi sürücünün yuxulaması və qəfil qarşısına çıxan piyadaları görməməsi göstərilir./report

    Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.