Category: Hadisə

  • Salyanda ağır qəza: 2 ölü, 2 yaralı var – VİDEO

    Salyanda yüksək sürət qəzaya səbəb olub. 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Şirvan şəhərində isə mikroavtobusla yük maşını toqquşub, 15 nəfər xəsarət alıb.

    Salyanda baş verən avtomobil qəzada 2 nəfər dünyasını dəyişib. Hadisə rayonun Peyk kəndində baş verib.

    Median.az xezerxeber.az-a istinadən bildirir ki, 2 avtomobilin toqquşması nəticəsində 50 yaşlı Kəklik Şirəliyeva və onun oğlu, 31 yaşlı Ruslan Şirəliyev hadisə yerində dünyasını dəyişib. Qəza zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə gəlmiş xilsaetmə qurupunun əməkdaşları tərəfindən yaralılar və dünyasını dəyişənlər deformasiyaya uğramış avtomobildən çıxarılıblar. Yaralanan 57 yaşlı Şərifə Kərimova və 35 yaşlı Pərviz Qaraxanov Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

    Şirvan şəhərində isə mikroavtobusla yük maşını toqquşub. hadisə istixanada işləyən qadınlar səhər mikroavtobusla işə gedərkən baş verib. Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

  • Aeroport yolunda maşın yandı — Böyük tıxac yarandı + VİDEO + YENİLƏNİB

    Bakı Nəqliyyat Agentliyindən “Ölkə.Az”a verilən xəbərə görə, Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionu tərəfdən keçən hissəsində (hava limanı istiqamətində) nəqliyyat vasitəsində yanğın baş verib. Bu səbəbdən də metronun “Koroğlu” stansiyasından hava limanına gedən istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

    ***

    Hazırda “Koroğlu” metrosundan hava limanı istiqamətində minik avtomobil yanır.

    “Median.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, alov qısa zamanda bütün maşını bürüyüb.
    Əraziyə hələ Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlməyib.

    Yanğın zamanı ölən və yaralanan olması barədə məlumat yoxdur.

  • Azərbaycanda 23 yaşlı oğlanı əsgər aparmadıqları üçün özünü öldürüb

    Xaçmazda 23 yaşlı oğlanın intiharının təfərrüatı məlum olub.

    Şərifoba kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Araz Məmmədovun intiharına səbəb hərbi xidmətə gedə bilməməsi olub:

    “4 il idi ki, Arazı hərbi xidmətdən saxlayırdılar. Bu günlərdə yenidən ona çağırış vəsiqəsi gəlib. Yoxlama zamanı məlum olub ki, Araz hərbi xidmətə yararsızdır. Yəni nə boyu, nə də çəkisi onun hərbi xidmət keçməsinə imkan vermir. Araz da buna əsəbləşib. Deyib ki, “mən niyə tay-tuşlarımdan geri qalıram”. Odur ki, özünü öldürüb. Çox yaxşı oğlan idi, səhhətində də hər hansı problem yox idi. Sadəcə, hərbi xidmətə gedə bilməməsi ona böyük dərd olub”.

    Qeyd edək ki, Xaçmazda intihar hadisəsi baş verib. Rayonun Şərifoba kənd sakini 1995-ci il təvəllüdlü Araz Zeynal oğlu Məmmədov yaşadığı kəndin yaxınlığında ağacdan özünü asıb.

  • Evində tək yaşayan kişinin dəhşətli sonu – Diri-diri yandı

    Quba rayonunun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb.

    Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1949-cu il təvəllüdlü Əlpaşayev Fazil Məhəmməd oğlunun cəsədi aşkar olunub.

    Binanın qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
    Aşağı Atuc kəndində evində yanaraq ölən 69 yaşlı Fazil Əlpaşayev həmin evdə tənha yaşayırmış. Belə ki, spirtli içki aludəçisi olan kənd sakini doğmalarından ayrılaraq balaca taxta evdə yaşamağa başlayıb.

