Category: Hadisə

  • Qubada 9-cu sinif şagirdi vəfat etdi

    Quba şəhərində yerləşən 6 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aydan Ağarəhimova dünyasını dəyişib.

    O, uzun sürən xəstəlikdən sonra vəfat edib.

  • Şəkidə “KamAZ” 69 yaşlı qadını vurub öldürdü

    Bu gün saat 9 radələrində Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində sürücü Tərlan Siracəddinov idarə etdiyi “KamAZ” markalı yük avtomobilini geriyə hərəkət etdirərkən piyada, 69 yaşlı Solmaz İsayevanı vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Ağsuda 54 yaşlı kişi heyvan otararkən öldü

    Ağsuda 54 yaşlı kişi heyvan otararkən ölüb.

    Hadisə dünən axşam saatlarında rayonun Daşdəmirbəyli kəndi ərazisində baş verib.

    Kənd sakini 1972-ci il təvəllüdlü Bəkir Təvəkgül oğlu Bağırovun meyiti kəndi ərazisindəki örüş sahəsindən aşkarlanıb.

    Onun heyvanlarını otararkən infarktdan öldüyü bildirilir.

    Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.
    //oxu.az

  • “Oskar” mükafatlı rejissor vəfat etdi

    Argentinalı rejissor Luis Puenso 80 yaşında vəfat edib.

    Bu barədə Argentina Müəlliflər Cəmiyyəti sosial şəbəkələrdə məlumat yayıb.

    Bildirilib ki, o, aprelin 21-də Buenos-Ayresdə ölüb.

    “Böyük kədər hissi ilə görkəmli ssenarist, rejissor, prodüser və təşkilatımızın üzvü Luis Puenso ilə vidalaşırıq. O, bu gün Buenos-Ayres şəhərində 80 yaşında dünyasını dəyişib”, – deyə açıqlamada qeyd olunub.

    Qeyd edək ki, Puenso 1986-cı ildə “Rəsmi versiya” filmi ilə Oskar mükafatına layiq görülüb. O, həmçinin “Qoca qrinqo” (1989) və “Taun” (1992) filmləri ilə tanınıb.

    Rejissor “Oskar”dan başqa “Qızıl qlobus”, doqquz “Gümüş kondor” və digər mükafatların sahibidir.

  • Tikinti şirkətindən 25 min manatlıq oğurluq edilib

    Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanılıb.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 25 min manatlıq inşaat materialları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 39 yaşlı R.Mehdiyev saxlanılıb.

    Araşdırmalarla saxlanılan şəxsin əvvəllər həmin şirkətdə işlədiyi, daha sonra işdən ayrıldığı və gecə saatlarında tikinti materiallarını taladığı müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb. R.Mehdiyev barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar davam etdirilir.

  • Kənar Dairəvi yolda DƏHŞƏTLİ QƏZA: ÖLƏN və xəsarət alanlar var – FOTO

    Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda ağır avtomobil qəzası baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Toyota” markalı minik avtomobilinin hərəkətdə olan “KamAZ”a çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

    Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

  • Bakı-Qazax yolunda maşında Türkiyə vətəndaşının meyiti tapılıb

    Yevlaxda TIR-da meyit aşkarlanıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, Yevlax rayonunun Qarxun kəndi ərazisində qeydə alınıb. Meyiti tapılan şəxsin Türkiyə vətəndaşı İsmayıl Qızıltəpə olduğu bildirilir.

    Meyit üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağcabədidə AĞIR QƏZA: ÖLƏN və yaralılar var

    Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. 1999-cu il təvəllüdlü Elçin Fazil oğlu Qasımovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə 1993-cü il təvəllüdlü Gündüz İsmixan oğlu Süleymanovun idarə etdiyi VAZ-2107 markalı maşın toqquşub. Nəticədə VAZ-2107-nin sürücüsü Gündüz Süleymanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, VAZ-2107-nin sərnişinləri, 2006-cı il təvəllüdlü A.Səlimova və 1973-cü il təvəllüdlü Yalçın Yadulla oğlu Əhmədov xəsarətlərlə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • İmişli sakinini “tok” vurub öldürdü

    İmişli rayonunda bir nəfəri elektrik cərəyanı vurub.

    Hadisə günorta saatlarında qeydə alınıb. İmişli şəhər sakini, 1967-ci il təvəllüdlü Cavadov Mehman Novruz oğlu yüksəkgərginlikli elektrik cərəyanının vurması nəticəsində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Lənkəranda qazi vəfat etdi

    Ötən gün Lənkəranda Vətən müharibəsi qazisi dünyasını dəyişib.

    Bu barədə bloqer Tofiq Şahmuradov məlumat yayıb.

    O bildirib ki, qazi Babazadə Ülvi Həsənəli oğlu vəfat edib.