Category: Hadisə

  • Azərbaycanda 14 yaşlı məktəbli qəfildən müəmmalı şəkildə ölüb

    İlkin tibbi yardım göstərilən məktəblinin həyatını xilas etmək mümkün olmayıb

    Lənkəranda məktəbli müəmmalı şəkildə ölüb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Cəlilabad sakini, 2004-cü il təvəllüdlü Fərhad Fərahim oğlu Məmmədzadə halsız vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilən məktəblinin həyatını xilas etmək mümkün olmayıb.

    Məlumata görə, F. Məmmədzadə Lənkəranda yerləşən liseylərdən birinin şagirdi olub. O, yoldaşları ilə birgə təhsil aldığı liseyə gedərkən hadisə baş verib.

    Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Kanala düşən maşından cəsədlər çıxarıldı – VIDEO

    Bu gün səhər saatlarında Salyan rayonun Xələc kəndindəki su kanalına avtomobil düşüb.

    Sudan çıxarılan 09 BO 697 dövlət nömrə nişanlı VAZ-21074 markalı avtomaşından sürücü — Bərdə şəhər sakini 34 yaşlı Rauf Sahib oğlu Quliyevin və sərnişini — 34 yaşlı Ağdaş şəhər sakini Qərib Yenidünya oğlu Quliyevin suda boğulmuş meyitləri aşkar edilib.

    Avtomaşının idarəetməni itirərək su kanalına düşdüyü ehtimal edilir. Faktla bağlı araşdırmalara başlanılıb.//Virtualaz.org

  • Bakıda özünü körpüdən atan qızın kimliyi bəlli oldu: “25 yaşı varmış” – VİDEO

    Dünən günorta saatlarında Sabunçu rayonunda, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüdə intihar hadisəsi baş verib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, intihar edən şəxsin 1993-cü ildə doğulduğu və adının Könül olduğu məlum olub.

    İntiharın səbəbi məlum deyil.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    Xatırladaq ki, sözügedən körpüdə dəfələrlə intihar hadisəsi baş verdiyi üçün həmin ərazidə mühafizə polisi xidmət aparırdı. Lakin, dünən baş verən hadisə zamanı polisin ərazidə olub-olmadığı bilinmir.

  • Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı ağır yol qəzasına düşüb

    Sumqayıt şəhərində bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az report.az-a istinadən bildirir ki, 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Elbəy Nadir oğlu Məmmədov Sumqayıt şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində ağır yaralanıb.

    O, dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, E.Məmmədovun vəziyyəti ağır olduğu üçün o, dərhal Bakı şəhərinə göndərilərək Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

    E.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşıdır.
    Faktla bağlı araşdırma aparılır.

  • İcra başçısının avtomobilinin üzərinə ağac aşdı. FOTO

    Masallıda güclü külək fərdi evlər, yaşayış binaları və sosial obyektlərlə yanaşı, avtomobillərə də zərər yetirib.
    Median.Az APA-ya istinadla xəbər verir ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun xidməti avtomobilinin üzərinə də ağac aşıb.
    Ağacın “BMW” markalı avtomobilin üzərinə aşması nəticəsində avtomobilin ön şüşəsi sınıb, digər avadanlıqları da zərər görüb.

  • Gəncədə “Niva” DYP-nin avtomobilinə çırpılıb

    Gəncə şəhərində “Niva” markalı avtomobil Dövlət Yol Polisinə (DYP) məxsus avtomobilə çırpılıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

    Hərəkətdə olan “Niva” idarəetmədən çıxaraq qarşı yolda olan DYP-yə məxsus “BMW”yə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

  • Lənkəranda dəhşət – Çörək yapmaq istəyən qadın təndirdə diri-diri yandı

    Lənkəranda 50 yaşlı qadın təndirə düşərək yanıb.

    “Median.Az”ın “Report”a istinadən verdiyi xəbərə görə hadisə Lənkəran rayonunun Aşağı Təngivan kəndində baş verib. Çörək bişirmək üçün təndir qalayan 50 yaşlı kənd sakini, Əliyeva Böyükxanım Talıb qızının yanmış meyidi təndirin içərisində aşkar edilib.

    Hazırda polis və prokurorluğun nümayəndələri hadisə yerindədir.

  • Qaxda 38 yaşlı kişini çaqqal dişləyib

    Qaxda 38 yaşlı kişini çaqqal dişləyib.
     
    APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun İbaxlı kənd sakini, 1980-cı il təvəllüdlü Xəlil Məhyəddin oğlu Vəliyev sağ qolun bilək nahiyəsinin dişləmə xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
     
    MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı Xəlil Vəliyevi yaşadığı ünvanda çaqqal dişlədiyi məlum olub. Belə ki, Xəlil Vəliyev yaşadığı ünvanda yerləşdirdiyi tələyə çaqqal düşüb. Xəlil Vəliyev çaqqalı tələdən azad etmək istəyən zaman yırtıcı ona hucum edərək biləyini dişləyib.
     
    Xəlil Vəliyevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.

  • Qobustanda 2 uşaq dəm qazından zəhərlənib

    Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
     
    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qobustan şəhərində qeydə alınıb.
     
    Şəhər sakini, 2015-ci il təvəllüdlü Məmmədov Mehdi Mehman oğlu və qardaşı, 2009-cu il təvəllüdlü Ağa Məmmədov yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Uşaqlar təcili tibbi yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
     
    Faktla bağlı araşdırma aparılır.

  • Abşeron rayonunda yük avtomobili ilə sərnişin avtobusu toqquşub, xəsarət alanlar var

    Bakının Abşeron rayonunda özəl şirkətlərin birinə məxsus sərnişin avtobusu qəzaya uğrayıb.

    “Report”un xəbərinə görə, hadisə Qobu qəsəbəsində baş verib.

    Şirkətə məxsus 10-VJ-993 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı sərnişin avtobusu hərəkət edən zaman onun qarşısına “Ford” markalı yük avtomobili çıxıb. Nəqliyyat vasitələrinin toqquşması zamanı avtobusda olan 1975-ci il təvəllüdlü Cahangirova Raifə Gülverdi qızı, 1976-ci il təvəllüdlü Hacıağayeva Şölə Sabir qızı, 1978-ci il təvəllüdlü Sadıqova Səidə Əliyoldaş qızı və 1973-cü il təvəllüdlü Abdıyev Qəhrəman Ağami oğlu müxtəlif bədən xəsarətləri alıb.

    Yaralılar xəstəxanaya yerləşdirilib.

    Həkimlərin verdiyi məlumata görə, Q.Abdiyevin vəziyyəti ağırdır.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.