Category: Hadisə

  • Tovuzda bir ailə dəm qazından zəhərləndi

    Tovuz rayonunda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

    Hadisə rayonun Qovlar şəhəri ərazisində baş verib.

    Şəhər sakinləri – 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, həyat yoldaşı, 1997-ci il təvəllüdlü Aygül Həsənova, övladları 2018-ci il təvəllüdlü İ.H. və A.H. yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri qənaətbəxşdir.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Cəlilabadda kişi meyiti tapılıb

    Cəlilabadda 25 yaşlı kişinin meyiti tapılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, meyit rayonun Alar kəndində aşkar edilib.

    Araşdırmalar nəticəsində meyitin kənd sakini, 25 yaşlı Mahmud Qasımova aid olduğu müəyyənləşib.

    Faktla bağlı araşdırma aparılır.

  • Balakəndə qəzada yaralanan daha bir nəfər öldü

    Dünən Balakəndə baş verən qəzada yaralanan daha bir nəfər ölüb.

    Qəzada yaralanan rayonun Yeni Şərif kənd sakini 31 yaşı Şamil Saxalov müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq həyatını itirib.

    Qeyd edək ki, yol-nəqliyyat hadisəsi rayonun Talalar kəndi ərazisində bsş vermişdi.

    Belə ki, “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106″nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 22 yaşlı Rufan Bayramov və “VAZ-2106″da olan sərnişin, 31 yaşlı Şamil Saxalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
    //unikal.az

  • Göyçayda qəza olub, xəsarət alan var

    Göyçayda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    İdarəetmədən çıxan motosiklet yol kənarında dayanan avtomobilə çırpılıb. Müxtəlif bədən xəsarətləri alan 2001-ci il təvəllüdlü motosiklet sürücü Rəşad Abdullayev xəatəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • 19 yaşlı qız dəm qazından öldü

    Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    Dekabrın 15-i saat 16 radələrində 2006-cı il təvəllüdlü Züleyxa Hüseynova yaşadığı Xəzər bağlar sahəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda tələbə faciəli şəkildə öldü

    Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Ağa Anar oğlu Əhmədov faciəli şəkildə ölüb.

    Bu barədə universitet öz sosial şəbəkəsində paylaşım edib.

    Şirvan şəhər sakini olan tələbə yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb.

    Qeyd edək ki, Ağa Əhmədov Turizm və qonaqpərvərlik fakültəsində Tərcümə ixtisası üzrə təhsil alırmış. O, dördüncü kurs tələbəsi imiş.

  • Tovuzda QƏZA: Ölən var

    Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Mürvət Azad oğlu Həsənovun sürücülük hüququ olmadan idarə etdiyi VAZ-2106 markalı minik avtomobili Tovuz rayonu Aşırallar kəndi ərazisində aşıb.

    Sürücü hadisə nəticəsində aldığı xəsarətlərdən ölüb.

    Faktla bağlı Tovuz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

  • Velosipeddən yıxılan 9 yaşlı uşaq öldü

    Ağdamda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə rayonun Alıbəyli kəndi ərazisində baş verib.

    Kənd sakini 2016-cı il təvəllüdlü H. Baxşəliyevin velosipeddən yıxılaraq öldüyü bildirilir.

    Faktla bağlı araşdırma başlanıb.

  • Qubada faciəli şəkildə ölən şəxs MÜƏLLİM İMİŞ

    Quba rayonunda dəm qazından ölən şəxslə bağlı bəzi təfərrüat məlum olub.

    Vüqar Qədirağa oğlu Atayev Dağlı kənd tam orta ümumtəhsil məktəbində bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərirmiş.

    * * * *

    Quba rayonunda kişi dəm qazından zəhərlənərək ölüb.

    Vüqar Qədirağa oğlu Atayev Quba rayonu, Dağlı kəndində yerləşən evinin həyətində olan hamam otağında yuyunarkən dəm qazının zəhərlənərək vəfat edib.

    Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Salyanda ZƏNCİRVARİ QƏZA – Xəsarət alanlar var (Video)

    Salyanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “Opel” və “Mercedes-Benz” markalı avtomobillər çoxtonnajlı yük maşını ilə toqquşub. Qəza nəticəsində Astara rayon sakinləri – 1988-ci il təvəllüdlü Vahid Xandadaş oğlu Məhərrəmov, 1982-ci il təvəllüdlü Vüsalə Kamil qızı Kamilova, 1983-cü il təvəllüdlü Mərahim Ələddin oğlu Qafarov və 1978-ci il təvəllüdlü Məmmədağa Sədyət oğlu Sultanov müxtəlif dərəcəli xəsarət alıblar.

    Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.