Category: Hadisə

  • Sabunçuda avtoqəza: Ölən var

    Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, hadisə yerinə dərhal nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Renault” markalı minik avtomobili aşıb və bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

    Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən bir nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

  • Avtobus ana və övladını vurdu: Ölən var

    Qubada sərnişin avtobusu ana və övladını vurub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Quba şəhərinin Heydər Əliyev prospektində baş verib.

    Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Xəsarət alan 27 yaşlı qadın və övladı Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qubada sərnişin avtobusu ana və övladını vurdu – Ölən var

    Qubada sərnişin avtobusu ana və övladını vurub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Quba şəhərinin Heydər Əliyev prospektində baş verib.
     
    Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Xəsarət alan 27 yaşlı qadın və övladı Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadını xilas etmək mümkün olmayıb.
     
    Faktla bağlı araşdırma aparılır.

  • Lökbatanda yük maşını reklam dirəyinə çırpıldı: Xəsarət alan var (Video)

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə FHN açıqlama yayıb:

    “Daxil olan məlumatla əlaqədar əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “MAN” markalı yük avtomobili idarəetməni itirərək yol kənarında quraşdırılan reklam dirəyinə çırpılıb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə deformasiyaya uğramış maşında köməksiz vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1985-ci il təvəllüdlü Səmədov Əlibaba Sülhiddin oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Qubada AVTOQƏZA: Ölən var

    Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə dünən saat 23 radələrində qeydə alınıb.

    1994-cü il təvəllüdlü Murad Elşən oğlu Ömərov sakini olduğu Quba rayonu, İkinci Nügədi kəndi ərazisində avtomobillə hərəkətdə ikən yolun kənarı ilə gedən 1976-cı il təvəllüdlü Saleh Hacıəli oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Bakıda marşrut avtobusu qadını vurub

    Bakıda marşrut avtobusu qadını vurub.

    Oxu. Az-ın məlumatına görə, hadisə Xətai rayonu ərazisində baş verib.

    “BakuBus” MMC-yə məxsus 77-JA-689 dövlət qeydiyyat nişanlı avtobus yolu keçmək istəyən qadını vurub. Qadın xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə gənc oğlan pnevmoniyadan vəfat edib

    Gəncədə gənc oğlan pnevmoniyadan vəfat edib.

    Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

    Məlumata əsasən, 2004-cü il təvəllüdlü Əli Cəfərov pnevmoniyadan vəfat edib.

    O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsini bitirib.

    Qeyd edək ki, Əli Cəfərov Gəncə Dövlət Milli Dram Teatrının quruluşçu rəssamı Vahab Cəfərovun oğludur.

  • Əməkdar müəllim Nadir Hüseynov QƏZADA ÖLÜB (Yenilənib)

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi əməkdar müəllim Nadir Hüseynovun ölüm səbəbini açıqlayıb.

    Mərkəzdən oxu.az-a verilən məlumatda bildirilir ki, dekabrın 14-də saat 11:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.

    Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Əməkdar müəllim Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb.

    Hadisə nəticəsində xəsarət alan digər şəxs (qadın) travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

    * * * * *

    Əməkdar müəllim, bədii qiraətçi, professor Nadir Hüseynov 73 yaşında vəfat edib.

    Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Qeyd edək ki, Nadir Qəribağa oğlu Hüseynov 1952-ci il aprel ayının 25-də Salyanın (indiki Neftçala) Qırmızıkənd kəndində anadan olmuşdu.

  • Bakıda 31 yaşlı qadın dəm qazından boğuldu

    Bakıda 31 yaşlı qadın dəm qazından boğulub.

    Hadisə dekabrın 16-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib.

    Qəsəbə sakini, 1994-cü il təvəllüdlü Rəşidə Abdullayeva yaşadığı evdə dəm qazından boğulub.

    Yaxınları səhər saatlarında onun meyitini hamamda aşkar ediblər.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • 46 yaşlı müəllim məktəbdə vəfat etdi

    Bakıda orta məktəblərin birində müəllim vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dekabrın 16-sı saat 12 radələrində Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbdə baş verib. Orada ibtidai sinif müəllimi işləyən qəsəbə sakini 1979-cu il təvəllüdlü Sevda Qismət qızı Həsənovanın halı qəfil pisləşib.

    Təcili tibbi yardım çağırılsa da, S. Həsənovanın dünyasını dəyişdiyi məlum olub. İlkin məlumata görə, 46 yaşlı müəllim ürək çatışmazlığından həyatını itirib. Araşdırmalar aparılır.