Category: Hadisə

  • Bakı metrosunda QORXUNC HADİSƏ

    Bakı metrosunun “İçərişəhər” stansiyasında həyəcanlı anlar yaşanıb.

    Milli.Az xəbər verir ki, Sərnişin qatar yoluna yıxılıb.

    Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib:

    “Bu dəqiqələrdə (12:55) “İçərişəhər” stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb. Qatar olmayan vaxt. Gərginliyi çıxarıb sərnişini çıxartmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur nəzərə alasınız. Daha ətraflı 10 dəqiqə sonra məlumat verə bilərəm”.

  • Hacıqabulda ağır qəza: İki qadın ölüb

    Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə yolun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    “Mercedes” markalı avtomobil yolda təmir işləri aparan maşınla toqquşub.

    Qəza nəticəsində iki qadının öldüyü, iki azyaşlının xəsarət aldığı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Zaqatalada 5 otaqlı ev yanıb

    Zaqatalada fərdi yaşayış evində yanğın olub.
    Median.az “APA”ya istinadən xəbər verir ki, yanğın bu gün günorta saat 14:35 radələrində rayonun Mamrux kəndində, kənd sakini Ramazan Məhəmməd oğlu Əliyevə məxsus, ümumi sahəsi 140 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 60 kv/m, iki otağının tavanı 40 kv/m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
    Faktla bağlı araşdırma aparılır.

  • Gədəbəydən Sumqayıta satmağa kartof gətirən şəxs peşman oldu

    Sumqayıtda yük maşınından xeyli miqdarda kartof oğurlanıb.

    Median.az xezerxeber-e istinadən bildirir ki, hadisə ötən gün gecə saatlarında şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

    Gədəbəy rayon sakini Hörmət Hüseynov satış məqsədi ilə Sumqayıta gətirdiyi 1400 kq. kartof ötən gecə naməlum şəxs və ya şəxlər tərəfindən oğurlanıb. Zərərçəkmiş bildirir ki, öz həyətinin məhsulunu bir günə sata bilməyib.Yük maşınını keçmiş “Şərq bazarı” adlanan ərazidə saxlayıb və evə gedib. Səhər qayıdanda isə gözlərinə inanmayıb.

    Hörmət Hüseynov ona ümumilikdə 1000 manatdan çox maddi ziyan vurulduğunu deyir. Faktla bağlı araşdırma aparılır.

  • Bakıda etiraz başladı – 5 mərtəbəli bina sökülür – Sakinlər qarşıdurma yaratdı

    Binanın sökülməsi etirazlara səbəb oldu.

    Median.az xəbər verir ki, Nizami rayonunda binanın sökülməsi ilə bağlı sakinlərə xəbər verilməsinin ardından etirazlar başlayıb.

    Beş mərtəbəli binanın sakinləri etiraz edərək binadan çıxmayacaqlarını bildirib./A24.az

  • Lənkəranda ağır qəza – Bir nəfər ölüb, yaralılar var

    Lənkəranda yol qəzası baş verib.
    Rayonun Şağlaküçə kəndində iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində bir nəfərin öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir.

    Xəsarət alanlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Bakıda 3 gənc itkin düşdü

    Ötən gün Bakıda itkin düşənlər qeydə alınıb

    Yasamal rayonu, R.Tağıyev küçəsi 77 ünvanında yaşayan Əliyeva Rahilə Muxtar qızı itkin düşüb. Bu barədə onun yaxınları polisə məlumat verib.

    Digər itkin düşmə faktı isə Suraxanı rayonu Binə sovxozunda qeydə alınıb. 1992-ci il təvəllüdlü Əsgərov Elgün Zakir oğlu evdən çıxıb və geri qayıtmayıb.

    3-cü itkin düşən şəxs isə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindədir. 1987-ci il təvəllüdlü Qafarov Rahib Rauf oğlunun itkin düşəməsi barədə 32-ci Polis Bölməsinə onun valideyinləri məlumat verib. Hazırda hər 3 şəxsin axtarışlarına başlanılıb.

  • Bakı metrosunda ölüm

    Bakı metrosunda ölüm faktı qeydə alınıb.

    Median.Az xəbər verir ki, faktı “Report”a təsdiqləyən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, hadisə bu gün metronun “28 may” stansiyasında baş verib.

    Onun sözlərinə görə, hadisə saat 15:35 radələrində qeydə alınıb:

    “Belə ki, 1953-cü il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Vasif Şamil oğlu “28 May” stansiyasına çatanda özünü pis hiss edib və qatardan düşüb.

    Dərhal ilkin müdaxilə edilib, təcili tibbi yardım çağrılıb. Lakin həkimlər gələnə kimi həmin şəxs keçinib. İlkin ehtimala görə, onun ürək tutmasından vəfat etdiyi güman edilir”.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda musiqiçi özünü öldürdü – TƏFƏRRÜAT

    Bakıda intihar hadisəsi baş verib.

    Yasamal rayon sakini Həsənov Pircan Nurməmməd oğlu sirkə turşusu içərək özünü zəhərləyib. Xəstəxanaya yerləşdirilən 61 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

    Criminal.az saytı yazır ki, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində sirkə içərək özünü zəhərləyən və xəstəxanada vəfat edən 44 yaşlı Pircan Həsənov Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı olub. Mərhumun yaxınlarının verdiyi məlumata görə, P.Həsənovun barəsində polisdə bir müddət əvvəl etdiyi davaya görə araşdırma aparılırmış.

  • Bakıda faciə: 34 yaşlı kişi araqdan zəhərlənib öldü

    Bakı sakini spirtli içkidən zəhərlənərək ölüb. Lent.az xəbər verir ki, Maştağa qəsəbə sakini, 1984-cü il təvəllüdlü Zeynal İbişov araqdan zəhərləndiyi üçün xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.