Category: Hadisə

  • Bakıda vəzifəli şəxsin oğlu ağır qəza törədib – FOTO + VİDEO

    Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib.

    Median.Az Report-a istinadən xəbər verir ki, “10-LJ-600” dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğlu Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkət olarkən, işıqforun qırmızı işığından keçib.

    Nəticədə onun 28 May küçəsindən gələn Əsgərov Elvin Əsgər oğlunun idarə etdiyi “Nissan Sunny” markalı avtomobil onun maşınına çırpılıb.

    BMW-də olan sərnişinlərdən biri ağır xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, BMW-nin sürücüsü E.Adıgözəlov sərxoş vəziyyətdə olub.

    O, yol polislərinin “saxla!” əmrinə tabe olmayıb.

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

    E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.

    Həmin şəxs bir neçə ay öncə sərxoş vəziyyətdə Heydər Əliyev prospektində avtoxuliqanlıq edib.

    O, Yol Patrul Xidmətinin qanuni “saxla!” əmrinə tabe olmayaraq şəhər ərazisində təhlükəli manevrlərə yol verib və saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.

    Sürücü məhkəmənin qərarına əsasən, 15 gün müddətinə həbs edilib.

    E.Adıgözəlovun Heydər Əliyev prospektində etdiyi avtoxuliqanlığın görüntüləri:












  • Bərdədə sex yanıb

    Bərdədə yanğın hadisəsi qeydə alınıb.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bərdə rayonunun Qasımbəyli kəndində ümumi sahəsi 21 m2 olan sexin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanıb.

    Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Cəlilabadda nişanlı oğlan toyqabağı intihar edib

    Cəlilabadda intihar hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Stansiya yaşayış massivində (keçmiş Novoqolovka kəndində) qeydə alınıb.

    Həmin yaşayış massivinin 22 yaşlı Münasib Hakim oğlu Nəhmədov yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asıb.

    Hadisə yerinə təcili yardım stansiyasının, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Bildirilir ki, M.Nəhmədov nişanlı olub və bu yaxınlarda toy etməyi planlaşdırırmış.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağdaşda körpə pilləkəndən yıxılaraq ölüb

    Ağdaş rayonunda körpə yıxılaraq ölüb.

    Median.Az “Report”un Qərb bürosuna istinadən məlumatına görə, hadisə rayonun Qaradeyin kəndində baş verib.

    Belə ki, həmin kəndin sakini yaşyarımlıq körpə, Mahmudova Nəzifə Coşqun qızı yaşadığı evdə pilləkəndən yıxılaraq boynu sınıb. O, xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Daha bir məktəblini maşın vurdu

    Balakəndə dərsdən evə gedən 2-ci sinif şagirdini maşın vurub.

    Bu gün saat 11:30 radələrində Balakən şəhəri, Nizami adına tam orta məktəbinin 2-ci sinif şagirdi, rayonun Qullar kənd sakini 2010-cu il təvəllüdlü Şirin Əli oğlu Ərbasyev yolu keçmək istəyən zaman taksi fəaliyyəti ilə məşğul olan, rayonun Mahmalar kənd sakini Şirin Yekıyev idarə etdiyi “VAZ 21064” markalı 08 BJ 107 dövlət nömrə nişanlı minik avtomobili ilə vurulub.

    Sürücü xəsarət alan azyaşlını Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparıb. MRX-dan APA-ya verilən məlumata görə, Şirin Ərbasyevə sağ çanaq sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti ora-ağır qiymətləndirilir.
    Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır./apa.az

  • 3 uşaq anası intihar etdi

    Şəkidə qadın intihar edib.

    Hadisə bu gün günorta saatlarında Şəki şəhəri Yaqub Süleymanov küçəsində baş verib.

    Üç uşaq anası olan, 1985-ci il təvəllüdlü Səidə Əbdül qızı Əhmədovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. S. Əhmədovanın intihar etməsinin səbəbi hələlik məlum deyil.

    Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır./apa.az

  • Bakıda faciə: asılmış kişi meyiti tapıldı – FOTO

    Bakıda intihar olub.

    Bu gün səhər saatlarında Bayıl qəsəbəsinin ərazisində yerləşən istifadəsiz tikililərdən birində asılmış kişi meyiti aşkar edilib. Hadisənin intihar olduğu ehtimal edilir.

    İntihar edən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

    Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. 


    /apa.az

  • Əri yox idi, iki körpəsi yetim qaldı… – Süpürgəçi qadınla bağlı ürəksızladan məqam

    Bakıda “KamAZ” markalı avromobilin süpürgəçi Cəmilə Salahovanı vurub öldürməsi ciddi rezonans doğurub.

    Hadisə martın 27-də, Sabunçu rayonunda baş verib. Hadisəni törədən şəxs Bakı sakini, əvvəllər məhkum olmuş Zaur Musayev saxlanılıb. Yenicag.az-ın əldə etdiyi məlumata görə, mərhum ötən gün Zabrat qəbiristanlığında dəfn olunub.

    O, 2015-ci il yanvarın 5-də Sabunçu Rayonu Kommunal Təsərrüfat İdarəsində işə başlayıb. Cəmilə Salahova bir müddət əvvəl həyat yoldaşından boşanıb.

    Bundan sonra o, iki azyaşlı qızı və bacısı ilə birlikdə Sabunçu rayonu ərazisində kirayədə yaşayıb. İkinci növbədə işə düzələn qadının uşaqlarından biri II, digəri isə VI sinifə gedir. Mərhum Laçın rayonundan məcburi köçkün olub.

  • Bakıda 54 yaşlı kişi evdə diri-diri yanıb

    Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzildə bir ədəd çarpayı və iki ədəd televizor yanıb.

    Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Seyidov Slavik Seyid oğlunun qismən yanmış meyiti aşkar olunub.

    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Aeroport yolunda qəza — İki nəfər ağır xəsarət alıb + YENİLƏNİB + FOTO

    Bakı Metropoliteninin “Koroğlu” stansiyasından Hava limanı istiqamətində avtomagistralda (Sabunçu körpüsünə çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verib.
    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə aeroport şossesinin Sabunçu rayonu ərazisinə düşən hisəsində qeydə alınıb.

    Mərkəzdən Sabunçu körpüsünə istiqamətdə hərəkətdə olan 90-OV-204 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilin sürücüsü qəza xəbərdarlıq işığını yandıraraq, avtomaşını yol kənarında saxlayıb. Arxa istiqamətdə yüksək sürətlə hərəkətdə olann 99-GT-169 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobil “Niva”ya çırpılıb.

    Digər “Opel” markalı avtomaşın isə hər iki nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə “Niva”da olan iki nəfər ağır xəsarət alıb. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı Sabunçu Rayon Polis Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
    ***

    Bu dəqiqələrdə aeroport yolunda tıxac müşahidə olunur.

    Median.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O bildirib ki, metronun “Koroğlu” stansiyası yaxınlığında hava limanı istiqamətində ağır yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən həmin ərazidə yolda sıxlıq yaranıb.