Category: Hadisə

  • Bakıda DƏHŞƏT: 27 yaşlı qız özünü yandırdı

    Bakıda 27 yaşlı qız özünü yandırıb.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əzizə Kərim qızı İsrafilova üzərinə benzin tökərək özünü yandırıb.

    O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda sərnişin avtobusu aşdı

    Bakının Nəsimi rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Hadisə Kövkəb Səfərəliyeva və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.

    Hadisəyə 1986-cı il təvəllüdlü Astara rayon sakini Məmmədov Hafiz Naib oğlunun “Mercedes” markalı avtomobil ilə işıqforu qırmızı işıqda keçməsi səbəb olub. Onun yüksək sürətlə hərəkətdə olan maşını 28 May küçəsindən gələn “Mercedes” markalı sərnişin mikroavtobusuna çırpılıb.

    Nəticədə mikroavtobus aşıb, içərisində olan 6 sərnişindən 3-ü yüngül bədən xəsarətləri alıb.

    Mikroavtobus şirkət maşını olub və işçiləri daşıyırmış.

    Hadisə ilə əlaqədar əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

  • Yol ilə gedən piyadanı maşın vurub

    İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report.az-a istinadən bildirir ki, 1973-cü il təvəllüdlü İmişli şəhər sakini Məmmədov Sabit Bahadır oğlu bu gün axşam Məhəmmədli kəndində yol ilə gedərkən “Jiquli” markalı avtomobil onu vurub.

    Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Xəsarətlə nəticələnən yol qəzası baş verib

    Qaxda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.

    Median.Az APA-ya istinadən bildirir ki, bu gün axşam saat 18 radələrində Qax şəhəri İçəribazar küçəsində yaşayan 1963-cü il təvəllüdlü Ələddin İbrahim oğlu Həsənov travmatik şok vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

    MRX-dan verilən məlumata görə, müayinə zamanı 55 yaşlı Ələddin Həsənov idarə etdiyi minik maşını ilə qəzaya düşməsi məlum olub. Ələddin Həsənova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

    Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Üzərinə maşın düşdü, öldü

    Qubada bədbəxt hadisə baş verib.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.

    Təmir zamanı kənd sakini, 1966-cı il təvəllüdlü Xaləddin Kərimovun üzərinə maşın düşüb. O, Quba Mərkəzi Xəstəxanasına gətirilərkən yolda keçinib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • 3 yaşlı uşağın üzərinə qaynar su dağılıb

    Sumqayıt şəhərində 3 yaşlı qız uşağı yanıq xəsarətləri alıb.

    Median.Az report.az-a istinadən bildirir ki, hadisə şəhərin 47-ci məhəlləsində qeydə alınıb.

    Belə ki, Sumqayıt şəhər sakini, 2015-ci il təvəllüdlü Səma Mehman qızı İsmayılovanın üzərinə qaynar su dağılıb.

    Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Müayinə və müalicəsi həyata keçirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • 48 yaşlı kişi dərmandan zəhərləndi

    Goranboy rayonunda 48 yaşlı kişi qəbul etdiyi dərmandan zəhərlənib.

    Median.Az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Baxçakürt kəndində baş verib.

    Həmin kəndin sakini, 1970-ci il təvəllüdlü Ceyhun Əsgərov dərman qəbul etdikdən sonra halı pisləşib. Ona tibbi yardım göstərilib vəziyyəti qənaətbəxşdir.
    Faktla bağlı araşdırma aparılır.

  • Mingəçevirdə kanalda batmış 14 yaşlı oğlanın meyiti tapıldı – YENİLƏNDİ

    Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

    Median.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal edilən yerdən 800 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    ***

    Mingəçevirdə yeniyetmə su kanalında boğulub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının Mingəçevirin Energetiklər qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

    Kəlbəcər rayonundan olan məcburi köçkün, Mingəçevir şəhərində yaşayan 2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlu həmyaşıdları ilə birlikdə kanalda çimərkən batıb.

    Fövqəladə Hallar Nazirliyinin dalğıcları əraziyə cəlb olunub, axtarışlar davam etdirilir.

    ***

    Mingəçevirdə kanalda 1 nəfər batıb.

    Median.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal edilir.

    Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

  • Şamaxıda xalası oğlu ilə nişanlı olan qız intihar edib

    Şamaxı rayonunda intihar edən şəxsin adı məlum olub.

    Rayonun Çölbağırlı kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyeva Ulduz Şəfi qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb. Valideynləri onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. U.Mirzəyeva xəstəxanada ölüb.

    Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil.

    Kənd sakinləri bildiriblər ki, Ulduz Mirzəyeva Hacıqabul rayonunun Muğanlı kəndində yaşayan xalası oğlu ilə nişanlı olub, yaxın vaxtlarda keçiriləcək toy mərasiminə hazırlaşırmış.

    Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

    Xatırladaq ki, APA-nın bundan əvvəlki xəbərində intihar edənin oğlan olduğu bildirilirdi.

    * * * * *

    Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb.

    Çölbağırlı kəndində gənc oğlan özünü asaraq, öldürüb. Gəncin nişanlı olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır. (APA)

  • İki gün əvvəl Lənkəranda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb – TAM SİYAHI

    976-cı il Aslanov Faiq Tofiq oğlu

    Xanımgül Aslanova

    Mərziyyə Aslanova

    Vəsmə Aslanova

    Aslanov Ülvi Faiq oğlu (7 yaş)

    Yaralı:

    “Shacman”ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu.

    Martın 31-də Lənkəranda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

    “Report”un Cənub bürosu xəbər verir ki, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən 7 yaşlı Aslanov Ülvi Faiq oğlu bu gün xəstəxanada ölüb.

    Qeyd edək ki, həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır. Onların hamısı Lənkəranın Ləj kəndinin sakinləridir.

    Xatırladaq ki, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Shacman” markalı yük maşını ilə “VAZ-21015” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub. Ölənlərin hamısı “Mitsubishi”də olanlardır. Ölən və yaralananaların tam siyahısı belədir:

    Ölənlər:

    1966-cı il təvəllüdlü Aslanov Fikrət Şirəli oğlu

    1968-ci il təvəllüdlü Aslanov Namiq Şirəli oğlu

    976-cı il Aslanov Faiq Tofiq oğlu

    Xanımgül Aslanova

    Mərziyyə Aslanova

    Vəsmə Aslanova

    Aslanov Ülvi Faiq oğlu (7 yaş)

    Yaralı:

    “Shacman”ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu.