Category: Hadisə

  • Sumqayıtda 72 yaşlı qadın iynədən öldü

    Sumqayıtda qadın iynədən ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə noyabrın 25-də Sumqayıt Tibb Mərkəzinin 3 saylı ailə sağlamlıq mərkəzində (ASM) qeydə alınıb.

    Sumqayıt şəhər sakini, 1953-cü il təvəllüdlü Nigar Babaxanova ailə sağlamlıq mərkəzinə müraciət edib və müalicə təyin edilib. Tibb bacısı qadına iynə vurandan sonra onun halı pisləşib. Qadının iynənin təsirindən öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda 72 yaşlı qadın iynədən öldü

    Sumqayıtda qadın iynədən ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə noyabrın 25-də Sumqayıt Tibb Mərkəzinin 3 saylı ailə sağlamlıq mərkəzində (ASM) qeydə alınıb.

    Sumqayıt şəhər sakini, 1953-cü il təvəllüdlü Nigar Babaxanova ailə sağlamlıq mərkəzinə müraciət edib və müalicə təyin edilib. Tibb bacısı qadına iynə vurandan sonra onun halı pisləşib. Qadının iynənin təsirindən öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda tibb məntəqəsinin müdiri vəfat etdi – FOTO

    Bərdə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Samux kənd həkim məntəqəsinin müdiri Sərfinaz Alı qızı Əliyeva vəfat edib.

    O, 1957-ci ildə Goranboy rayonun Xanqərvənd kəndində anadan olub.

    1974-1981-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1981-1982-ci illərdə Mingəçevir Birləşmiş Uşaq Xəstəxanasında pediatriya ixtisası üzrə internatura təhsili alıb.

    1982-1990-cı illərdə Bərdə rayonu, Samux kənd xəstəxanasında həkim-pediatr vəzifəsində çalışıb. 1990-2010-cu illərdə Samux kənd xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

    2010-cu ildən etibarən Samux kənd tibb məntəqəsinin müdiri kimi fəaliyyətini davam etdirib. Sərfinaz Əliyeva Azərbaycan səhiyyəsinə verdiyi xidmətlərə görə tibb müəssisəsinin rəhbərliyi tərəfindən dəfələrlə təltif olunub.

  • Goranboyda döşəməsi çökən bina söküləcək

    “Goranboyda döşəmənin çökməsi nəticəsində yararsız hala düşən bina söküləcək”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Goranboy Rayon İcra Hakimiyyəti başçının birinci müavini, rayon Fövqəladə Hallar komisiyasının sədri Seymur Nazarov bildirib.

    Onun sözlərinə görə, qəza baş verən binanın yerində yenisi tikiləcək: “Noyabrın 23-də səhər saatlarında Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən 60 mənzilli beşmərtəbəli yaşayış binasının 5-ci blokunun birinci mərtəbəsindəki evlərinin döşəməsi çöküb. Həmin hadisədə 3 nəfər yüngül xəsarət alıb. Dərhal hadisə yerinə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, FHN-in və digər qurumların əməkdaşları cəlb ediliblər. Müvafiq qurumlar gücləndirilmiş iş rejiminə keçib, sakinlər təxliyə olunublar. Təhlükəsizlik qaydalarına riayət olunmaqla əməliyyat işərinə dərhal başlanıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə baş verən binanın yaxınlığında postlar qurulub. Ərazi polis əməkdaşları tərəfindən mühafizə olunur. FHN qurumlarının verdiyi ilkin rəyə əsasən, binanın tamamilə sökülərək yerində yeni binanın inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Bina sakinlərinin kirayəyə çıxarılması ilə bağlı işlər yekunlaşıb. Sakinlərin kirayə xərcləri dövlət tərəfindən təmin olunacaq”.

    Qeyd olunub ki, yeni inşa ediləcək bina köhnə binanın həyətində tikiləcək: “Hazırda FHN-nin və Layihə İnstutunun əməkdaşları yerin müayinəsini aparırlar. Layihələndirmə işlərinə start verilməkdədir. Yaxın vaxtlarda hazırlanacaq layihə əsasında yeni binanın inşası ilə bağlı işlərə başlanılması planlaşdırılır”.

    Hadisə baş verən binanın yaxınlığında Rayon İcra Hakimiyyəti ilə FHN-nın Aran regional mərkəzi birlikdə qərargah yaradıb. Qərargahda icra hakimi və FHN Aran Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Ramin Orucov sakinləri dinləyiblər.

  • Fəvvaələr Meydanında güclü yanğın – Video

    Bakının Səbail rayonu ərazisində yanğın başlayıb.

    Baku.ws-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Fəvvaələr Meydanında “Soyuq Əllər, İsti Ürəklər” yarmarkasının keçirildiyi ərazidə başlayıb.

    Hadisə yerindən görüntüləri təqdim edirik.

  • Şəkidə QƏZA: Xəsarət alan var

    Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonu Vərəzət kəndi ərazisindən keçən hissəsində baş verib.

    1994-cü il təvəllüdlü Həsən Dursunəli oğlu İlyaslı sürdüyü VAZ-2106 markalı avtomobildə idarəetməni itirib yoldan çıxaraq ağaca dəyib.

    Hadisə nəticəsində sürücü xəsarət alıb.

  • Bakıda şadlıq evində kişi oynadığı yerdə öldü

    Bakıda şadlıq sarayında ölüm hadisəsi baş verib.

    Median.Az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sarayda qeydə alınıb.

    Gürcüstan vətəndaşı olan 49 yaşlı Dursun Mamedov toy məclisi zamanı oynadığı yerdə qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda evdən meyit tapıldı

    Bakıda evdən meyit tapılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb.

    62 yaşlı Nəsrəddin Əliağa oğlu Qəribov yaşadığı evdə ölü tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun ölüm səbəbi bilinmir.

    Araşdırma aparılır.

  • Ağstafada ev yanıb

    Ağstafada beşotaqlı ev yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Zaqatalada ötən il evi yanan ailənin yenə mənzili YANDI

    Zaqatala rayonunda yaşayış binasında yanğın baş verib.

    Hadisə rayonun Qazangül qəsəbəsində, 5 ailənin yaşadığı, ümumi sahəsi 280 kvadratmetr olan birmərtəbəli binada qeydə alınıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

    Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 140 kvadratmetr sahədə zədələnib. Həmçinin bina sakini, Xuraman Qocayevaya məxsus, ümumi sahəsi 130 kvadratmetr olan dördotaqlı evin mətbəxinin yanar konstruksiyaları və tavanı 12 kvadratmetr sahədə yanıb.

    Qadının sözlərinə görə, 2024-cü ilin yay aylarında da rayonun Aşağı Çardaqlar kəndində ailəsinə məxsus fərdi yaşayış evi bilinməyən səbəbdən yanıb. Bu binada isə evi təzəlikcə alıblar.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az