Category: Hadisə

  • Bakıda ”BMW-X5” yanaraq kül oldu – HADİSƏ YERİNDƏN VİDEO

    Bakıda avtomobil orta məktəb binasının qarşısında qəflətən alışıb.

    ”BMW-X5” markalı avtomobil hərəkətdə olarkən qəflətən yanöın meydana gəlib. Sürücü maşından sağ qurtulsa da, alov qısa zamanda genişlənərək avtomobili bürüyüb.

    Yanğınsöndürənlər yanğını söndürüb.
    /criminal.az

  • Azərbaycanda daha bir süpürgəçini maşın vurub öldürdü

    Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması hadisəsi barədə açıqlama verib.

    Median.Az-ın xəbərinə görə, DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Report-a bildirib ki, Sumqayıt Yaşıllaşdırma İdarəsinin işçisi, şəhər sakini Vidadi Rəsulov Koroğlu küçəsində yolu piyadalar üçün müəyyən olunmamış yerdən keçərkən Tariyel Xəlilovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə vurulub.

    V.Rəsulov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Sumqayıt şəhərində süpürgəçi qadını avtomobil vuraraq öldürüb.

    Median.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

    Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda YANĞIN: sakinlər təxliyə olundu

    Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m² olan mağazanın ümumi sahəsi 10 m² olan köməkçi otağının yanar konstruksiyaları yanıb.

    FHN-dən verilən məlumata əsasən, yanğın zamanı tüstülənmiş mənzillərdən 25 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

    Hadisə zamanı xəsarət alan olmayıb. Mağazanın qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.//anews.az

  • Şəmkirdə iki avtomobil toqquşub – Xəsarət alanlar var

    Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.az
    -ın apa-ya istinadən verdiyi məlumata görə, rayonun Kür qəsəbəsinə gedən yolda VAZ-2107 və LADA markalı avtomobillər toqquşub.

    Nəticədə iki qadın sərnişin xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Biləsuvarda qəza: 4 nəfər ağır yaralanıb

    Axşam saatlarında Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

    Median.Az “Report”a istinadən bildirir ki, rayonun Xırmandalı kəndi ərazisində “Mitsubishi” markalı avtomobillə “Mercedes” toqquşub.

    Hadisə zamanı 4 nəfərin ağır yaralandığı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Naftalanda 2 avtomobil toqquşub, yaralananlar var

    Naftalan şəhərinin Qaşaltı kəndində avtoqəza nəticəsində 3 nəfər xəsarət alıb.

    Median.Az “Report”a istinadən bildirir ki, hər üç yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Yaralıların kimliyi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Cəlilabadda faciə: gənc oğlan boğuldu

    Cəlilabad rayonunun Alar kəndi ərazisində gənc oğlanın meyiti aşkar edilib.

    Median.Az report.az-a istinadən bildirir ki, meyit 1990-cı il təvəllüdlü Fariq Xanəhməd oğlu Əliyevə məxsusdur.

    İlkin məlumata görə, oğlan kanalın üzərindəki bəndlə gedərkən ayağı büdrəyərək suya düşüb. Su kanalında boğulan gəncin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • 12 avtomobili əzə-əzə getdi: Azərbaycanlı sürücünün dəhşəti – VİDEO

    Türkiyənin İstanbul şəhərində qorxunc qəza qeydə alınıb.

    Azərbaycanlı sürücü Azər Əliyev yanacaq daşıyan maşınını təmir etmək məqsədi ilə saxlayaraq onun altına girib.

    Bu anda maşın arxaya doğru hərəkət etməyə başlayıb. Sürücü yaralanıb, yanacaq maşını isə 12 avtomobili əzib./yenicag.az

  • Ağcabədi sakini intihar edib

    Ağcabədidə intihar hadisəsi qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarx kəndində qeydə alınıb.

    Kənd sakini, 80 yaşlı Orucov Əvəz Allahverdi oğlu siçan dərmanı içərək intihar edib.

    Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ə.Orucovun psixoloji problemi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Siçan dərmanı içərək intihar etdi – 80 yaşında

    Ağcabədidə intihar hadisəsi qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarx kəndində qeydə alınıb.

    Kənd sakini, 80 yaşlı Orucov Əvəz Allahverdi oğlu siçan dərmanı içərək intihar edib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ə.Orucovun psixoloji problemi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.