Category: Hadisə

  • Narkoloji Mərkəzdə həlak olanlarla bağlı açıqlama

    Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə maddi yardım ödənilməsi tam başa çatıb.
    Median.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında baş nazirin müavini, yanğınla əlaqədar yaradılan komissiyanın sədri Abid Şərifov deyib. Baş nazirin müavini bildirib ki, Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə maddi yardım ödənilməsi tam başa çatıb.

    “Yanğın nəticəsində həlak olan hər bir şəxsin ailəsinə 10 min manat, xəsarət alanlara isə orta hesabla 500 manat maddi yardım göstərilib. Aldığı xəsarətin dərəcəsindən asılı olaraq bəzilərinə isə 1000 manat vəsait verilib. Həmin şəxslərə maddi yardımın ödənilməsində heç bir problem olmayıb”.

    Qeyd edək ki,martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 25 nəfər həlak olub. Aparılan araşdırma zamanı yanğının qəsdən törədildiyi məlum olub. Hadisədə təqsirli bilinən Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov saxlanılıb.

  • 80 yaşlı qadın özünü asaraq intihar edib

    Ağsu rayon sakini intihar edib.

    Hadisə rayonun Nüydü kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1938-ci il təvəllüdlü Bayramova Mənsurə Soltanəli qızı özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

  • BAKIDA DƏHŞƏTLİ OLAY: Lift kabinəsi ilə şaxtanın divarı arasında qalıb öldü

    Bakıda lift ustasını elektrik cərəyanı vurub.

    Median.Az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə dünən, martın 16-sı saat 16:40 radələrində paytaxtın Aydın Nəsirov küçəsi 54 ünvanında yerləşən hündürmətəbəli binada baş verib.

    Lift ustası, Abşeron rayon sakini, 1983-cü il təvəllüdlü Ədalət Balakişiyev lifti təmir edən zaman onu elektrik cərəyanı vurub. Ə.Balakişiyev müvazinətini itirərək yıxılıb və şaxtada liftin kabinəsi ilə divar arasına düşüb. Orada sıxılaraq ölüb.

  • ​Şəkidə 11-ci sinifdə oxuyan qız ÖZÜNÜ GÜLLƏLƏDİ

    Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib.

    APA-nın məlumatına görə, martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunu dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

    MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.

    Firəngiz Əzizovanın üzərində təcili cərrahiyyə əməliyyatı keçirilib, hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Firəngiz Əzizovanın 11-ci sinif şagirdi olduğu bildirilir.

    Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

  • Sərxoş sürücü maşını kanala aşırtdı

    Zərdab rayonunda yol qəzası baş verib.

    Median.az ”Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində, H.Zərdabi adına parkın yanından keçən biristiqamətli yolda qeydə alınıb.

    Belə ki, rayon sakini Bəhruz Qocayev idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətsiz vəziyyətdə olan rayon sakini Ceyhun Abdullayevə məxsus “Hyundai” markalı maşını vurub. “Hyundai” zərbənin təsirindən yol kənarındakı su kanalına düşüb və nəticədə avtomobilə 7 000 manat zərər dəydiyi müəyyən olunub. Hadisəni törədən B.Qocayevin qəza zamanı içkili olduğu bildirilir. Nəticədə onun maşınını sığortaladığı şirkət, hətta digər sürücü zərərçəkənin tələblərini yerinə yetirməkdən imtina edir.

