Category: Hadisə

  • Ağstafada iki avtomobil toqquşdu — Xəsarət alanlar var

    Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Median.az-ın “Report”a istinadən məlumatına görə, rayonun Dağkəsəmən kəndində “10-HL-495” dövlət qeydiyyat nişanlı “Priora” markalı avtomobil ilə hazırda markası məlum olmayan minik maşını toqquşub.

    Nəticədə sürücülər arasında mübahisə düşüb. Qəza zamanı iki nəfərin yaralandığı bildirilir.

  • Neftçalada tikintidə BƏDBƏXT HADİSƏ: Beton fəhlələrin üzərinə düşdü

    Neftçalada tikintidə bədbəxt hadisə baş verib.

    Hadisə Neftçala rayonu, Yalçın Hacıyev küçəsində qeydə alınıb.

    Tikinti işləri zamanı qaldırıcı krandan qırılan beton parça rayon sakinləri, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu və 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlunun üzərinə düşüb.

    Nəticədə İ.Rzayev ölüb, E.Lalayev isə xəsarət alaraq Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır. /apa

  • Tanınmış müğənni adam vurdu

    Müğənni Zemfira İbrahimovanın Novruz bayramı ərəfəsində başına dəhşətli hadisə gəlib. Müğənni avtomobili ilə adam vurub.

    Açıqlama verən sənətçi xoşbəxtlikdən həmin adamın xəsarət almadığını deyib:

    “Bayramqabağı bir verilişin çəkilişində iştirak edəcəkdik. Sən demə, prodüserim verilişin zarafat xaraterli olacağını bilirmiş. Ssenariyə görə, mən maşını idarə edən zaman yolda qəfildən kimsə qarşıma çıxmalıymış. Həmin situasiyada özümü necə apardığımı bilmək istəyiblər. Mənim də heç nədən xəbərim yox… Maşını sürüb, getmək istəyəndə bir nəfər özünü “kapot”un üstünə atdı. Adam huşsuz vəziyyətdə yerə yıxıldı. Nə qədər qışqırdım… ayılmadı, isterika içində idim, qorxudan nə edəcəyimi bilmirdim. Dəhşətli dərəcədə qorxdum, gördülər ki, halım pisdir, dedilər ki, narahat olma, bunu qabaqcadan özümüz planlaşdırmışıq. Əsəbimi heç cür boğa bilmədim, hirsimdən prodüserimi döydüm. Dedim, “belə zarafat olar?” Birdən adam ağır xəsarət alsaydı, onda necə olacaqdı? Dedilər ki, məhəlləarası yol olduğundan sürəti nəzərə almışdıq, heç bir xəsarət ola bilməzdi. Sadəcə olaraq, adamın yerə yıxılması və “huşunu itirməsi” məni qorxutdu. Elə bildim, doğrudan da özündən gedib. Allah üzümə baxdı, o adam xəsarət almadı. O gündən hələ də özümə gələ bilmirəm”.

  • Bakıda süpürgəçi qadının qanı asfalta dağıldı – FOTO 18+

    Bakıda dəhşətli yol qəzası baş verib. Criminal.az saytı xəbər verir ki, aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissədində, ”Komsomol körpüsü” kimi tanınan yol ötürücü qovşağın üzərində maşın qadını vuraraq öldürüb.

    Qadın Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin əməkdaşı olub. 

    Hadisənin təfərüatlarını oxuculara təqdim edəcəyik. 

  • Bakıda 5 mərtəbəli yaşayış binasında yanğın: Sakinlər təxliyyə edildi

    Bakıda 3 otaqlı mənzildə yanğın baş verib.

    FHN-in verdiyi məlumata görə, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanmış, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.

    Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

  • Övlad həsrəti ilə yaşayan 29 yaşlı ailə başçısının DƏHŞƏTLİ SONU

    2 gün əvvəl Kürdəmirdə 29 yaşlı oğlanın özünü çaya ataraq intihar etməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.

    Rayonun Köhünlü kənd sakini, 1989-cu il təvəllüdlü Zamanov Maqsud Məmmədsadıq oğlunun ailəli olduğu, lakin son vaxtlar psixoloji vəziyyətinin yaxşı olmadığı üzə çıxıb.

    Belə ki, bir neçə il əvvəl ailə həyatı quran Maqsudun övladının olmaması onun özünə qapanmasına səbəb olub. Bir neçə dəfə müalicə alan gənc oğlan daha yaxşı tibbi müayinədən keçmək üçün maddi imkanın olmaması səbəbindən sarsıntı keçirib. Hadisə baş verənn gün qardaşına telefonda mesaj yazaraq özünü öldürəcəyini deyən 29 yaşlı M.Zamanov ailəsindən halallıq istəyərək özünü Kürə atıb.
    Qeyd edək ki, M.Zamanovun meyiti batdığı yerdən 100 metr aralıda tapılıb. Faktla bağlı araşdırmalar davam etdirilir./lent.az

  • Təcili Tibbi yardım briqadası yaralını ölümə tərk edib (İDDİA) – VİDEO

    Dünən paytaxtın Binəqədi rayonunun Mehdiabad qəsəbəsində 30-35 yaşlarında kimliyi bilinməyən bir kişini maşın vurub. Təcili tibbi yardımın gəlməyinə baxmayaraq xəstəyə müdaxilə edilməyib və xəstə təcili tibbi yardımın qarşısında 10 dəqiqəyə kimi can verib. Bu sözləri hadisə yerində olan şahid deyib. 

