Category: Hadisə

  • Azərbaycanda tanınmış aparıcının 1 yaşlı qızı dünyasını dəyişdi

    “Space” telekanalının xəbərlər proqramının aparıcısı Elvin Basqallı övladını itirib.

    Median.Az-in “Ölkə.Az”-a istinadla məlumatına görə, teleaparıcının qızı Fidan bu gün səhər saatlarında vəfat edib.

    Qeyd edək ki, 1 yaşlı Fidan ürək çatışmazlığından əziyyət çəkirdi və bir müddət öncə əməliyyat olunmuşdu.

  • Sabirabadda ata və oğul döyülüb

    Sabirabadda ata və oğul döyülüb.

    APA-nın məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

    Kənd sakini, 1972-ci il təvəllüdlü Qəniyev Adəm Xanbala oğlu və onun oğlu, 1993-ci il təvəllüdlü Nəsimi Qəniyev həmkəndliləri tərəfindən döyülüblər.

    Zərərçəkənlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  • Restoran işçisi damarı kəsilmiş vəziyyətdə tapıldı

    Mingəçevir şəhərində restoran işçisi arterial damarı kəsilmiş vəziyyətdə tapılıb.
    Median.az  xəbər verir ki, hadisə bu gün axşam saatlarında “Qədiroğlu” restoranında qeydə alınıb.

    Təqribən, 20-25 yaşlarında olan şəxs ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
    İlkin məlumata görə, onun bud nahiyəsindən yaralandığı ərazidə şüşə qırıqları və qan izləri olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda 3 yaşlı uşağın qətlində təqsirləndirilən həkimə bəraət verildi – FOTOLAR

    Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin günahı sübuta yetirilməyib və İ.Qəmbərova bəraət verilib.

    İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə – hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

    Xatırladaq ki, 2016-cı ildə baş verən olay səs-küyə səbəb olmuşdu. O zamanlar, azyaşlının ailə üzvləri uşağın ölümündə birbaşa həkim-anestezioloqu İsmayıl Qəmbərovu günahkar bilmişdilər.

  • Gəlini döyüb saçını qırxdılar– NAMUS CİNAYƏTİ

    Samux rayonunda qısqanclıq zəminində qızını öldürməyə cəhddə təqsirli bilinən 1955-ci il təvəllüdlü Famil Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs ifadə verib.

    İttihama görə, hadisə 2017-ci il iyulun 24-dən 25-nə keçən gecə baş verib. 1988-ci il təvəllüdlü İlahə Pənahovanı qayınanası və əri başqa bir kişi ilə görüşərkən tutublar.

    Gəlinin evdə başqa kişi ilə tutulması iddia olunaraq əvvəl qaynanası və əri tərəfindən döyülüb, saçı qırxılıb. Sonra isə İlahə Pənahova atasının zorakılığına məruz qalıb.

    Samux rayonunun Nəbiağalı qəsəbəsində yaşayan Famil Məhərrəmova qızının əxlaqsız əməllərlə məşğul olması barədə məlumat verilib. O, qızının yaşadığı Ziyadlı kəndinə gedərək bu məlumatları dəqiqləşdirməyə çalışıb.

    İlahə Pənahova həqiqətən nalayiq əməllərlə məşğul olduğunu atasına etiraf edib.

    Bundan sonra qızını Nəbiağalı qəsəbəsindəki evinə gətirən Famil Məhərrəmov əvvəl küt alətlə ona xəsarət yetirib, daha sonra onu boğaraq öldürmək istəyib.

    Ancaq Famil Məhərrəmov qızı İlahə Pənahovanı müəyyən səbəblərdən öldürə bilməyib.

    Zərərçəkmiş təcili xəstəxanaya çatdırılıb.

    Qeyd edək ki, İlahə Pənahovanın əri Gəncə Dəmiryol İdarəsində işlədiyindən həmin gün növbədə olub.

    Famil Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

    Məhkəmədə ifadə verən Famil Məhərrəmov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. (teleqraf.com)

  • Bakıda iribuynuzlu heyvanla dolu yük avtomobili aşdı – FOTO + VIDEO

    Bakıda iribuynuzlu heyvanla dolu yük avtomobili aşıb.

    Median.Az-in “Report”a istinadən verdiyi məlumata görə, hadisə Bakı-Sumqayıt şossesinin Biləcəri qəsəbəsinin ərazisinə düşən hissəsində baş verib.

    99-JH-641 dövlət qeydiyyat nişanlı “Mercedes Actros” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yolayrıcı dəmir çəpərə çırpılaraq aşıb. Avtomobilin içərisində olan iribuynuzlu heyvanlar yol kənarına tökülüb. Bir heyvan tələf olub. Yolda sıxlıq yaranıb.

    Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

  • Tovuzda baş verən ana və körpə ölümünün ilkin səbəbləri məlum olub

    Tovuzda baş verən ana və körpə ölümünün ilkin səbəbləri məlum olub.

    Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova “Report”a açıqlamasında deyib ki, Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızının körpəsi ana bətnində ölü olub.

    O qeyd edib ki, anada vaxtı çatmış hamiləlik olub: “Qadın xəstəxanaya daxil olan kimi rahat və sərbəst şəkildə ölü döl bətindən azad olunub. Prosesdən sonra ana bütün müayinələrdən keçib. Müayinələrdə doğum yolları ilə bağlı problem olmayıb. 10 saatdan sonra ananın vəziyyəti qəflətən pisləşib. Ona lazımi reanimasyon tədbirlər göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    Bir həftəyə meyitlə bağlı analizlərin cavabı məlum olacaq. Yalnız bundan sonra ananın dəqiq ölüm səbəbi müəyyənləşəcək”.

  • Xaçmaz xəstəxanası qardaşı tərəfindən güllələnən uşağın səhhəti barədə açıqlama verib – YENİLƏNİB

    Xaçmaz rayonunda qardaşı tərəfindən güllələnən İlxıçı kənd sakini, 2005-ci il təvəllüdlü R.-nın vəziyyəti normaldır.

    Bu barədə “Report”un Şimal bürosuna Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, uşağın sağ budun ön səthinin yuxarı üçdə birinin qırma yaralanması diaqnozu ilə xəstəxananın Travmatologiya şöbəsində müalicəsi davam etdirilir.

    * * * * *

    Xaçmaz rayonunda 10 yaşlı oğlan qardaşını güllələyib.

    “Report” xəbər verir ki, hadisə rayonun İlxıçı kəndində qeydə alınıb.

    Məlumata görə, E.Ş. evdə nəzarətsiz qalan tüfənglə ehtiyatsız davrandığından qardaşı R.-ya atəş açıb.

    Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda DƏHŞƏT: Ana qızını 200 dollara SATDI – VİDEO

    Azərbaycanda ana hələ 1 həftəlik ikən satdığı qızının axtarışına çıxdı.

    Median.az xəbər verir ki, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni Axtarıram” verilişində illər əvvəl ərinin borcunu ödəmək üçün qızını satan qadının danışdıqları insanları dəhşətə gətirib. 25 il əvvəl ərinin borcunu ödəmək üçün 1 həftəlik qızını 200 dollara öz rəfiqəsinə satan qadın indi qızını görmək istədiyini deyir:

    “Biz Siyəzəndə qalırdıq. Rəhmətlik yoldaşım balıq satmaqla məşğul idi. Mən də bazarda qatıq, süd, yumurta satırdım. Yoldaşım balıqların pulunu itirmişdi. Kənddə onu ac-susuz tövlədə saxlamışdılar, çox əziyyət vermişdilər. Qorxurdum ki, yoldaşımı öldürərlər. Yazığım gəldi ona, istəmirdim əziyyət çəksin. Mən hələ hamilə olanda bir qadın var idi. Onlarla ailəvi gediş-gəlişimiz olmuşdu. O mənə deyirdi ki, görürəm vəziyyətiniz çətindi, o uşağı saxlaya bilməyəcəksən. Elə o vaxtdan istəyirdi uşağı. Yoldaşım məndən 30 yaş böyük idi. Məndən əvvəl Rusiyada, Ukraynada ailəli olmuşdu, uşaqları da vardı. Onunla ailə quranda mənim 22, onun isə 53yaşı vardı. Ondan 3 qız, 1 oğlan övladım olub. Amma dediyim kimi, kişini öldürməklə hədələyirdilər, mən də məcbur oldum ərimdi, qızımı o qadına 200 dollara satdım, balıq pulunu ödədim. Sonra yoldaşımı buraxdılar”.

    Aparıcının “qızını niyə axtarmadın” sualına isə qadının verdiyi cavab verilişin iştirakçılarının sərt reaksiyasına səbəb olub: “Mən qızımı 200 dollara padruqama satdım. O da aparıb öz padruqasına verib. Mən bir-iki dəfə görmək istəmişdim, o dedi yox, gəlmə. Sonra da əlaqələrimiz itdi. Bir onu bilirəm ki, qızımı Masallıda yaşayan Almaz adlı qadına verib”.

    Həmin görüntüləri təqdim edirik:

  • FHN yanan avtomobillə bağlı məlumat yaydı

    Median.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.