Category: Hadisə

  • Ağdamda intihar cəhdinin qarşısı alınıb – FOTO

    Ağdamda 50 yaşlı kişinin intihar cəhdinin qarşısı alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı 1 qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini İsmayılov Sahib ərazidə olan yüksək gərginlikli elektrik xətti dirəyinə çıxaraq intihara cəhd edib.

    Hadisə şahidləri FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verib. Hadisə yerinə gələn FHN əməkdaşları S.İsmayılovla söhbət apararaq onu intihar fikrindən daşındırıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • 6-cı sinif şagirdi məktəbin həyətində öldü

    Şəmkirdə məktəbin həyətində ölüm hadisəsi baş verib.

    APA-nın verdiyi məlumata görə, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb. Kənd sakini, 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlu məktəbin həyətində yoldaşları ilə oynayan zaman anidən yerə yıxılıb. Dərhal həkim çağırılsa da, onun dünyasını dəyişdiyi məlum olub. Ölümün səbəbi hələlik məlum deyil.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  • 4 uşaq atasını intihara vadar edən — SƏBƏBLƏR

    Hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb. Ötən axşam 1969-cu il təvəllüdlü Əhədov Elşən Əhəd oğlu yaşadığı evdə intihar edib.

    Bu haqda Xıllı qəsəbə ərazi nümayəndəsi Namiq Məmmədovun “Ölkə.Az”a verdiyi məlumatda deyilir:

    “4 qız atası olan Elşən Əhədov bir müddət idi ki, başında ağrılardan əziyyət çəkirdi. Tez-tez müalicə üçün Bakıya gediridi. İlkin ehtimala görə, elə xəstəliyinin ağır olduğunu bilib intihar edib. Son sözü yenədə istintaq orqanları deyəcək”.

    Qeyd edək ki, ali təhsilli olan Elşən Əhədov Neftçala Balıq Kombinatında operator vəzifəsində işləyib. Ancaq son zamanlar xəstəliyi ilə əlaqədar işə də az-az gedib. Həyat yoldaşı isə orta məktəbdə müəllim işləyib.

  • Azərbaycanda nazirliyin işçisi özünü asdı – YENİLƏNİB

    Neftçala rayonu Xıllı qəsəbəsində intihar edən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi olub.

    Qəsəbə bələdiyyəsindən verilən məlumata görə, qəsəbə sakini 1969-cu il təvəllüdlü Elşən Əhəd oğlu Əhədov ali təhsilli və zəhmətkeş adam olub: “Elşən çox zəhmətkeş, ali savadlı adam idi. Ziyalı ailə olublar. Özü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Neftçala rayon Xıllı Nərə Balıqartırma zavodunda işləyirdi. Son 5-6 gündür işə də getməyib. 4 qızı var. Qızlarından ikisi ali məktəbdə oxuyur. İkisi də orta məktəbdə. Həyat yoldaşı məktəbimizdə ibtidai sinif müəlliməsidir. Heç bir içki, borc söhbəti olmayıb. Heç kim başa düşmür niyə intihar edib. Son günlər özünə qapanıbmış. Elə dünən axtarıblar axşam saat 7-dən sonra. 9-a qalmış Kür çayının kənarındakı köhnə istifadəsiz hamamda asılmış vəziyyətdə tapıblar. Polis işi araşdırır”.

    ***

    Neftçala rayonunda intihar hadisəsi baş verib.

    Hadisə bu gün axşam saatlarında rayonun Xıllı qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Elşən Əhəd oğlu Əhədov həyətdəki hamamdan özünü asaraq intihar edib. Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Özünü hamamda asdı – Neftçala sakini

    Neftçala rayonunda intihar hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xıllı qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Elşən Əhəd oğlu Əhədov həyətdəki hamamdan özünü asaraq intihar edib. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Goranboyda avtomobil qəzası — Biri uşaq olmaqla 3 nəfər yaralandı

    Goranboy şəhərində avtoqəza nəticəsində biri uşaq olmaqla üç nəfər xəsarət alıb.

    Median.Az-ın “Report”a istinadən məlumatına görə, nəticədə 3 yaşlı Nəbiyeva Mədinə Nicad qızı və anası Nəbiyeva Samirə Nuşirəvan qızı (1994) və sürücü Hüseynov Tural Vüqar oğlu (1994) müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Neftçala sakini intihar etdi

    Neftçala rayonunda intihar hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xıllı qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini olan Elşən adlı şəxs özünü asaraq intihar edib. Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Şamaxıda qəza: “VAZ”lar toqquşdu — Yaralananlar var

    Şamaxıda yol qəzası baş verib.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 19:00 radələrində Bakı-Şamaxı yolunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    İsmayıllı sakini, 1991-ci il təvəllüdlü Hüseynov Ramin Zinhar oğlunun idarə etdiyi 10-ZT-052 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobili qarşı tərəfdən gələn Şamaxı sakini, 1986-cı il təvəllüdlü Sayılov Xəyal Əliqardaş oğluna məxsus 10-UU-560 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində yaralıların olduğu bildirilir.

    Hadisə yenicə baş verdiyi üçün xəsarət alan şəxslərin kimliyi hələ ki, məlum deyil. Hadisə barədə əlavə məlumat veriləcək.

    Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

  • Göygöldə ev yandı

    Göygöldə yanğın hadisəsi qeydə alınıb.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göygöl rayonunun Zurnabad kəndində ümumi sahəsi 100 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evin dəhlizinin tavanı 5 m2 və qamışdan ibarət çardağı 2 m2 sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • “Shacman”la maşının üzərində keçdi – dəhşətli qəzanın baş vermə anı (VİDEO)

    Saatlıda ağır yol-nəqliyyat hadisəsinin baş vermə anının görüntüsü ortaya çıxıb.

    Baku.ws-in əldə etdiyi görüntülərdən qəzanın necə baş verdiyini açıq-aydın görmək olar.

    Dəhşətli qəza bir həftə öncə axşam saatlarında Saatlı rayonunun Qaralar kəndi ərazisində baş verib. Hacıqabul rayonu Pirsaat kənd sakini, 26 yaşlı Mehman Rəsulovun idarə etdiyi yük avtomobili təkərinin partlaması nəticəsində yoldan çıxaraq su kollektoruna aşıb. Yük avtomobili eyni anda hərəkətdə olan İmişli sakini, 31 yaşlı Əli Allahverənovun idarə etdiyi avtomobilin üstündən keçərək kanala yuvarlanıb.

    Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüblər. Qəza nəticəsində yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalan sürücü Saatlı rayon xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərildikdən sonra Bakı şəhəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yola salınıb.