Category: Hadisə

  • Bakı Avtovağzalında OLAY: Satıcı qız özünü 3-cü mərtəbədən yerə atdı

    Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında intihara cəhd hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Astara rayon sakini Ağazadə Şəbnəm Əhməd qızı günorta saatlarında özünü Avtovağzal Ticarət Mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb.

    Yaralı açıq kəllə-beyin travması alıb. O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Qız Avtovağzal Ticarət Mərkəzində satıcı kimi fəaliyyət göstərir. Hadisə iş vaxtı baş verib.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda ev yandı

    Median.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • FHN Lənkərandakı faciəvi qəza ilə bağlı məlumat yaydı

    Fövqəladə Hallar Nazirliyi Lənkəranda 6 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

    Median.Az FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonu, Gərmətürk kəndində “Ford” markalı yük və “Mitsubishi” markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub. Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 6 nəfərin (1966-cı il təvəllüdlü Aslanov Fikrət Şirəli oğlu, 1968-ci il təvəllüdlü Aslanov Namiq Şirəli oğlu, 1976-cı il təvəllüdlü Aslanov Faiq Tofiq oğlu, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Vəsmə Aslanova) cəsədi xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Əməliyyat başa çatıb.

  • Meşədə asılmış kişi meyiti tapıldı

    Lerikdə meşədə asılmış kişi meyiti tapılıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, meyit kənd sakinləri tərəfindən aşkar olunub.

    Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda onun kimliyi araşdırılır.

    Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə gətirilir.

  • Mingəçevirdə bədbəxt hadisə — Çörəkbişirən yaralandı

    Mingəçevir şəhərində yerləşən çörək sexlərinin birində bədbəxt hadisə qeydə alınıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, N.Nərimanov küçəsində yerləşən müəssisədə sexin 1983-cü il təvəllüdlü yerli əməkdaşı Əliyev Bəhruz Vaqif oğlu iş başında sol əl nahiyəsindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

    Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq məlum olmasa da, sex şüşələrinin qırılaraq çörəkbişirənin üzərinə töküldüyü deyilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Qaynar çaydan 1 yaşlı uşağın üstünə dağıldı

    Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.

    Median.Az-ın “Report”a istinadən məlumatına görə, şəhərin 30-cu məhəlləsində yaşayan 2017-ci il təvəllüdlü yerli sakin İsazadə Məhəmməd Rəşad oğlunun üzərinə qaynar çaydan dağılıb.

    Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb. Hazırda 1 yaşlı M.İsazadənin müayinə və müalicəsi həyata keçirilir.

  • Abşeronda tibb bacısını maşın vurdu

    Abşeron rayonunun Ceyranbatan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü yerli sakin İmanova Gülzar Muxtar qızı yaşadığı ərazidə işdən çıxıb evə gedərkən naməlum avtomobil tərəfindən vurulub.

    Yaralı dərhal Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    G.İmanova Ceyranbatan qəsəbəsinin tibb məntəqəsində tibb bacısı işləyir.

    Faktla bağlı araşdırma aparılır.

  • Xaçmazda yaşayış evi uçdu

    Xaçmazda yaşayış evi çöküb.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə Köhnə Xaçmaz kəndində qeydə alınıb. Kənd sakini Zemfira Xəlilovaya məxsus evin çökməsi nəticəsində xəsarət alan olmayıb, səbəblər araşdırılır.

  • Lənkəranda ağır yol qəzası baş verib – 6 nəfər ölüb (YENİLƏNDİ)

    Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb və şəxsiyyəti müəyyənləşib.

    Median.Az “Report”a istinadən bildirir ki,həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır, eyni zamanda Lənkəranın Ləj kəndinin sakinləridirlər.

    Ölənlər aşağıdakılardır:

    Aslanov Faiq,

    Aslanov Fikrət,

    Aslanov Mərziyyə,

    Aslanova Xanımgül,

    Aslanov Namiq

    Aslanova Məsmə,

    Yaralılar:

    Aslanov Ülvi Faiq oğlu, 7 yaş

    “Shacman”ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu

    ***

    Lənkəran rayonunun Gərmətük kəndi ərazisində “KaMAZ” markalı yük maşını ilə “Mitsubishi” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər xəsarət alıb.

    Ölənlər minik maşında olan şəxslərdir.

    Xəsarət alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Hazırda meyitlərin maşından çıxarılması üçün xilasedicilər tərəfindən tədbirlər görülür.

    Ölənlərdən üçünün qadın olduğu bildirilir. Məlumata görə, xəsarət alan azyaşlıdır.

    ***

    Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.

    Median.Az
    APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük kəndi ərazisində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilir. Hazırda onların kimliyi araşdırılır.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

  • Güclü külək Bakıda üç yük maşınını aşırdı – VİDEO

    Ötən gün müşahidə olunan güclü külək Bakının girişində üç yük avtomobilini aşırıb.

    Sahil qəsəbəsində “Scania” və “Iveco” markalı iki yük maşını Bakıdan Qazax istiqamətində hərəkət edərkən sol yanı üstündə aşıb və bu istiqamətdə hərəkətə ciddi maneə yaradıb.

    Bundan əlavə “Hundai” markalı yük maşını da güclü külək nəticəsində idarəetməni itirib və yolun kənarında olan dərəyə yuvarlanıb.

    Qəzalar nəticəsində bir nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir./oxu.az