Category: Hadisə

  • Bakıda ötüşən avtomobil qəza törətdi – VİDEO

    Bakının Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az xəbər verir ki, hadisə dünən, gecə saatlarında baş verib. 

    Belə ki, Nobel prospektində iki “Mercedes” markalı avtomobil ötüşüb. Ötüşmə zamanı “Mercedes”in biri yol qaydalarına zidd olaraq sağdan “Chevrolet” markalı maşını ötüb.

    Onun ardınca ikinci “Mercedes” markalı avtomobil də təhlükəli manevri təkrarlamaq istəyib. Lakin sürücü avtomobilin idarəetməsini itirərək “Chevrolet” markalı avtomobilə çırpılıb.

    Hadisə videoregistrator vasitəsilə lentə alınıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycanın tanınmış jurnalisti vəfat etdi

    Tanınmış azərbaycanlı jurnalist Nicat Məlikov dünyasını dəyişib.

    Bu barədə Milli Turizm Təbliğat Bürosunun PR meneceri Kənan Quluzadə Facebook sosial şəbəkəsində yazıb.

    O bildirib ki, N. Məlikov mağazaya gedəndə qəfil yerə yıxılıb və vəfat edib.
    Allah rəhmət eləsin!

  • Azərbaycanda 2 məmur qəfil öldü

    Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi Mayis Sarıyev və Hesablama Palatasının Sosial Müdafiə və Sosial Təminat sahələrinin auditi şöbəsinin baş məsləhətçisi Eldar Abdullayev qəfil vəfat edib.

    Hər iki məmur qəfil ürək tutmasından ölüb.

    Bildirilir ki, E.Abdullayev 20 Yanvar şəhidlərinin anım günündə Şəhidlər Xiyabanını ziyarət edib. Daha sonra evə gələn E.Abdullayev narahatlıq keçirib və həkim müayinəsindən keçib. Həkimlər onun ürəyinə stend qoyulmasını məsləhət görüb.(Lent.az)

  • Bakıda daha bir intihar: 24 yaşlı oğlan özünü asdı

    Bakının Sabunçu rayonunda intihar hadisəsi qeydə alınıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

    1994-cü il təvəllüdlü Əliyev Əmrah Əfqan oğlu yaşadığı evdə özünü iplə asaraq intihar edib.

    Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

    Qeyd edək ki, Ə.Əliyev ruhi əsəb xəstəliyindən əzab çəkirmiş.

  • Bakıda orta yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd edib

     Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.

    “Report”un xəbərinə görə, hadisə “Dağlılar” məhəlləsində baş verib.

    37 yaşlı Quliyev Ceyhun Aydın oğlu yaşadığı evdə qarnına bıçaqla zərbə vurub. O, xəsarət aldığından xəstəxanaya yerləşdirilib.

    C.Quliyevin intihara cəhd etməsinin səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

  • Gəncədə 80 yaşlı kişi intihar edib

    Gəncədə intihar hadisəsi baş verib.

    Şəhərin Gülüstan qəsəbəsində yaşayan 1938-ci il təvəllüdlü Məhərrəmov Əşrəf Məhəmmədəli oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünü öldürdüyü məlum deyil.

    Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. (APA)

  • Bakıda sərnişin avtobusu qəzaya uğradı – FOTOLAR

    Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

    Median.Az -ın “Report”a istinadən məlumatına görə, hadisə Binəqədi Rayon İcra Hakimiyyətinin yaxınlığında, “Azadlıq” prospektində baş verib.

    Bakı Nəqliyyat Agentliyinə məxsus 71 nömrəli sərnişin avtobus “VAZ 2107” markalı avtomobillə toqquşub.




  • Bakıda yanğın zamanı azyaşlı qız ölüb

    Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2 olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb.

    FHN-dən oxu.az-a verilən məlumata görə, yanğın zamanı bir nəfər yanıq xəsarətləri alıb.
     
    Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkarlanıb. 

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb. 

    Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Bakıda toy yasa döndü – Kişi rəqs edəndən sonra öldü – FOTO

    Rəqs edib yerinə əyləşdikdən 5 dəqiqə sonra rəngi qaralıb və ölüb Yanvarın 21-də “Qara Qarayev” metrosunun yaxınlığında yerləşən “Sevinc” şadlıq sarayında keçirilən toy zamanı bir yaşlı kişi qəfil dünyasını dəyişib.

    Toyda iştirak edən şəxslərdən biri Avtosfer.az-a bildirib ki, dünyasını dəyişən şəxs rəqs edib yerinə əyləşdikdən təxminən 5 dəqiqə sonra onun rəngi qaralıb və bundan sonra ürəyi qəfil dayanaraq dünyasını dəyişib. Hadisə baş verəndən sonra şənlik dayanıb və hamı evinə gedib.

  • Gəncədə maşını arxaya verən ata öz azyaşlı oğlunu vuraraq öldürüb

     Gəncə şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    “Report” xəbər verir ki, Şahsevənlər küçəsində maşınını arxaya verən ata bilmədən təqribən 5-7 yaşlı oğlunu vuraraq ona ağır xəsarət yetirib.

    Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

    Faktla bağlı araşdırma aparılır.