Category: Hadisə

  • Bakıda baş vermiş partlayışda xəsarət alan şəxsin görüntüsü yayıldı – 18+ VİDEO

    Bakıda baş vermiş partlayışda xəsarət alan şəxsin görüntüsü yayılıb.

    Görüntü sosial şəbəkədə yayımlanıb.

    Qeyd edək ki, hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.(musavat.com)

  • Bakıda partlayış anı – VİDEO

    Xəbər verdiyimiz kimi, Nəsimi rayonu, Dəmiryolu vağzalının yaxınlığında güclü partlayış baş verib. 

    Median.Az-ın məlumatına görə, “Qafqazinfo” hadisə anını əks etdirən kadrları əldə edib. 

    Xatırladaq ki, partlayış Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxananın zirzəmisində baş verib. İnsident nəticəsində bir nəfər ağır xəsarət alıb.

    Hadisə yerində FHN işçiləri və polis əməkdaşları araşdırma aparırlar.

  • Bakının mərkəzində partlayış – YENİLƏNİB + FOTO + VİDEO

    Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxananın zirzəmisində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

    Xəsarət alan 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudov Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 
    Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

    * * * * *

    Yanvarın 27-də paytaxtın “28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində yerləşən binada partlayış baş verib.

    Bu barədə oxu.az-a hadisə şahidləri məlumat veriblər.

    Partlayış nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.

    Hadisə yerinə FHN, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

    Partlayışın qaz sızması səbəbindən baş verdiyi deyilir.








  • Heydər Əliyev prospektində maşın yandı – VİDEO

    Heydər Əliyev prospektində avtomobil yanıb.

    Hadisə bu dəqiqələrdə baş verib.

    Belə ki, hərəkətdən olan “Hyundai” markalı mikroavtobus qəfil alovlanmağa başlayıb. Avtomobil yanaraq yararsız hala düşüb.
    İlkin məlumata görə, hadisə nəticəsində sürücü yanğından özünü xilas edə bilib. Yolda böyük tıxac yaranıb. 

  • Beyləqanda orta məktəb yandı

    Beyləqanda yanğın hadisəsi qeydə alınıb.

    Fövqəladə Hallar Nazirliyinindən (FHN) oxu.az-a verilən məlumata görə, saytına istinadən verdiyi xəbərə görə, Beyləqan rayonu, Əhmədli kəndində ümumi sahəsi 650 m² olan birmərtəbəli orta məktəb binasında yanğın nəticəsində 5 sinif otağının tavanı 190 m² sahədə və 2 sinif otağında olan əşyalar 52 m² sahədə yanıb.

    Digər sinif otaqları yanğından mühafizə olunub

    Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Özünü 9-cu mərtəbədən atmaq istədi – Yasamalda

    Yasamalda bir nəfər intihara cəhd edib.

    Median.Az-ın FHN-in saytına istinadən məlumatına görə, Yasamal rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş edib.Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

    Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb

  • Polis əməkdaşı sirkə turşusu içərək zəhərləndi

    Şəki rayonunda poli əməkdaşı sirkə turşusu içərək zəhərlənib.

    “Report”un məlumatına görə, hadisə şəhərin M.F.Axundov küçəsi, 3 ünvanında baş verib.Belə ki, həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov hələlik bilinməyən səbəblərdən yüksək miqdarda sirkə turşusu içib.

    E.Rəsulov zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxansına yerləşdirilib. Xəstəxanadan “Report”un yerli bürosuna bildirilıib ki, onun vəziyyəti ağılr olduğundan dərhal reanimasiya şöbəsinə yerləşdirilib: “Zəhərlənən şəxsə həkimlər tərəfindən intensiv müdaxilələr edilib. Xəstənin vəziyyəti ağırlaşacağı təqdirdə Bakıdakı xəstəxanalardan birinə köçürüləcək”.

    Qeyd edək ki, E.Rəsulov Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşıdır.

  • Salyanda evdə 71 yaşlı qadının yanmış meyiti aşkarlandı

    Salyanda yanğında 71 yaşlı qadın ölüb.

    Median.Az-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Xocalı kəndində ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

    Yanğının kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü İsmayılova Ceyran Nəzər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Mehriban Xanlarovanın ailəsində hadisə – Nəvəsi yanıb

    Əməkdar artist Mehriban Xanlarova üstünə qaynar su tökülən nəvəsinin fotolarını instaqramda paylaşıb. “Qafqazinfo” xəbər verir ki, aktrisa xəstəxanada olan azyaşlı nəvəsinin ikinci dərəcəli yanıq xəsarəti ilə həkim nəzarətində olduğunu bildirib.

    O, hadisədə qızını günahkar çıxaran şəxslərin də cavabını verib:

    “Nəvəmin səhhəti ilə maraqlananlar, dua edənlər, Allah hər birinizdən razı olsun. Bir məsələyə aydınlıq gətirmək istəyirəm ki, nəvəmin yanmasında qızımın günahı yoxdur. Çünki, nəvəm şəhərdə mənim yanımda idi. Qonaq gəlmişdi bizə. Bu hadisə, bir anın içində oldu. Qurban olum Allaha! Onun yazısına pozu yoxdur. Çətin günlərimdə yanımda olan dostlarıma, tanışlarıma və bütün Azərbaycan xalqına minətdarlığımı bildirəm”.

  • Azərbaycanlı jurnalisti avtomobil vuraraq öldürdü

    Azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq öldürüb.

    Median.Az xəbər verir ki, yaxınlarının “Report”a verdiyi məlumata görə, mərhumun meyiti hazırda tibbi-ekspertiza məntəqəsindədir. Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq orada dəfn olunacaq.

    Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.

    Allah rəhmət eləsin!