Category: Hadisə

  • Bakıda ev yandı — 1 yaralı

    Bakıda yanğın hadisəsi qeydə alınıb.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda ümumi sahəsi 80 m2 olan ikimərtəbəli 5 otaqlı evdə 1 otağın tavanı 10 m2 sahədə, qapı və 2 ədəd pəncərə çərçivəsi 4 m2 sahədə, həmçinin ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı qonşu evin mətbəxinin tavanı 5 m2 sahədə və damında tikilmiş yardımçı tikili 12 m2 sahədə yanıb.

    Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Xəsarət alan şəxsə yerində ilkin yardım göstərilib. Hər iki evin qalan hissəsi və yaxınlıqda olan evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Bakı Metropoliteninə məxsus “Hyundai” qəzaya düşdü — Yaralanan var

    Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, qəza Akif Hüseynov ad-soyadlı şəxsin idarə etdiyi Bakı Metropoliteninə məxsus “Hyundai” markalı mikroavtobusun Zabrat şosesində işıqforun yaşıl işığından sola dönən zaman qeydə alınıb.

    Həmin vaxt yüksək sürətlə gələn 1990-cı il təvəllüdlü Ramazanov Əlibala Ağabala oğlu idarə etdiyi “10-CK-766” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı minik avtomobili ilə mikroavtobusa çırpılıb. Nəticədə Ə.Ramazanov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Bakı Metropoliteni əməkdaşının verdiyi məlumata görə, “VAZ”ın sürücüsü yüksək sürətlə hərəkət edib. Sürücünün yaxınları buna etiraz etdikləri üçün tərəflər arasında mübahisə düşüb.

    Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtotexniki ekspertiza təyin edilib.

  • Bakıda fərdi evdə yanğın

    Bakıda yanğın hadisəsi qeydə alınıb.

    Median.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Xəzər rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 40 m2 sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • 11 yaşlı uşağı maşın vurdu

    İmişlidə avtomobil azyaşlını vurub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, İmişli rayon mərkəzində minik avtomobili yolu keçən 2007-ci il təvəllüdlü Vəliyev Əli Anar oğlunu vurub. Xəsarət alan uşaq İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Onun vəziyyətinin normal olduğu bildirilir.

  • Bakı sakini özünü 11-ci mərtəbədən atdı

    Bakıda 35 yaşlı kişi intihar edib.

    Hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Məlumata görə, 1983-cü il təvəllüdlü Anar Bəxtiyar oğlu Cəbrayıllı özünü Məhəmməd Hadi küçəsində yetləşən 16 mərtəbəli binalardan birinin 11-ci mərtəbəsindən ataraq intihar edib.

    Faktla bağlı araşdırma aparılır.
    /report

  • Cəlilabadda 50 yaşlı qadın intihar edib

    Cəlilabadda intihar etmiş qadının şəxsiyyəti məlum olub.

    Bu Cəlayir kənd sakini, 1968-ci il təvəllüdlü Yasəmən Elyas qızı Nağıyevadır. O özünü evin həyətindəki köməkçi tikilidə asıb.

    Onun meyiti müayinə üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.

    Məlumata görə, Ə. Nağıyevanın psixoloji problemləri olub.İntihar edən şəxs qadındır. Hazırda onun kimliyi araşdırılır.//Apa.az

  • Yevlaxda piyada vuruldu

    Yevlax rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, “Opel” markalı minik maşını Havarlı kəndindən keçən magistral yolda 37 yaşlı Eldəniz adlı yerli sakini vuraraq, ona ağır xəsarət yetirib.

    Yaralı xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta-ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Tovuzda 3 yaşlı uşaq dərmandan zəhərlənib öldü

    Tovuz Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən məlumat verir ki, 2014-cü il təvəllüdlü Xanım Vüsal qızı Məhərrəmova ağır vəziyyətdə xəstəxanaya aparılıb.

    Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Uşağın dərmandan zəhərlənərək öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Xırdalanda gənc qadın intihar etdi

    Abşeron rayonunda, təxminən, 30-35 yaşında qadın özünü asaraq intihar edib.

    Hadisə Xırdalan şəhərində baş verib.

    Belə ki, Xırdalan şəhər sakini, Ağamalıyeva Nərmin Elxan qızı özünü asaraq öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

    İntihar edən qadının musiqi müəllimi olduğu deyilir. Mərhumun azyaşlı bir qızı var.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.//Report.az

  • Şagirdin ölümü ilə bağlı direktordan açıqlama: “Gözümün qarşısında…”

    Xəbər verdiyimiz kimi, Şəmkirdə Çənlibel kənd məktəbində 6-cı sinif şagirdi Məhərrəmov Elgün Gündüz oğlu məktəbin həyətində yoldaşları ilə oynayarkən dünyasını dəyişib.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, Çənlibel kənd 1 saylı orta məktəbin direktoru Qoşqar Əliyev şagirdin ölüm faktını təsdiqləyib:

    Uşaq mənim gözümün qarşısında xırıldayıb, nəfəs alırdı. 3-cü dərsdən sonra şagird çölə çıxmışdı. Mən də həyətdə növbətçi ilə söhbət edirdim. Xəbər verdilər ki, “şagirdlərdən birinin dili qaçıb, həkimə xəbər vermək lazımdı”. Mən təcili həkimə zəng edib, kömək istədim. Uşağı “koridor”a gətirib, dilini tutdular.

    Gördük ki, səhhətindəki problem başqadır. Həkim ilkin tibbi yardım göstərsə də heç bir xeyri olmadı. Uşağı təcili Şəmkir şəhər xəstəxanasına apararkən yolda dünyasını dəyişib. Nənəsinin dediyinə görə, ölən Elgün Məhərrəmovun əvvəlcədən səhhətində problem olub”.