Category: Hadisə

  • Azərbaycanda sabiq rəis gənc oğlunu itirdi

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının sabiq rəisi İsrail Məmmədova ağır itki üz verib.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, sabiq rəisin gənc oğlu Elton Məmmədov bu gecə uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

    Qeyd edək ki, Elton Məmmədov bir neçə il öncə ailə həyatı qurmuşdu.Mərhumun 3 övladı var.

  • Bakıda sərnişin avtobusu qəzaya uğradı: Yaralananlar var

    Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə ötən gün səhər saatlarında Xətai rayonunda qeydə alınıb.

    Əhmədli qəsəbəsi ərazisində 57 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusu minik avtomobilinə çırpılıb. Nəticədə avtobusda olan sərnişinlər – 48 yaşlı Novruzova Şəlalə Xosu qızı və 57 yaşlı Nəzərov Şakir İzzət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.

  • Bakıda bina uçdu, avtomobillər dağıntılar altında qaldı – FOTO + VİDEO

    Paytaxtın Binəqədi rayonunda bina uçub.

    Hadisə nəticəsində yaxınlıqda park edilmiş bir neçə avtomobilə ciddi ziyan dəyib.

    “BYD” markalı, 99 AR 184 dövlət nişanlı, “VAZ 2106” markalı 10 DE 075, həmçinin “Opel” markalı avtomobil və digər nəqliyyat vasitələri dağıntılar altında qalıb.

    Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

  • Paytaxtda beşmərtəbəli binada yanğın: Xəsarət alan var

    Paytaxtın Nizami rayonunda beşmərtəbəli binada yanğın qeydə alınıb.

    FHN-dən oxu.az-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət tullantıları yanıb.

    Yanğın zamanı dörd nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə edilib.

    Binanın zirzəmisində olan bir nəfər müxtəlif yanıq xəsarətləri alıb. Yanğın söndürülüb.

  • Kişi özünü asdı

    Mingəçevir şəhərində intihar hadisəsi baş verib.

    Median.az “Report”a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Qurbanov Elyar Eldar oğlu şəhərin Energetiklər yaşayış massivi, Fazil Əzimov küçəsi, 41 ünvanında yerləşən mənzilində özünü asıb.

    Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Göygöldə ana ölümü

    Göygöldə qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən ana ölüb.

    Median.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Şəhriyar kənd sakini 1976-cı il təvəllüdlü Abdullayeva Ofelya Cəlal qızı martın 15-də rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra vəziyyəti pisləşən qadın reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, bu qadının dünyaya gətirdiyi üçüncü övlad olub.

    Yeni dünyaya gələn oğlan uşağının vəziyyəti normal qiymətləndirilir.

    Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

  • Qum kəndində ev yandı

    Qaxda yanğın olub.

    Median.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qum kəndində ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində otağın tavanı 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Avtobus körpüdən aşdı — Ölənlər var

    Hindistanda avtobus körpüdən aşıb.
    Median.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Bixar ştatında qeydə alınıb.

    Avtobusun aşması nəticəsində azı 14 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.
    Qəzanın səbəbləri açıqlanmır.

  • Mənzildən kişi meyiti tapıldı

    Xaçmaz şəhərində mənzildən kişi meyiti aşkar edilib.

    Median.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Heydərov Xeyrulla İbad oğlunun cəsədini adiyyəti üzrə təhvil veriblər.

  • Moskvada azərbaycanlı iş adamına hücum — Soydaşımız quldurlardan belə qurtuldu…

    Rusiyanın paytaxtında azərbaycanlı iş adamına hücum edilib.
    Median.az Rusiya KİV-nə istinadən xəbər verir ki, adı açıqlanmayan soydaşımız Malino kəndi istiqamətində hərəkət edərkən hücuma məruz qalıb. Üzübağlı bir neçə şəxs onun avtomobilinin qarşısını kəsib və maşına giriblər. Soyğunçular avtomobildəki 200 min rublu aparmaq istəyib.

    Lakin iş adamı ayıq-sayıqlıq nümayiş etdirib. O, müqavimət göstərərkən, quldurlardan biri atəş açıb. Amma hədəfi düzgün seçməyib və öz basqınçı yoldaşını öldürüb. Təşvişə düşən cinayətkarlar hadisə yerindən qaçıb.