Category: Hadisə

  • Zaqatala sakini intihar edib.

    Hadisə bugün səhər saatlarında rayonun Qandax kəndində qeydə alınıb.

    Kənd sakini 1987-ci il təvəllüdlü Anar İbad oğlu Kərimov yaşadığı evin həyətində qoz ağacından özünü asıb. Onun intihar etməsinin səbəbi hələlik məlum deyil.

    Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

  • 12-yaşlı uşağın əlində fişəng partladı

    Şamaxıda Novruz əyləncəsi bədbəxt hadisə ilə nəticələnib. “Report”un xəbərinə görə, 12 yaşlı uşağın əlində fişəng partlayıb. Nəticədə rayonun Məlhəm kənd sakini 2006-cı il təvəllüdlü Kamal Mais oğlu Cəbrayılov sağ əlinin şəhadət barmağının bir hissəsinin qopması, əlin ovuc nahiyyəsinin cırılmış-parçalanmış yarası və sol əlin vətərlərində əzilmə yarası ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.

    Xəstəyə yardım göstərilib. Aparılan cərrahiyə əməliyyatından sonra sağ əlin şəhədət barmağının baş hissəsi kəsilərək götürülüb. Xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur. Faktla bağlı araşdırma aparılır.

  • Qubada istirahət mərkəzi yanıb

    Quba rayonun Amsar kəndində yanğın baş verib

    Median.Az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, kənddə yerləşən istirahət mərkəzinin ərazisində ümumi sahəsi 96 m² olan tikilinin yanar konstruksiyaları, o cümlədən dam örtüyü ümumilikdə 62 m² sahədə yanıb.

  • Bakıda 4 avtomobil toqquşdu – 2 nəfər ağır yaralandı

    Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi olub

    Məscidin yaxınlığında iki “06” markalı maşın, bir “07” markalı və BMW markalı avtomobillər toqquşub. 3 avtomobilin toqquşması nəticəsində 2 nəfər 1-i qadın olmaqla ağır xəsarət alıb. Ölən yoxdur. Poils hadisənin səbəbini araşdırır.

    Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi məlum olub.

    “BMW” markalı avtomobil yüksək sürətlə hərəkət etdiyindən “06” markalı avtomobilə dəyib, daha sonra 2 avtomobilə də ziyan dəyib.

  • Sumqayıtda 5-ci sinif şagirdi tonqalda yanıb

    Sumqayıtda 5-ci sinif şagirdi Novruz bayramı şənliyi zamanı yandırılan tonqalda yanıb.

    Median.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin 30-cu məhəllə ərazisində baş verib.

    Belə ki, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Ayxan Qardaşxan oğlu Şərəfxanlı Novruz bayramı günü həyətdə qalanan tonqalın üstündən tullanmaq istəyərkən ayağı büdrəyib. Nəticədə o, tonqalın üstünə yıxılıb.

    Yeniyetmə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə dərhal Sumqayıt şəhər TTYX-a çatdırılıb. Bədəninin müxtəlif yerlərindən yanıq xəsarəti alan 11 yaşlı Ayxanın vəziyyətinin orta ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    www.oxu.az

  • Yaralını aparan “təcili yardım” maşını qəzaya düşdü

    Hadisə Torvuz rayonunda baş verib

    Bu gün Tovuzun Cırdaxan kəndində yol nəqliyyat qəzası baş verib.

    Real TV xəbər verir ki, “Daewoo” markalı avtobusla minik avtomobili toqquşub. Bir nəfər xəsarət alıb.

    Hadisə yerinə gedən təcili-tibi yardım avtomobili isə qəzada xəsarət alan şəxsi xəstəxanaya aparan zaman Tovuz şəhərinin girəcəyində “VAZ 2106” markalı avtomobillə toqquşub.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda maşın yandı

    Bakıda yanğın hadisəsi qeydə alınıb.

    Median.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda “Volkswagen” markalı minik avtomobilinin mühərrikinin yanar hissələri qismən yanıb.

    Avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Gəncədə 15 yaşlı qızı avtomobil vurub

    Gəncədə avtomobil piyadanı vurub.

    Median.az “APA”ya istinadən xəbər vir ki, hadisə Gülüstan qəsəbəsində baş verib.

    Yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Hüseynova Məlahət Mehman qızını avtomobil vurulub. Xəsarət alan 15 yaşlı qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  • Bakıda 1 gəncin faciəsi

    Ötən gün Respublika Klinik Xəstəxanasında 22 yaşlı gənc ağır xəstəlikdən dünyasını dəyişib.
    “Ölkə.Az”a dünyasını dəyişən 22 yaşlı Əsədov Vüqarın atası Faiq Əsədovun verdiyi məlumata görə, oğlu kron (həzm sisteminin xroniki residivləşən, bağırsağın müxtəlif nahiyələrində iltihabla və qranulyomatoz-xoralı zədələnmələrlə müşahidə olunan xəstəlik) xəstəliyindən əziyyət çəkirdi. Sonuncu dəfə 1 saylı şəhər xəstəxanasında əməliyyat olunan Vüqarın sağalması üçün 10 min manat pul lazım idi.

    “7-8 ildir “kron” xəstəliyindən əziyyət çəkir, illərlə müalicə olunmasına baxmayaraq, xəstəlik sağalmadığı üçün 2016-cı ildə bağarsaq əməliyyatı olunub.
    Ancaq xəstəlik bununla əl çəkmədi. Belə ki, get-gedə qida borusunda daralma və yaralar yaranmağa başladı. Son müayinələrdən sonra həkimlər qida borusu əməliyyatının lazım olduğunu dedilər. Ölkəmizdə bu əməliyyatı edəcək 2-3 həkim var. Əməliyyat üçün dedikləri məbləğə ailənin maddi imkanı çatmır. 7-8 il müddətində Azərbaycanda, İranda dəfələrlə müayinə və müalicələr olunub ailənin bütün vəsaiti də onlara xərclənib”, – deyə dərdli ata bildirib.

    Faiq Əsədovun sözlərinə görə, müəyyən qurumlara və Səhiyyə Nazirliyinə müraciətlər olunsa da, verilən cavab əhəmiyyət kəsb etmirdi, ancaq müayinə və müalicəyə göndərirdilər. Xəstəlik isə ağırlaşmağa davam etdi, mütləq şəkildə əməliyyat olunmalı idi.

    Qeyd edək ki, bir neçə gün öncə V.Əsədovun bacısı Nəzrin Əsədova qardaşının əməliyyat olunması üçün yardımla bağlı sosial şəbəkələrdə bank hesab nömrəsi də paylaşıb. Ancaq 10 min manata görə, V.Əsədov həyatını itirdi. Atasının sözlərinə görə, oğlu xəstəliyə düçar olduqdan sonra Gəncə Texnalogiya Universitetinindəki təhsilini də yarımçıq buraxmışdı.

  • Abşeronda marşrut avtobusu qadını vuraraq öldürdü

    Abşeronda sərnişin avtobusu qəza törədib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nübar qəsəbəsində qeydə alınıb.

    Aslan Mehralıyev idarə etdiyi 114 saylı xətt avtobusu ilə yolu keçən piyada, 1958-ci il təvəllüdlü Bibixanım Kərimovanı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.