Göyçay rayonunda tikintidə çalışan fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alpoud kəndində qeydə alınıb. Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Alpoud avtomobil yolunun yenidən qurulması işləri zamanı tikinti şirkətində fəhlə işləyən Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Xəlilov Vüqar Yediyar oğlunun üstünə torpaq tökülüb.
Məlumata görə, yolun altından keçən beton su ötürücüsünün inşası zamanı qazıntı işləri aparılıb və qəflətən ərazidə torpaq uçqunu baş verib. Torpağın altında köməksiz vəziyyətdə qalan Vüqar Xəlilovu yarım saatdan sonra çıxarmaq mümkün olub. Lakin xəstəxanaya aparılarkən o, yolda dünyasını dəyişib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bakının Yasamal rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, 1992-ci il təvəllüdlü Salayev Rahil Əlirəhman oğlu idarə etdiyi motosikletlə Nəriman Nərimanov prospektində yüksək sürətlə hərəkətdə olan zaman onu aşırıb.
Nəticədə sürücü kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən avtotexniki ekspertiza təyin edilib.
Abşeron rayonunun Masazır qəsəbəsində bədbəxt hadisə baş verib.
“Report” xəbər verir ki, 2014-cü il təvəllüdlü Ağayev Əlimurad Nicat oğlu yaşadığı binanın 6-cı mərtəbəsindən yerə yıxılıb.
Azyaşlı otla örtülü torpaq qatının üzərinə düşdüyündən sağ qalıb. Yaralı əvvəlcə 1 saylı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin vəziyyəti orta-ağır olduğundan sonradan Bakıdakı özəl klinikalardan birinə köçürülüb.
Bakının Yasamal rayonunda üç maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, Şərifzadə küçəsi ilə hərəkətdə olan “10-ZL-176” dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobil idarəetməni itirərək maneəni aşıb və qarşı yola çıxıb.
Nəticədə “Opel” öncə “90-GE-822” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilə, ardınca isə başqa bir “Opel”ə çırpılıb. Qəza zamanı “Mercedes”in sürücüsü və maşında olan sərnişin kəllə-beyin travması alıb.
Qəzanı Cavadov Fərrux Kamalpaşa oğlunun törətdiyi müəyyən edilib. Məlum olub ki, onun sürücülük hüququ yoxdur və o, maşını qardaşı Cavadov Tərlan Kamalpaşa oğlundan qaçırıb. F.Cavadovun ruhi xəstə olduğu bildirilir.
Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə oxu.az-a Fövqəladə Hallar Nazilriyindən məlumat verilib.
“Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir”, – məlumatda bildirilir.
***
Bakıda yaşayış binasında yanğın başlayıb.
Oxu.az-ın məlumatına görə, hadisə Səbail rayonunda, “Azneft” meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.
Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata əsasən, binanın sakinləri təxliyyə olunur. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Alovun qarşısının alınması üçün tədbirlər görülür.
Bakıda baş verən yol qəzasının görüntüləri yayılıb.
Baku.ws-in məlumatına görə, dəhşətli hadisə Dərnəgüldə baş verib. Videodan göründüyü kimi piyada yolu keçərkən qəfil “Tofaş” markalı avtomobilin qarşısına çıxır.
Hadisə nəticəsində maşın piyadanı vurur və bir neçə metr kənara atır. Dəhşətli qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb. Həmin görüntünü təqdim edirik:
Yanvarın 17-də Xəzər rayonunun Buzovna qəsəbəsində intihar hadisəsi baş verib.
Musayev küçəsində yerləşən yaşayış evində 1994-cü il təvəllüdlü Gülməmmədov Elşən Maarif oğlu özünü həyətdəki tövlədə asıb.
Yaxınları Gülməmədovu 16:40 radələrində ölmüş vəziyyətdə aşkarlayıb. İntihar səbəblərinə gəldikdə, hüquq mühafizə orqanları Gülməmmədovun ruhi xəstə olduğunu bildirir.
Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindənoxu.az-a verilən məlumata görə, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 30 AC 392 dövlət nömrə nişanlı, “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 20 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıb.
Qəza zamanı yol təsərrüfatına da ciddi ziyan dəyib. Yol kənarında olan əyri-xətli dəmir tirlər sıradan çıxıb, yolun çiyin hissəsində olan tökmə beton dağılıb. Hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır.
Qeyd edək ki, ağır tonajlı yük maşını sement daşıyırdı. Qəza nəticəsində aşan yük maşınından sement və yanacaq çənində olan dizel ətrafa dağılıb. Baş verə biləcək hər-hansı bir bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və yola dağılmış dizel yanacağı təzyiqli su ilə yuyulub.
Xoşbəxtlikdən qəza zamanı yük maşınının aşdığı hissədə başqa avtomobillər olmayıb.
Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Dairəvi yolu ilə Sumqayıt istiqamətində hərəkətdə olan 10-AC-392 dövlət nömrə nişanlı sement daşıyan yük avtomobili döngəyə daxil olərkən sürət həddi yüksək olduğundan idarəetməni itirib.
Yük maşını dəmir maneələrə çırpılaraq təxminən altı metr hündürlükdən aşağıdakı yola düşüb. Hadisə zamanı sürücü ağır xəsarət alıb. Yaxınlıqdakı vətəndaşlar onu xəstəxanaya aparıb.
Hadisə yerinə DYP əməkdaşları gəliblər.
Qeyd edək ki, hadisə ilə əlaqədar avtovağzaldan Biləcəriyə gedən yolda böyük tıxac yaranıb.
Bakının Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Median.Az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda “Daewoo” markalı avtobusla motosiklet toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobusun altında sıxılmış vəziyyətdə qalmış motosikletin sürücüsünün meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Məlumata görə, 2001-ci il təvəllüdlü Rauf Heybətovun idarə etdiyi motosikletdə bir sərnişin də olub. Binə qəsəbəsinə gedən yolda motosikletin 160 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusuna çırpılması nəticəsində onun sürücüsü R.Heybətov hadisə yerində dünyasını dəyişib, onun sərnişini – 2001-ci il təvəllüdlü Qurbanov Rövşən Vahid oğlu isə xəsarətlə xəstəxanaya çatdırılıb.
Yol qəzasının təfərrüatlarını Xəzər polisi araşdırır.
Hadisə ötən gecə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.
“Ölkə.Az” xəbər verir ki, 1998-ci il təvəllüdlü Hüseynov Tural Sakit oğlu yaşadığı mənzildə bıçaqla ürək nahiyyəsinə bir zərbə vuraraq intihar edib.
Hadisə barədə ilk xəbər tutan gəncin ailə üzvləri olub.
Yaralını dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirsələrdə həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Özünü öldürən şəxslə bağlı Zəyəm Cırdaxan kəndinin icra nümayəndəsinin müavini Rahilə Həsənova müsbət fikirlər söylədi. Onun sözlərinə görə, “Hüseynovlar kənddə kasıb, sakit ailə kimi xarakterizə olunur. Tural həm gözdən, həm də fizioloji cəhətdən zəif olduğuna görə hərbi xidmətə getməyib. Ailənin kiçik övladı olan Turalın heç kimlə münaqişəsi olmayıb. Onun özünü öldürməsinə görə bütün kənd şokdadır”.