Category: Hadisə

  • Yevlaxda piyada vuruldu — Xəstəxanaya aparılarkən yolda öldü + YENİLƏNİB

    Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
    Median.Az-ın “Report”a istinadən məlumatına görə, Yevlax şəhər sakini, 1992-ci il təvəllüdlü Əbdülxəlidov Səməd Ziyadxan oğlunun idarə etdiyi avtomobil tərəfindən vurulan piyadanın tüfeyli həyat sürdüyü bildirilir.

    Hadisə zamanı piyada sərxoş olub və qəflətən yola çıxb. Bu zaman avtomobilin sürücüsüsü idarəetməni itirərək onu vurub. Yaralı piyada sürücü tərəfindən xəstəxanaya aparılsa da, aldığı ağır xəsarətlərdən yolda keçinib.

    Piyadanın kimliyi araşdırılır.

    ***
    Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Median.Az-ın “Report”a istinadən məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

    Belə ki, kimliyi hələlik bilinməyən piyda avtomobil tərəfindən vurularaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılan zaman yolda ölüb. Ölən piyadanın orta yaşlı kişi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • “Koroğlu” stansiyası yaxınlığında güclü tıxac yarandı

    Bakı Metropoliteninin “Koroğlu” stansiyasından Hava limanı istiqamətində avtomagistralda (Sabunçu körpüsünə çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

    O, qeyd edib ki, hazırda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

  • Neftçalada faciə: fəhlələlərin üzərinə beton plitə düşdü – VİDEO

    Neftçalada faciə olub.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, qaldırıcı krandan beton plitənin aşağı düşməsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

    Hadisə Neftçala şəhərinin Yalçın Hacıyev küçəsində qeydə alınıb. Həmin ərazidə söküntü işləri aparılan zaman kran beton plitəni qaldırarkən anidən tros qırılıb. Nəticədə beton plitənin aşağı düşməsi nəticəsində orada çalışan fəhlələrdən biri, rayon sakini, 57 yaşlı İlham Rzayev ciddi zədələnərək hadisə yerində dünyasını dəyişib. Bankə qəsəbə sakini, 35 yaşlı Elşən Lalayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Neftçala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

  • Bakıda sərnişin dolu avtobus qəzaya uğradı

    Paytaxtda sərnişinlə dolu avtobus qəzaya uğrayıb.

    Median.Az
    Milli.Az-a istinadən xəbər verir ki, 198 saylı marşrut avtobusu Koroğlu-Zabrat istiqamətində hərəkət edərkən sürücünün idarəetməni itirməsi nəticəsində “Qartal” kafesinin divarına çırpılıb.

    Nəticədə xoşbəxtlikdən sərnişinlərdən ciddi xəsarət alan olmasa da, avtobusun ön hissəsi yararsız hala düşüb.

  • Əri yox idi, iki körpəsi yetim qaldı… – Süpürgəçi qadınla bağlı bilinməyənlər

    Bakıda “KamAZ” markalı avromobilin süpürgəçi Cəmilə Salahovanı vurub öldürməsi ciddi rezonans doğurub.

    Hadisə martın 27-də, Sabunçu rayonunda baş verib. Hadisəni törədən şəxs Bakı sakini, əvvəllər məhkum olmuş Zaur Musayev saxlanılıb.

    Median.az-ın Yenicag.az-a istinadən məlumatına görə, mərhum ötən gün Zabrat qəbiristanlığında dəfn olunub.

    O, 2015-ci il yanvarın 5-də Sabunçu Rayonu Kommunal Təsərrüfat İdarəsində işə başlayıb. Cəmilə Salahova bir müddət əvvəl həyat yoldaşından boşanıb. Bundan sonra o, iki azyaşlı qızı və bacısı ilə birlikdə Sabunçu rayonu ərazisində kirayədə yaşayıb.

    İkinci növbədə işə düzələn qadının uşaqlarından biri II, digəri isə VI sinifə gedir. Mərhum Laçın rayonundan məcburi köçkün olub.

  • Qadın yanaraq öldü — Bakıda DƏHŞƏT

    Bakının Xəzər rayonunda dəhşətli hadisə baş verib.

    Median.Az xəbər verir ki, “Ölkə.Az”a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, martın 27-si gecə saatlarında Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivindəki yaşayış olmayan yarımtikilidə yanmış qadın meyiti tapılıb.

