Category: Hadisə

  • Toy dəvətnaməsi paylanan müstəntiq həlak oldu

    Martın 10-da bədbəxt hadisə nəticəsində dünyasını dəyişən polis müstəntiqi Mirzəli Cavid Ədalət oğlu haqqında yeni məlumatlar əldə olunub.

    Median.az interpress.az-a istinadən xəbər verir ki, 25 yaşlı Cavid Mirzəli nişanlı olub. Onun Novruz bayramından sonra toy mərasiminin olacağı gözlənilirdi. Mərhumun yaxınlarının verdiyi məlumata görə, mərhumun toy mərasimi üçün uzaq qohumlara dəvətnamələr də paylanılıb.

    Qeyd edək ki, martın 10-da Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi 25 yaşlı Mirzəli Cavid Ədalət oğlu bədbəxt hadisə nəticəsində ölüb. O, küçə ilə hərəkət edərkən yıxılıb.

    Nəticədə onun başı səki daşına dəyib və o, vəfat edib.

    Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Əlavə edək ki, C.Mirzəli Polis Akademiyasını qırmızı diplomla bitirərək, baş leytenant rütbəsi alıb.

  • Qazaxda göldə batan balıqçıların meyiti tapıldı

    Qazaxda göldə batan balıqçıların meyiti tapılıb.

    Median.az APA-ya istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun meyiti sahildən 400 metr aralıda, 16-17 metr dərinlikdə aşkarlanıb.

    Gün ərzində aparılan axtarışlar nəticəsində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun meyiti də aşkarlanıb.

  • Salyanda iki avtomobil toqquşdu: ölənlər var

    Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Salyanın Peyk kəndi ərazisində qeydə alınıb.

    “VAZ 21 015” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin öldüyü, bir nəfərin xəsarət aldığı bildirilir.

  • Sumqayıtda ağır qəza: Ölənlər var – FOTO

    Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

    Median.Az Report-a istinadən xəbər verir ki, şəhərin 9-cu mikrorayonu ərazisində “Hyundai” markalı avtomobillə “50-BY-671” dövlət qeydiyyat nişanlı “Oka”nın toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

    Ölən şəxslər “Oka”nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələlik məlum olmayan sərnişinidir.

    Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə çıxarılıb.

    Yaralılar, eləcə də, “Hunday”ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-yə aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.




  • Ağcabədidə 34 yaşlı kişi özünü yandırıb

    Ağcabədidə intihar olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1984-cü il təvəllüdlü Bəhruz Süleyman oğlu İbrahimov yaşadığı evin yaxınlığında üzərinə neft məhsulu tökərək özünü yandırıb.

    Dərhal xəstəxanaya çatdırılan B. İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.

    Məlumata görə, B. İbrahimov uzun müddət imiş psixi xəstəlikdən əziyyət çəkirmiş.

    Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

  • Keçmiş bələdiyyə sədri cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi

    Salyan rayonunun Kürqaraqaşlı bələdiyyəsinin həbsdə olan keçmiş sədri Rövşən Hüseynov 2 saylı cəza evində ağır xəstəlikdən dünyasını dəyişib.

    Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, 49 yaşlı Rövşən Hüseynov 2015-ci ildə məhkəmənin hökmü ilə 8,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ağır şəkər xəstəsi olduğundan böyrək çatışmazlığından əziyyət çəkirdi.

    Mərhum bu gün yaşadığı Kürqaraqaşlı kəndində torpağa tapşırılıb.

  • Azərbaycan sərhədini pozan xarici vətəndaşları yaxalanıb – FOTO

    Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

    DSX-dan oxu.az-a verilən məlumata görə, 8-9 mart tarixlərində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində üç halda dörd nəfər əcnəbi və bir nəfər Azərbaycan Respublikası vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

    Belə ki, 8 mart tarixində Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Şri-Lanka vətəndaşı – 1988-ci il təvəllüdlü Sinnaiyappilai Dadees, 1982-ci il təvəllüdlü Sinnaiyappilai Jagatheesan, 1995-ci il təvəllüdlü Jeevathasan Ashuimi sərhəd pozucusu qismində saxlanılıb.

    Həmin tarixdə Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş 1999-cu il təvəllüdlü Bukavadze Sara Rövşən qızı sərhəd pozucusu qismində saxlanılıb.

    9 mart tarixində Naxçıvan əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 Özbəkistan vətəndaşı – 1989-cu il təvəllüdlü Yerjaşeva Mavhudxov Qafurovna sərhəd pozucusu qismində saxlanılıb.

    Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.




  • Gənc qız özünü 4-cü mərtəbədən atdı

    Zaqatalada 27 yaşlı qız intihara cəhd edib.

    APA xəbər verir ki, bu gün saat 17 radələrində Zaqatala şəhəri İmam Şamil küçəsində, “Köhnə bazar” adlanan ərazidəki yeddimərtəbəli yaşayış binasının sakini 1991-ci il təvəllüdlü Günay Murad qızı Balayeva özünü dördüncü mərtəbədən yerə atıb.

    Müxtəlif dərəcəli bədən xəsarətləri alan Günay Balayeva travmatikşok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

    MRX-dan verilən məlumatda bildirilir ki, G.Balayeva son zamanlar əsəb xəstəliyindən əziyət çəkirmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncə sakini ehtiyatsızlıqdan avtomaşınla oğlunu öldürüb

    Median.Az xəbər verir ki, ötən gün Gəncə şəhər sakini Səbuhi İsmayılov yaşadığı evinin qarşısında idarə etdiyi “QAZel” markalı avtimaşınla yola qəflətən çıxan oğlu, 2 yaşlı İsmayılı vurub və nəticədə uşaq hadisə yerində ölüb.

    Nizami RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda polis əməkdaşını avtomobil vurub

    Sumqayıt şəhərində 28 yaşlı gənci maşın vurub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.

    Belə ki, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Kərim Cəbrayıl oğlu Babazadə naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    Qeyd edək ki, 28 yaşlı Kərim Babazadə Sumqayıt Şəhər Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşıdır.

    Faktla bağlı araşdırma aparılır.