  • FHN 6 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

    Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Ağsuda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
    Median.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Muradlı kəndi ərazisində “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

    Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəzada 1 nəfər (sürücü) müxtəlif xəsarətlər alıb, 6 nəfər ölüb. Xəsarət alan şəxs, həmçinin 5 kişi və 1 qadın cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Ölən iki nəfərin şəxsiyyəti müəyyən olunub. Bunlar 1965-ci il təvəllüdlü İsmiyev Teymurşah Surac oğlu və 1961-ci il təvəllüdlü İsmiyeva Mehbarə Yarməmməd qızıdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Ağsuda dəhşətli qəza — Nazirlik əməkdaşı və həyat yoldaşı öldü + YENİLƏNİB

    Fövqəladə Hallar Nazirliyi (FHN) Ağsudakı qəza ilə bağlı məlumat yayıb.
    Median.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatda bildirilir:

    “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Muradlı kəndi ərazisində “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəzada 1 nəfər (sürücü) müxtəlif xəsarətlər alıb, 6 nəfər ölüb. Xəsarət alan şəxs, həmçinin 5 kişi və 1 qadın cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Ölən iki nəfərin şəxsiyyəti müəyyən olunub. Bunlar 1965-ci il təvəllüdlü İsmiyev Teymurşah Surac oğlu və 1961-ci il təvəllüdlü İsmiyeva Mehbarə Yarməmməd qızıdır”.

    Nazirlik qeyd edir ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

    ***

    Ağsu rayonunda dəhşətli yol qəzası baş verib. Qəzada 6 nəfər ölüb. Onlardan biri nazirilik əməkdaşıdır.
    Median.az-ın Trend-ə istinadən məlumatına görə, həlak olanlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Mərkəzinin Ağsu rayon şöbəsinin əməkdaşıdır.

    O, Ağsu rayon sakini, 1962-ci il təvəllüdlü İsmiyev Temirşah Sirac oğludur. Hadisə nəticəsində həlak olan digər şəxs T.İsmiyevin həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızıdır.

    Hadisə nəticəsində həlak olan digər 4 nəfər isə Siyəzən rayon sakinləridir və hələlik onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

    Xatırladaq ki, bu gün axşam saatlarında Ağsu rayonunun Muradlı kəndi ərazisində “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib, 1 nəfər isə xəsarət alıb.

  • Qadın məktəbin mühafizəçisini döydü — BAKIDA QƏRİBƏ OLAY

    Bakıdakı 316 saylı orta məktəbdə valideynlərdən biri məktəbin mühafizəçisiylə dalaşıb.

    Median.az-ın məlumatına görə, sözügedən təhsil ocağında bir neçə gündür ki, işə başlayan mühafizəçinin kobud davranışları bəzi valideynlərin qəzəbinə səbəb olub. Bu gün isə qadın valideynlərdən biri mühafizəçiyə şillə vurub.

    Qeyd edək ki, bir müddət öncə 316 saylı məktəbin direktoru işdən çıxarılıb.

  • Avtobusda həyəcanlı anlar – Sürücü sükan arxasında öldü

    Tovuz-Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusunun sürücüsü ölüb.

    Hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində baş verib. Tovuz rayon sakini, Bayram Əsəd oğlu Vəlizadə idarə etdiyi sərnişin avtobusunda qəfildən ölüb. Onun ürəktutmadan öldüyü bildirilir. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Evdən qaçan 16 yaşlı qız tapıldı – “Bir qadının…”

    Evdən qaçan 16 yaşlı qız tapıldı – “Bir qadının…”

    Bakıda itkin düşən 16 yaşlı qız tapılıb.

    Median.az xəbər verir ki, bu barədə AzNews.az-a itkin düşən qızın atası Elşən Əliyev deyib. Onun sözlərinə görə, Kəklik Əliyeva Nərimanov rayonu ərazisində bir qadının yanında olub:

    “Kəklik 5 nomrəli litseydə təhsil alır. Son vaxtlar dərsdən evə gec gəlirdi. Anası da onu buna görə danlayırdı. Beləcə, mübahisə düşüb, Kəklik də evdən gedib. O, Nərimanov rayonunda bir qadının salonunda işə girib. Hazırda polis şöbəsindəyik, Kəklik ifadə verir”.

    Qeyd edək ki, Bakıda 16 yaşlı qız itkin düşməsi xəbəri yayılıb. Kəklik Elşən qızı Əliyeva martın 4-də anası ilə mübahisə etdikdən sonra Biləcəri qəsəbəsində yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.