Category: Hadisə

  • Bakıda avtobus yolu keçən qızı vurub – VIDEO

    Paytaxtda yolu keçmək istəyən piyadanın avtobus tərəfindən vurulması anbaan kameraya düşüb.

    Heydər Əliyev prospektində yolu keçmək istəyən qadın qəfil avtobusun qarşısına çıxdığı üçün avtobusun sürücüsü onu vurub. Qəzanı görən sürücülər dərhal xəsarət almış piyadanı götürərək yoldan kənara çıxarıblar.

    Videodan aydın görünür ki, piyada yolu müəyyən olunmayan yerdən keçdiyinə görə vurulub. Ona görə də, bu qəzada piyadanın məsuliyyəti də qaçılmaz olmalıdır./avtosfer

  • DƏHŞƏTLİ AİLƏ DRAMI: Nişanlı və yeni ailə qurmuş 2 bacı eyni şəkildə öldü

    Hacıqabul rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Lent.az xəbər verir ki, Hacıqabul şəhər sakini, 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızının özünü qayınatasının evində asaraq öldürdüyü məlum olub.

    Bir uşaq anası olan Nəsibənin hansı səbəbdən özünü öldürdüyü dəqiq bilinməsə də, onun 2 il əvvəl dərin psixi sarsıntı keçirdiyi məlum olub. Belə ki, 2016-cı ildə Nəsibə Ağayevanın kiçik bacısı Kifayət atasının evində özünü öldürübmüş.

    Nəsibədən 2 yaş kiçik olan Kifayət həmin vaxt nişanlı olub və ailə toya hazırlaşırmış.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

  • Goranboyda ağır qəza: Ölənlər və yaralılar var – YENİLƏNİB

    Goranboy rayonunun Qızılhacılı qəsəbəsində baş verən ağır yol qəzasının təfərrüatı bəlli olub.

    Ölənlər qardaş-bacı olublar.

    Yaralılardan biri ölənlərin ailəsinin gəlinidir.

    Qəzanı törədən şəxs Qızılhacılı qəsəbə sakini “rəngsaz Tariyel” kimi tanınan şəxsin oğlu olub. O, bir neçə gün sonra hərbi xidmətə yollanmalı imiş.

    * * * * *

    Goranboy rayonunun Qızılhacılı qəsəbəsində ağır yol qəzası baş verib.

    “Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, üç nəfər isə ağır yaralanıb.

    Xəsarət alanlar 1981-ci il təvəllüdlü Ulduz Əmrahova, 1987-ci il təvəllüdlü Xalidə Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Rüstəmova ağır bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Hadisə nəticəsində iki nəfər – Cəmilə Məmmədova və Sahib Abdullayev ölüb./oxu.az

  • Məşhur gitaraçının apardığı toyda FACİƏ – Bəyin atası öldü

    Gitara ifaçısı Rəhman Məmmədli toyda başına gələn dəhşətli hadisələrdən danışıb.

    Median.Az xəbər verir ki, Yenicag.az-a açıqlama verən sənətçi iştirak etdiyi toyların birində faciə də yaşandığını bildirib:

    “İlyarımın söhbətidir, Xaçmazda toyda idim. 15 dəqiqə olardı ki, toy başlamışdı. Bəyin atası məclis iştirakçılarını təbrik etdi. Sonra “mənim havamı çalın” deyib oynadı. Kişi oynadığı yerdə qəfildən yıxıldı. Hay-həşir düşdü, gördülər ki, kişi keçinib. Heç həkimə də çatdıra bilmədilər. Bəlkə də sevindiyindən ürəyi partlamışdı”.

    Gitara ifaçısı toyda oynamaq üstündə düşən davalardan da danışıb:

    “Toyda davalar daha çox oynamaq üstündə düşür. Rəhmətlik Məmmədbağır Bağırzadə ilə bir toy məclisində idik. Toyun şirin yerində oynamaq üstündə Oğlan evinin adamları ilə qız evinin adamları arasında dava düşdü. Qan su yerinə axdı. Təsəvvür edin, toya gələnlərin ağ köynəkləri qan rəngində idi. Rəhmətlik xalq artisti də mən də qan içində idik. Çünki kütləvi davada hamı bir-birinə qarışmışdı. Qızın atası elə toydan gəlini götürüb evinə apardı. Bilmədim sonradan barışdılar, ya yox. Gəlinin atası dedi ki, belə bir ailə ilə qohum olmaqdansa, indidən ayrılmaq yaxşıdır”.

  • Sumqayıtda süni göldə batan şəxsin meyiti tapıldı

    Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində süni göldə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

    FHN-dən oxu.az-a verilən məlumata görə, aprelin 3-də göldə batdığı ehtimal edilən 1982-ci il təvəllüdlü Qurbanov Tərlan Hüseynalı oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.

    Meyit aidiyyəti üzrə təhvil verilib.

  • Bakıda benzin daşıyan maşın yandı – FOTO

    Bakının Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində benzin daşıyan maşında yanğın olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, yanğın “MAN” markalı maşının əyləc sistemində başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb.

  • Sumqayıtda yaşayış binasında yanğın

    Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının dam örtüyünün taxta atmaları, dama yığılmış taxta tullantıları 10 m2 sahədə və 2 p.m elektrik kabeli yanıb.

    Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Toyda bədbəxt hadisə: 8 yaşlı uşaq öldü

    Tovuzda 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun Alakol kənd sakini, 2010-cu il təvəllüdlü Cəfərli Yusif Feyruz oğlu yaxınlarının toy məclisi zamanı yıxılaraq ağır xəsarət alıb. O bu gün xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda ağır yol qəzası: Yaralılar var – FOTO

    Bu gün axşam saatlarında Bakı-Astara yolunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

    “Mercedes C 180” və “Mercedes E 55” markalı avtomobil toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə yerinə dərhal YPX və FHN əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda özünü asan müəllimin – FOTOLARI

    Bakıda 33 yaşlı kişi özünü asıb.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, Sabunçu rayonu, Ramana qəsəbəsində 1985-ci il təvəllüdlü Elbəy Bağırov ozünü ağacdan asaraq intihar edib.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, Elbəy Bağırov Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 87 sayli orta mektebdə fiziki tərbiyyə müəllimi işləyirdi. İki övlad var idi.