    Şahid Baku.ws-ə verdiyi açıqlamada bildirib ki: 

    “Piyada keçidindən istifadə etməyən piyada yolu qarşı tərəfə keçmək istəyərkən maşın vurdu. Hadisə yerinə gələn təcili tibbi yardım xəstəyə müdaxilə etməyib gözlədi. Təcili tibi yardım maşınında gələnlər dedi ki, bizə icazə gəlməlidir ki, xəstəyə müdaxilə edək. Xəstə ölümcül vəziyyətdə olduğu üçün bizə icazə verilmir. Biz ona müdaxilə etmək üçün bizə icazə verilməlidir. Biz xəstəyə öz başına müdaxilə edə bilmərik, çünki xəstənin vəziyyətindən onun öləcəyi görünür. 

    10 dəqiqədən çox yerdə qalan xəstə hələ də ölməmişdi. Əgər tibbi yardım olunsaydı bəlkə də yaşama ehtimalı ola bilərdi”. 

    Məsələ ilə bağlı əməkdaşımız, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Operativ və Hospital İşlər üzrə Baş həkimin müavini Murad Mirzəzadə ilə əlaqə saxlayıb. 

    “Təcili Tibbi yardım ora çatanda xəstə ilə yox, meyidlə qarşılaşıb”, bu sözləri Murad Mirzəzadə deyib. Onun sözlərinə görə: “Heç bir həkim xəstəni yerdə ölməyə qoymaz. Bunu həkim yox, heç bir insan etməz. Mən əlaqə saxlayıb hadisə ilə bağlı məsələni aydınlaşdırdım. O hadisədə avtoqəza nəticəsində dünyasını dəyişmiş 30-35 yaşlarında şəxs olub. Təcili tibbi yardım həkimi ora çatanda artıq həmin şəxsin dünyasını deyişdiyini təsdiqləyib. Və hadisə yerinə polisin, prokroturanın gəlməyin gözləyib”. 

    Biz icazə gözləyirik sözlərinin nə məqsədlə işlədilməsin soruşduq da isə, Murad Mirzəzadə bu suala belə aydınlıq gətirib: 

    “Həkimin orda demək istədiyi odur ki, heç bir təcili tibbi yardım maşınına icazə verilmir ki, meyidi hadisə yerindən götürsün. Meyidi yalnız müvafiq orqanlar polis vəya prokrotura işçilərinin icazəsi ilə ordan götürüb morqa apara bilərlər. Həkim orda həmən icazəni gözlədiyin deyib. O söz yalnış anlaşılıb”. 


  • Bakıda ağır qəza: ölən var

    Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

    Binəqədi rayonu Mehdiabad qəsəbəsi ərazisində “Opel” markalı minik avtomobili 27 yaşlı oğlanı vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.
     
    Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

  • Xalq artisti vəfat etdi

    Azərbaycanın Xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Yuri Baliyev vəfat edib.
    Bu barədə Trend-ə teatrın mətbuat xidmətindən bildiriblər.

    O, uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.

    Y.Baliyev 23 aprel 1949-cu ildə anadan olub. 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirib. 1975-ci ildən S.Vurğun adına Rus Dram Teatrında aktyor kimi çalışıb. Bu illər ərzində teatr səhnəsində 60-dan çox rol oynayıb. Onun yaratdığı Ayı (A.P.Çexov, “Ayı”), Bernardo (L.de Veqa, “Xitroumnaya vlüblennaya”), Rasputin (R.İbrahimbəyov, “Petlya”), Çingizxan (M.Şaxanov, “Çingizxanın sirri”), İxtiyar (N.Xəzri, “Burla Xatun”), Şamrayev (A.P.Çexov, “Qağayı”), Professor (N.Rəsulzadə, “Nonsens”) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
    Y.Baliyev bir neçə filmdə də çəkilib. “Ovsunçu”, “Babək”, “Salandar”, “Tehran-43” və s. filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynayıb.

  • Lənkəranda məktəblinin qəfil ölümünün təfərrüatları məlum olub

    Lənkəranda məktəblinin qəfil ölümünün bəzi təfərrüatları məlum olub.
     
    Median.Az
    Report-a istinadən xəbər verir ki, bu gün günorta saatlarında Cəlilabad şəhər sakini, 2004-cü il təvəllüdlü Məmmədzadə Fərahim Fərhad oğlu avtomobillə Lənkəran şəhərinə gələn zaman qəfil halı pisləşib.
     
    Məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
     
    İlkin məlumata görə, o, ürəktutmasından vəfat edib. Lakin bildirilir ki, F.Məmmədzadənin bu vaxta qədər səhhətindən heç bir problemi olmayıb.
     
    Qeyd edək ki, mərhumun atası Cəlilabad rayonunun tanınmış həkimidir.
     
    Mərhum Lənkəranda fəaliyyət göstərən “İstək” Liseyinin 8-ci sinif şagirdi olub və sabah dərslərin başlaması ilə əlaqadar ora gedirmiş.
     
    Faktla bağlı araşdırmalar davam etdirilir.