    Hadisə yerinə gələn hüquq-mühafizə orqanları və məhkəmə-tibbi ekspertiza şöbəsinin əməkdaşları ilkin müayinələr aparıblar. Məlum olub ki, yanan qadın 1956-cı il təvəllüdlü Nina Mamedovadır. Belə ki, tüfeyli həyat tərzi keçirən qadın sərxoş halda yaşayış olmayan yarımtikilidə ocaq qalayıb və qızınmaq istəyib.

    Ancaq yüksək dərəcədə alkoqollu içki qəbul etdiyindən yuxulayıb və ocağın üstünə yıxılıb. Nəticədə məlum hadisə baş verib.

  • “Mən getdim, görüm siz neynəyəcəksiz, səhv hamıda ola bilər” — İntihar edən 22 yaşlı gəncin son sözləri

    Mart ayının 27-də Kürdəmir rayonunun Garıs Əyribənd kəndində intihar faktı qeydə alınıb.

    Kənd sakini, 1996-ci il təvəllüdlü Əli Vidadi oğlu Cabbarov Girdiman çayının Kürdəmir rayonundan keçən hissəsindəki körpüdən özünü asaraq intihar edib. Mərhumun atasının “Ölkə.Az”a verdiyi məlumata görə, oğlunu müəyyən şəxslər intihar etməyə vadar ediblər:

    “Oğlum axşam evdən çıxıb qonşuluqda yaşayan bacısıgilə gedib. Bir az orada bacısının uşağı ilə oynadıqdan sonra Girdiman çayı tərəfə gedib. Orada əynində olan gödəkçəsini çıxardaraq təxminən saat 21 radələrində iplə özünü asıb. Mən telefonuna zəng eləyirdim götürmürdü, şübhələndim. Səhərə yaxın çayın qırağında meyitini özüm aşkar elədim. Oğlum sonuncu dəfə telefonda kənd sakini Seyran adlı şəxslə yazışıb. O sonuncu mesajında belə sözlər yazıb: “Seyran, Röyal, mən getdim, görüm siz neynəyəcəksiz, səhv hamıda ola bilər”.

    Həmçinin məktubda yazıb qoyub ki, “bir səhvdir bağışla atam, anam”. Həm telefonu, həm də məktubu rayon prokurorluğuna təhvil vermişəm”.

    Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

  • Bakıda güclü yanğın – FOTOLAR

    Yeni Yasamal 2 yaşayış massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində yanğın baş verib. Küləyin təsiri ilə yanğın güclənib.

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Yanğının səbəbi hələki məlum deyil. Əlavə məlumat veriləcəkdir.

    Hadisə yerindən fotoları təqdim edirik:(bizimyol.info)
     


  • Gəncədə 18 yaşlı gənc özünü yandırıb

    Gəncə şəhərində intihar hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü Suleymani Əli Fərhad oğlu bədən səthinin 99% yanığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

    Vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, Ə.Suleymani intihar məqsədi ilə üzərinə benzin tökərək alışdırıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Naftalanda sanatoriyada sürücü tərəfindən güllələnən 31 yaşlı qadın xəstəxanada ölüb

    Naftalanda sanatoriyada iş yoldaşı tərəfindən güllə yarası alan qadın yerləşdirildiyi xəstəxanada ölüb.

    “Report”un Qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında iş yoldaşı tərəfindən güllələnən Naftalan şəhər sakini, 1987-ci il təvəllüdlü Günay İsayeva Gəray qızı yerləşdirildiyi Goranboy rayon Mərkəzi xəstəxanasında həkimlərin göstərdiyi səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Xatırladaq ki, “Sehrli Naftalan” sanatoriyasında qeydiyyatçı işləyən G.İsayeva həmin sanatoriyada sürücü işləyən Goranboy rayon Qızılhacılı qəsəbə sakini, 1956-cı il təvəllüdlü Əli Hüseynov Hüseyn oğlu tərəfindən tüfənglə güllələnib. Hadisə isə G.İsayevanın “VİTA” sürücüsü olan Ə.Hüseynova müştəri verməməsi nəticəsində yaranmış mübahisə səbəb olub.

    Faktla bağlı Naftalan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.