    Hadisə isə ilkin ehtimala görə, qısaqapanma nəticəsində baş verib. Əvvəlcə evin tavanı yanıb və damın ağırlığı nəticəsində çökmə baş verib. Dağıntı altında qalan F. Əlpaşayev yanaraq ölüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Mənbə: lent.az

  • Sumqayıtda dəhşətli hadisədə ölən gəncin FOTOLARI

    Martın 12-nə keçən gecə Sumqayıtda baş vermiş dəhşətli qəzada ölən 27 yaşlı Eldar Həsənovun fotoları yayılıb.
    Lent.az xəbər verir ki, idarə etdiyi qırmızı rəngli “OKA” ilə Sumqayıtda tanınan Eldar avtomobilin “Hyundai” markalı digər nəqliyyat vasitəsinə çırpılması nəticəsində hadisə yerində vəfat edib. 28 yaşlı Vüsal Quliyev isə xəstəxanada keçinib.

    Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

  • Yasamalda mənzildən qadın meyiti tapılıb – FHN

    Yasamalda mənzildən 69 yaşlı qadın meyiti tapılıb.

    Median.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1949-cu il təvəllüdlü Məmmədova Rifan Hacıbaba qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.

    Əməliyyat başa çatıb.

  • Bakıda məktəbli qız küçədə qan içərisində fəryad edir – VİDEO +18

    Bakıda dərsə gedən məktəbli qızı xanım sürücü vurub. Criminal.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, dəhşətli hadisə bu gün saat 13 radələrində Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsində baş verib.

    Məktəbli qız oxuduğu 72 saylı məktəbə gedərkən avtomobil zərbəsinə tuş gəlib. İlkin məlumata görə, xanım sürücünün idarə etdiyi ”Hyundai” markalı 99 MZ 302 dövlət nömrəli avtomobil dar məhəllə küçəsində yüksək sürətlə şagirdi vuraraq hasara çırpıb. Məktəbli ağır xəsarət alıb. Onun sağ ayağının böyük hissəsi bud nahiyəsindən kəsilib.

    Təcili yardım gec gəldiyindən, yaralının qan itirməsinin qarşısını almaq üçün yardım ediblər. Daha sonra təcili yardım maşını gəlib və yaralını xəstəxanaya aparıb.

    Təcili yardım maşınının sürücüsü gec gəlməsinə səbəb məhəllələrdə şəxsi villalar tərəfindən yolların kəsilməsi, şlaqbaumla bağlanmasını göstərib.
    3 saylı Şəhər Xəstəxanasından Criminal.az saytına bildirildi ki, yaralı şagird 13 yaşlı Ləman Fəxrəddin qızı Mirzəyevadır. Yaralının vəziyyətinin ağır olmadığı deyildi.

  • Öz ad günündə intihar etdi!ŞABRANDA FACİƏ

    Şabran rayonunda intihar faktı qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gəndob kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu doğum gününü qeyd etdikdən sonra özünü ov tüfəngi ilə vuraraq öldürüb. Faktla bağlı araşdırmalar aparılır.

  • Bakıda “İran Khodro” yanıb

    Bakıda “İran Khodro” markalı avtomobil yanıb.

    Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, hadisə şəhərin Nərimanov rayonunda baş verib. Minik avtomobilin idarəetmə lövhəsi və mühərrikinin yanar hissələri qismən yanıb.

    Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Nigar Arpadarainin atasının bağ evinə oğrular girdi

    Bakıda Cavid Arpadarai adlı şəxsin bağ evindən oğurluq olub.
    “Median.Az”ın “Report”a istinadən məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən şəxsi saxlayıb.

    Bağ evindən hansı məbləğdə pulun və qiymətli əşyaların oğurlandığı açıqlanmır.
    Fakt üzrə araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, zərərçəkmiş Cavid Arpadarai Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin atasıdır.