Category: Hadisə

  • 25 yaşlı qadın intihara cəhd edib

    Sumqayıt şəhərində 25 yaşlı qadın intihara cəhd edib. Hadisə şəhərin Göyərçin abidəsi yaxınlığında – dəniz kənarında baş verib.

    Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü L.H. özünü dənizə atmaq istəyib. Ətrafda olan insanların sayıqlığı nəticəsində o xilas edilib.

    Xəstəxanaya çatdırılan qadının üç gün bundan öncə naməlum şəxs tərəfindən döyüldüyü və bu səbəbdən intihara cəhd etmək istədiyi məlum olub.

    Hazırda fakt üzrə araşdırma aparılır. (Report)

  • Bakıda şadlıq evinin qarşısında kişi və qadını maşın vurub, biri ölüb, digəri yaralanıb

    Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report.az-a istinadən bildirir ki, Əkbərov Zaur Arif oğlu “Arzu” şadlıq evinin qarşısında idarə etdiyi “10-KH-837” dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobillə yolu keçən orta yaşlı qadın və yaşlı kişini vurub.

    Naməlum qadın hadisə yerində dünyasını dəyişib. Onun meyiti morqa təhvil verilib.

    1975-ci il təvəllüdlü yaralı Osmanov Zaur İlyas oğlu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Sürücü Z.Əkbərov Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

  • Bakıda piyadaları maşın vurub: Ölən var

    Bakıda iki piyadanı maşın vurub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, aprelin 12-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Orxan Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zaur Osmanovu və Beyləqan rayon sakini Gülarə Rəfiyevanı vurub.

    Nəticədə G.Rəfiyeva hadisə yerində ölüb, Z.Osmanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

    Nizami RPİ tərəfindən araşdırma aparılır.

  • Bulvarda bir nəfər dənizə düşüb

    Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.

    Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

    1992-ci il təvəllüdlü Pənahov Rəhim Nizam oğlu sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Bərdədə fəhlə daşıyan mikroavtobus yandı: yaralılar var

    Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şahvəlilər kəndi ərazisində baş verib.

    Məlumata görə, 66-ZC-806 dövlət nömrə nişanlı “Mercedes” markalı mikroavtobusda hərəkət zamanı yanğın baş verib.

    Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

  • Azərbaycanda vəzifəli şəxsin oğlu bədbəxt hadisə nəticəsində öldü

    Oğuzda vəzifəli şəxsin oğlu bədbəxt hadisə nəticəsində ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Bəxtiyar oğlu İsmayılov yüksəklikdən yıxılaraq aldığı kəllə-beyin travması ilə xəstəxanaya aparılıb. Müayinə zamanı C. İsmayılovun öldüyü məlum olub. Onun başından aldığı xəsarətdən dünyasını dəyişdiyi ehtimal olunur.

    Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümüm dəqiq səbəbləri məlum olacaq.

    Faktla bağlı Oğuz rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

    Qeyd edək ki, C. İsmayılov Oğuz rayon İcra Hakimiyyəti başçısının Yaqublu kəndi üzrə ərazi-icra nümayəndəsi Bəxtiyar İsmayılovun oğludur.

  • Bakıda yanğın: YARALANAN VAR

    Bakının Xətai rayonunda yanğın olub.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 210 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə 1 ədəd kondisioner və 6 kv.m sahədə divar kağızı yanıb.

    Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Qubada meşə ərazisində yanğın başlayıb

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qubada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

    Nazirliyin Mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, aprelin 11-də saat 13:50 radələrində Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş verib: “Daha sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçib və 0,5 hektara yaxın ərazini əhatə edib.

    Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

    Hazırda yanğının qarşısının alınması istiqamətində operativ tədbirlər görülür”.

    * * * * *

    Quba rayonunda meşə ərazisində yanğın başlayıb.

    “Report”un Şimal bürosu xəbər verir ki, rayonun Zərqava kəndi ərazisində meşə massivində səhər saatlarında başlayan yanğın hələ də davam edir.

    Yerli sakinlər meşədə baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Quba Rayon Yanğından Mühafizə Xidmətinə məlumat veriblər.

    Yanğın getdikcə böyük ərazini əhatə etməyə başlayıb.

  • Azərbaycanda doğuş FACİƏSİ: ana öldü

    Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qadın doğuşdan sonra ölüb.

    Rayonun Privolnoye kənd sakini, 1983-cü il təvəllüdlü Vəfa Ramazan qızı Yusubova qız övladını dünyaya gətirdikdən sonra vəfat edib.

    V. Yusubovanın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda müdhiş yanğın: Tələfat barədə xəbər yoxdur

    Yanğının baş vermə səbəbi və təcili yardım maşınında insan olub-olmaması aydın deyil

    Bakıda dəhşətli yanğın baş verib. Median.Az-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, Biləcəri qəsəbəsində, “Turan” şadlıq sarayının yaxınlığında təcili yardım maşını yanıb. Bu ərazi həm də Bakı Beynəlxalq Avtovağzalının girişidir.


    Məlumata əsasən, yanğın artıq FHN-nin müvafiq xidmətləri tərəfindən söndürülüb. Lakin yanğının baş vermə səbəbi və təcili yardım maşınında insan olub-olmaması aydın deyil.